Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

On Dördüncü Adam

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
332 syf.
8/10 puan verdi
Elxan Elatlının oxuduğum ilk kitabı idi və məncə son olmayacaq. Kitabdakı hadisələrin bağlılığına söz ola bilməz. Hər sətri adamı içinə çəkir. Kitab bitdikdən sonra ağlımnan çıxara bilmədim olanları. İnsan həyatının qumara qoyulması və 14-cü adamı səhv saymaq. Və bu səhvə görə bütün həyatının məhv olması... Çox təsirli əsər idi. Firdovsinin həyatına çox acıdım. Oxumağınızı tövsiyyə edirəm:)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
Reklam
332 syf.
8/10 puan verdi
·
29 saatte okudu
Elxan Elatlının bir çox kitabını oxumuşam. Nə qədər qələmi güclü yazar olmasada bu əsərini bəyəndim. Düzdür mövzunu gərəksiz yerə çox uzatmağı var)) amma belə oxunmağa dəyər əsərdir. Tələbəlik illərimidə yada salmış oldum))) Əsəri bir cümlə ilə ifadə edəsi olsaq : "İnsanın öz özünə elədiyi pisliyi, yüz min aləm yığılsa edə bilməz." cümləsi yerinə düşər.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
·
Puan vermedi
·
15 günde okudu
Kitabı bitirdikdən sonra özümə verdiyim ilk sual “Mən nə oxudum?” oldu. İnsan həyatının necə məhv oluduğunun, daha dəqiq desək insanın həyatını öz əllərilə necə məhv etməsinin şahidi olduq bu kitabda. Talehi ilə qumar oynarmış kimi oynamağın nəticəsini gördük. Mənə görə yazıçı bu əsərində hər şeyin öz əlimizdə olduğunu göstərməyə çalışıb. Əsas sürət olan Firdovsi dəfələrlə etdiyi səhvi düzəldə bilər, sonrakı həyatını daha hür yaşaya bilərdi. Lakin hər dəfəsində onun önündə açılmış cığırlardan yanlış olanı seçir. Və etdiyi səhvlərin nəticəsi onun həyatı ilə ödədilir. Həmçinin kitabda bir insanın başqa birinin həyatına təsirini, bu həyatı alt-üst etməsini də görürük. Kitabın arxa hissəsində də yazıldığı kimi “Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib”. Lakin kitabdakı obraklardan biri olan “Qanbay Qasımlı”nın simasında da əsl xəfiyyə necə olar sualına cavab tapırıq. Yoldaşının bir neçə dəqiqəlik telefon danışığından cinayət səhnəsini ağlında canlandıran bir cinayət-axtarış eksperti. Bir çox insan Elxan Elatlı qələmini sevməsə də, kitabda insan həyatının necə bədbəxt olması göz önünə gətirilsə də dedektiv sevərlər üçün maraqlı bir mövzu olacağını düşünürəm.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
·
Puan vermedi
·
3 günde okudu
Düzü əsəri heç bəyənmədim, çünki qatilin kim olduğun polkovnikdən əvvəl bilirdim. Əsərin mövzusuna gəldikdə isə bir insanın gəncliyində buraxdığı səhvlərin bütün ömrü boyu faciəvi nəticələrindən bəhs edirdi. Gənc taleyin qismətini qəribə üsulla seçir və həyatını qumara qoyur. Bununla da ömrünün sonuna qədər həyatı uğursuzluqlarla üzləşir. Talehi onunla amansız oyun oynayır.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
Reklam
332 syf.
10/10 puan verdi
·
3 günde okudu
Oxuyarkən ciddi mənada çox təsirlənmişdim.Əslində demək olar ki dünyamızın yarısı Firdovsi kimi həyatını qumara qoyan insanlardan ibarətdir.Mənin şəxsi fikrimcə Elxan Elatlının şah əsəri bu kitabdır.Oxuduğum üçün heç vaxt peşman olmayacam.Möhtəşəm kitabdır.)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
8/10 puan verdi
Bunu deyim ki Elxan Elatlının oxuduğum ilk kitabı idi. Sonuncu olacağını da düşünmürəm. Bir insanın acı taleyi... Daha doğrusu öz taleyini qumara qoyması, edilmiş sadə bir səhvin bütün həyatını mənfi istiqamətə dəyişməsi.. Dövrünün çətinliyində yaşaya biləcəyi ən yaxşı həyatlardan birini yaşayan bu şəxs.. Firdovsi. Hələ də bu adı eşidəndə qəribə hisslər yaşayıram. Amma hansı Firdovsi? kənd məktəbində ən ağıllı uşaq olan Firdovsi? Bakıya oxumağa gələn tələbə Firdovsi? Sadə kənd müəllimi Firdovsi? Bakıda daş yonan, bənnalıq edən Firdovsi? Torpaq uğrunda könüllü döyüşən qəhrəman Firdovsi? Uzun illər həbsxanada məhkum yaşayan Firdovsi? Nəhayət, kimi kimsəsi olmayan sadəcə bir binadan qarşıdakına baxan Firdovsi? Sanki bu həyatlar ayrı ayrı insanlara aid idi ancaq ad eyni idi - Firdovsi. Həqiqətən bu qədər hadisəni bir həyata sıxışdırıb yaşamaq olarmı? Tam səmimiyyətlə deyirəm ki çox təsirləndim romandan. Hadisələrin uyğunluğu, oxuduqca gələn oxuma həvəsi, bitməməsini istəməyən hisslər. Bunların hamısını yaşadıb bu kitabda. Bunu da qeyd edim ki detektiv süjetdə olsa da insanın öz taleyində daşıdığı rol, məhəbbət və Tanrıya münasibət mövzuları ön plana çəkilib. Qətiyyən oxumağınızı tövsiyə edirəm! Təşəkkürlər...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
·
Puan vermedi
·
Beğendi
·
26 saatte okudu
Oxuduğum bu əsərdə bir daha məlum olur ki insanın taleyi öz əllərindədir.İstəsə hər şeyi qazana da bilər,itirə də bilər.Əsərin baş qəhrəmanı Firdovsi isə əksini ,taleyinin onun əllərində olmadığına inanmışdı.Buna inanaraqdan da həyatının ən böyük yanlışını etmişdi,hansı ki o yanlış onu uçuruma sürükləyəcəkdi ,amma bundan xəbəri yox idi.İnsan ən böyük yanlışlarını gəncliyində edir bu da Firdovsinin gəncliyində etdiyi ən böyük yanlış idi.O gələcək taleyini kartların öhdəsinə buraxmışdı….Etdiyi bu yanlış ömrünün sonuna qədər onunla birlikdə yaşadı ,artıü geri dönüşü yox idi.Firdovsi çox peşman idi ,o günkü 3 may 1983-cü il tarixində etdiyi seçimə görə.Son nəfəsinə qədər etdiyi bu yanlış seçim onun yaxasını buraxmadı. Belə bir deyim vardır:İnsan nə vaxt ən böyük peşmanlığı yaşayır?-“Sənin yarım buraxdığın işi başqası tamamladığı zaman”
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
8/10 puan verdi
·
3 günde okudu
Deməli 35/35 oxuma hədəfimi bu kitabla bitirdim. İmtahanlarım başlayır deyə normal olaraq az mütaliə edə bildim. Elxan Elatlı normalda oxumurdum mən, ancaq məsləhət və inad nəticəsiylə birdə ilk oxuduğum kitabının hədiyyə olmasıyla başlamışdım. Oxuduğum kitablardan spoiler verməyi qətiyyən sevmirəm deyə yazıçı barədə danışmaq istəyirəm. Elxan Elatlı dedektiv janrını mənə görə yazmağı, süjet xəttinin ardıcıllığını qoruyaraq yazmağı bacaran nadir dedektiv yazarlardandır. Süprizləridə bol. Ancaq bu məsələlər Çingiz Abdullayevin dedektiv janr'ın Şahı olduğu reallığına kölgə belə salmır.)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
Reklam
332 syf.
·
Puan vermedi
Eser teessüf hissi doğurur sonda. Her shey bashga cür ola bilerdi. Bize sunulanları dəyərləndirə bilmədiyimizdə nece üsyankara chevrildiyimizin sübutu idi eser. Firdovsi ən böyük sehvi " özünü saymamaqla" etmishdi. Bunu anlayanda o artig her sheyin sonunda oldugunu derk edir...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
10/10 puan verdi
·
Beğendi
Diqqətli olaq,Ailəmizi böyüdək deyib,heç etməyək...)
Bəyəndim,tövsiyyə edərdim hər kəsə. Ailənizi kimlə tanış edib,kimi həyatınıza,ailənizə aldığınıza diqqət edin. Evləndiyiniz şəxs,sevmədiyiniz insan olsa belə, Ailənizi hər doğru insanla eyni mühitə qapı açdığınızı bilin və Ailənizi daim qoruyun, qollayın. Şərhimi oxuyanlara sözüm: Dəyərə alıb,vaxt ayırıb,oxuduğunuz üçün Təşəkkür edirəm hər birinizə...)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
8/10 puan verdi
·
5 günde okudu
Elxan Elatlı - 14 cü adam
Salam . 1000kitapda ilk postum. On döndürcü adam romanı insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatından bəhs edir. Baş obraz olan Firdovsi evin yeganə oğludur, və təhsil almaq üçün Bakıya gəlir . Daha sonra oda yaşidlari kimi sevib-sevilmək həmdə evlenmek istəyir. Lakin gələcək qisməti başqa yolla qumar yolu ilə seçmek qərarına gəlir . Qumara görə 14 cü gördüyü qadın onun gələcək həyatyoldaşı olacaq . Lakin həmən qız onun bütün həyatı məhv edir , onu bir qatilə bir qumarbaza çevirir , həmçinin sevdiyi qızdan ayırır. Evlendikden sonra isə əvvəlcə bacısı ,anası ,atası öldürür. Bu sevdiyi yol onu xoşbəxtlik bəxş etmedi , bədbəxt və yetim qoydu . Əslində bir daha bu kitabı oxuyanda əmin oldum ki , həqiqətən seçimlerimiz insan öz əlindədir . Firdovsi qumaq yolu ilə deyil ,ağıl ilə hərəkət etseydi bele olmazdı, Deyə düşünürəm. Kitab çox axıcı və maraqlıdır . Xoş mütaliələr.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
10/10 puan verdi
Qumarin bir insanin heyatinda, getirib cixardigi bedbextlikleri izah eden en gozel kitab. Oxumagı tovsıyye edırem Butun meqamları maraq dolu ,ınsanı gergınlıkde saxlayan kıtab..
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
332 syf.
·
Puan vermedi
·
21 saatte okudu
"14-cü adam o imiş..."
Bu kitabda məni sadəcə bir şey düşündürür: Firdovsinin qabağına çıxan, onun fərqində olmadığı şans , bizim qabağımıza çıxsa və biz də bunun fərqində olmasaq? Onun özünü saymadan 14-cü adamı tapması və adamın onun bütün həyatını məhv eləməsi xoşagəlməz hal deyil. Əgər Firdovsi özünü də o qapıdan girən adam sayıb digər insanları saymağa başlasaydı həyatı çox başqa olacaq idi. Bir həyat yarımçıq qaldı. Digər tərəfdən Güləsərin xoşbəxt olmağı çox yaxşı idi. İnsanların onun haqqında dediklərinə baxmayaraq öz yolundan dönmədən şərəfli bir həyat sürdü. Bu kitabdan sonra sadəcə bir şey arzulayıram: əlimizdə olan, qarşımıza çıxan şansları, həyatları itirməməliyik və bunun fərqində olmalıyıq. Çünki geri dönüşü olmur...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0841 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.