Bu kitab teze cixdiginda oxumusdum.Elxan Elatlinin en meshur ennn sevimli eserlerinden biridir.eserde yuksek vezife sahibi olan birinin basina gelen aglasigmaz facieden behs edilir.Insan xisletinin ayrilmaz unsuru olmus xeyanet on plana cekilir ve bu teessufedici hal Qaplan adli sedaqetli itle muqayisede cox qabariq sekilde oxucuya catdirilir.oxumaga deyer bir eser
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Elxan Elatlidan oxudugum ilk kitabdi.Bir sozle "mohtesem".Oxudugum kitablar icinde en cox beyendiyim kitab.Dusunurem ki,bu kitaba bir film cekilse cox gozel ve baximli olar.
Coxlari ele bilir ki, "xeyanet" tek sevgide olur.Ama bu bele deyil.Dostuna xeyanet,isine xeyanet,ailesine xeyanet...Eserde oldugu kimi.Hekim isine xeyanet edir,Ruslan dostuna xeyanet edir,Gulafet erine xeyanet edir.Yeni bir insan heyat yoldasi oldukden sonra bu qedermi tez unuda biler.Gulafet erinin dostu ile ona xeyanet edir.Hekim de dostuna xeyanet edir.Ruslan Dadasov,Niyazi Melikxanlinin en yaxin ve en etibarli dostu yox,en yaxin dusmeni idi.Ruslanin hiylegercesine qurdugu plan neticesinde her sey Melikxanlinin boynuna qalir.Sonra Melikxanlini oldurur.Eger Melikxanli,Qambay Qasimlini cagirmasaydi bu isin ustu acilmayacaqdi ve hec kim bilmeyecekdi ki,esil qatil,esil gunahkar kimdi.
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
coox sevdim bu kitabi.Insan gerek her qarwisina cixana ve her deyilen soze inanmasin. Dostum deyib evinin icine,ailesinin icine hec kimi salmiyasan. Uqurlar gozel yazicimiza
Kitab olduqca maraqlı idi. Çox bəyəndim. Kitabda əsas mözvu bu günün aktual mövzusu olan "xəyanət" idi. Bir cinayət işində hər yer "xəyanət" ə bulaşmışdı:həkimliyə xəyanət, ərinə xəyanət, dostluğa xəyanət, uşaqlarına, arvadına xəyanət, dövlətinə, xalqına xəyanət və bir sözlə, insanlığa xəyanət. Amma bunlara baxmayaraq bir itin sahibinə qarşı sədaqəti, ona qarşı sadiq qalmağı və axırda da ölməsi məni çox duyğulandırdı. Cinayət işinin başında dostuna xəyanət dururdu və o işi elə məharətlə, iyrəncəsinə qurmuşduki. Amma iş nə qədər dolaşıq olsa da istefada olan güclü xəfiyyə Qanbay Qasımlı bu işi həll etdi. Və bu dostluğa xəyanət üzərində qurulmuş işdə 6 nəfər öldü. Oxumağa tövsiyyə edirəm.
Həqiqətən insana pislik edən “yaxın” bildikləri olur. Əslində əvvəldən bilirdim bu tələni kimin qurduğun gün kimi ortada idi. Amma sonunu oxuyandaaa dəhşətə gəldim…. Kitab adının haqqını verir…
Əvvəlcə qeyd edim ki, bu kitaba başladım və oxuduğum müddətdə bir gözəl xanımın mesajına cavab verə bilmədim bir müddət (sona yaxın)
Oxumağa başladım və ilk hissələrdə artıq kitabda kişi-qadın əlaqələri çox oldu və düşündüm ki, bu nədir dərhal cinsi mövzular başladı. Davam etdikcə yazar başqa mövzuları xəfiyyəlik bacarıqları, əsl dostluq sevgi mövzularına da çox gözəl toxunuşu kitaba marağımı artırdı. Əsəri oxuduqca əsl xəyanətin dostluq və sevgi üzərindən qurulduğunu və insanları necə parçaladığını göstərərək Xəyanət sözünün haqqını verdi. Son olaraq Qanbay Qasımlının yaratdığı mərdlik və insanlara verdiyi güvən duyğusu isə əla idi. Təşəkkürlər
Bəzən bir insanı tanıdığını zənn edərsən. Onun gülüşünə aldanarsan, gözlərinə baxanda içinin dürüstlüyünü oxuduğunu düşünərsən. Amma "Xəyanət" sənə sübut edir ki, insan qəlbinin dibi yoxdur. Orada nələrin gizləndiyini, ancaq ən sonda, ən ağrılı anda görürsən... Elhan Elatlı, Xəyanət əsərində göstərdi ki, xəyanət—təkcə sevgiyə edilmir. O, dostluğa, ailəyə, inama və ən əsası, insanın öz içindəki saf niyyətlərə qarşı da olur. Bu əsəri oxuyarkən düşündüm: Niyə insanlar xəyanət edir? Bəlkə də bir növ qorxu ilə—sevilməmək, anlaşılmamaq, darıxmaq, özünü itirmək qorxusu. Amma bütün səbəblərin altında acı bir həqiqət yatır: XƏYANƏT EDƏN İNSAN ƏVVƏLCƏ ÖZ VİCDANINA QARŞI ÇIXIR.
Etibar edəcəyin insanı seçmək, həyatını seçmək qədər önəmlidir...
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik .
Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır.
Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir .
Xoş mütaliələr
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Xarici ədəbiyyatın dedektiv nümunələrindən heç də geri qalmayan bir əsərdir məncə. Çox axıcıdı, oxuyarkən insan qətiyyən sıxılmır. Məkan və şəxs təsvirləri həddən artıq deyil. Hadisələr normal surətdə baş verir.
İnsanların iç dünyası, xəyanət motivlərinin təsviri çox maraqlı idi məncə, birazda artıq olsa pis olmazdı. Nəticə olaraq, heç kime güvənmək lazım deyilmiş
Əslində uzun-uzun yazmaq istərdim fikirlərimi,amma yetərincə vaxt itirdiyimi düşünürəm:)
•
Kitab lap mənasız olsa belə,sizdə oxuma sürətini artırır.Ona görə oxuyun...bacardıqca çox oxuyun ~(Qaraqan-Birinci addım)♡
•
Bu kitab mənə bu cümləni xatırlatdı,bitirmə səbəbim də bu oldu:)
XəyanətElhan Elatlı · Qanun Nəşriyyatı · 20151,721 okunma
Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.
1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.
2001 yılından beri Bakü de yaşıyor.
Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.
Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.