Bismillahir-Rəhmanir-Rəhim
Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun vəla nəvmun, ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərzi və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə - 255)
Bağışlayan və mehriban Allahın adı ilə
Allahdan başqa heç bir Tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) Əbədi, əzəli varlıq Odur. Onu əsla nə mürgi tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər? İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
Susdun...
hər şeyi, hər şeyi
qəlbinə saldın.
Sevincini mənə verib
dərdimi aldın.
Heyran oldum
ömrüm boyu
səndəki səbrə.
Lakin...
daha bəsdir,
qaytar dərdlərimi,
aparmaq istəyirəm
özümlə qəbrə.
Bir gün eşqin selə dönsə,
Köçən quşlar elə dönsə,
Xatirələr yelə dönsə
Yel əsəndə axtar məni.
Saf eşqimdə bar görməyə,
Məndə nələr var görməyə.
Sədaqətli yar görməyə
Tələsəndə axtar məni.
Axtarmaram səni bir də,
Getdin, məni saldın dərdə.
Qabağını belə yerdə
Dərd kəsəndə axtar məni.
Sən gündüzsən, mənsə axşam,
Sən baharsan, mənsə qışam.
Mən səni çox axtarmışam,
İndi sən də axtar məni.
Deyirsən ki ,bu dünyada
Yadda qalan kef-damaqdır.
Bir məqsədin,
amalın var,
o da yaxşı yaşamaqdır.
Deyirsən ki, vaxt gələcək,
nə yaxşılıq,
nə də pislik
düşməyəcək bir də yada.
Mən razıyam!
Əsas odur:
Yaxşı yaşa bu dünyada!
Yaxşı yaşa! - deyirəm mən.
Elə bilmə,
vicdanını sata-sata,
bir xeyirxah iş görmədən,
yata-yata ömr eləmək yaşamaqdır.
Yox, qardaşım,
bu sadəcə,
ölə-ölə
can yükünü daşımaqdır!