Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

On Dördüncü Adam

Elxan Elatlı

On Dördüncü Adam Yorumları ve İncelemeleri

On Dördüncü Adam yorumları ve incelemelerini, On Dördüncü Adam kitabı hakkındaki okur görüşlerini , On Dördüncü Adam puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
325 Kişi · 35 İnceleme
332 syf.
·
Puan vermedi
·
15 günde okudu
Kitabı bitirdikdən sonra özümə verdiyim ilk sual “Mən nə oxudum?” oldu. İnsan həyatının necə məhv oluduğunun, daha dəqiq desək insanın həyatını öz əllərilə necə məhv etməsinin şahidi olduq bu kitabda. Talehi ilə qumar oynarmış kimi oynamağın nəticəsini gördük. Mənə görə yazıçı bu əsərində hər şeyin öz əlimizdə olduğunu göstərməyə çalışıb. Əsas sürət olan Firdovsi dəfələrlə etdiyi səhvi düzəldə bilər, sonrakı həyatını daha hür yaşaya bilərdi. Lakin hər dəfəsində onun önündə açılmış cığırlardan yanlış olanı seçir. Və etdiyi səhvlərin nəticəsi onun həyatı ilə ödədilir. Həmçinin kitabda bir insanın başqa birinin həyatına təsirini, bu həyatı alt-üst etməsini də görürük. Kitabın arxa hissəsində də yazıldığı kimi “Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib”. Lakin kitabdakı obraklardan biri olan “Qanbay Qasımlı”nın simasında da əsl xəfiyyə necə olar sualına cavab tapırıq. Yoldaşının bir neçə dəqiqəlik telefon danışığından cinayət səhnəsini ağlında canlandıran bir cinayət-axtarış eksperti. Bir çox insan Elxan Elatlı qələmini sevməsə də, kitabda insan həyatının necə bədbəxt olması göz önünə gətirilsə də dedektiv sevərlər üçün maraqlı bir mövzu olacağını düşünürəm.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
332 syf.
8/10 puan verdi
Elxan Elatlının oxuduğum ilk kitabı idi və məncə son olmayacaq. Kitabdakı hadisələrin bağlılığına söz ola bilməz. Hər sətri adamı içinə çəkir. Kitab bitdikdən sonra ağlımnan çıxara bilmədim olanları. İnsan həyatının qumara qoyulması və 14-cü adamı səhv saymaq. Və bu səhvə görə bütün həyatının məhv olması... Çox təsirli əsər idi. Firdovsinin həyatına çox acıdım. Oxumağınızı tövsiyyə edirəm:)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
Reklam
332 syf.
·
Puan vermedi
·
3 günde okudu
Düzü əsəri heç bəyənmədim, çünki qatilin kim olduğun polkovnikdən əvvəl bilirdim. Əsərin mövzusuna gəldikdə isə bir insanın gəncliyində buraxdığı səhvlərin bütün ömrü boyu faciəvi nəticələrindən bəhs edirdi. Gənc taleyin qismətini qəribə üsulla seçir və həyatını qumara qoyur. Bununla da ömrünün sonuna qədər həyatı uğursuzluqlarla üzləşir. Talehi onunla amansız oyun oynayır.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
332 syf.
8/10 puan verdi
·
29 saatte okudu
Elxan Elatlının bir çox kitabını oxumuşam. Nə qədər qələmi güclü yazar olmasada bu əsərini bəyəndim. Düzdür mövzunu gərəksiz yerə çox uzatmağı var)) amma belə oxunmağa dəyər əsərdir. Tələbəlik illərimidə yada salmış oldum))) Əsəri bir cümlə ilə ifadə edəsi olsaq : "İnsanın öz özünə elədiyi pisliyi, yüz min aləm yığılsa edə bilməz." cümləsi yerinə düşər.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
332 syf.
10/10 puan verdi
·
3 günde okudu
Oxuyarkən ciddi mənada çox təsirlənmişdim.Əslində demək olar ki dünyamızın yarısı Firdovsi kimi həyatını qumara qoyan insanlardan ibarətdir.Mənin şəxsi fikrimcə Elxan Elatlının şah əsəri bu kitabdır.Oxuduğum üçün heç vaxt peşman olmayacam.Möhtəşəm kitabdır.)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
332 syf.
9/10 puan verdi
·
Beğendi
Sonlarındakı gözlənilməz sonluq kitaba ayrı bir hava qatır və mən bunu çox bəyəndim. Elxan Elatlıdan oxuduğum ilk kitab idi, sevəcəyimi düşünmürdüm ama tam əksi oldu. Digər kitablarınıda mütləq oxuyacam
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
Reklam
332 syf.
8/10 puan verdi
·
3 günde okudu
Deməli 35/35 oxuma hədəfimi bu kitabla bitirdim. İmtahanlarım başlayır deyə normal olaraq az mütaliə edə bildim. Elxan Elatlı normalda oxumurdum mən, ancaq məsləhət və inad nəticəsiylə birdə ilk oxuduğum kitabının hədiyyə olmasıyla başlamışdım. Oxuduğum kitablardan spoiler verməyi qətiyyən sevmirəm deyə yazıçı barədə danışmaq istəyirəm. Elxan Elatlı dedektiv janrını mənə görə yazmağı, süjet xəttinin ardıcıllığını qoruyaraq yazmağı bacaran nadir dedektiv yazarlardandır. Süprizləridə bol. Ancaq bu məsələlər Çingiz Abdullayevin dedektiv janr'ın Şahı olduğu reallığına kölgə belə salmır.)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
332 syf.
8/10 puan verdi
Bunu deyim ki Elxan Elatlının oxuduğum ilk kitabı idi. Sonuncu olacağını da düşünmürəm. Bir insanın acı taleyi... Daha doğrusu öz taleyini qumara qoyması, edilmiş sadə bir səhvin bütün həyatını mənfi istiqamətə dəyişməsi.. Dövrünün çətinliyində yaşaya biləcəyi ən yaxşı həyatlardan birini yaşayan bu şəxs.. Firdovsi. Hələ də bu adı eşidəndə qəribə hisslər yaşayıram. Amma hansı Firdovsi? kənd məktəbində ən ağıllı uşaq olan Firdovsi? Bakıya oxumağa gələn tələbə Firdovsi? Sadə kənd müəllimi Firdovsi? Bakıda daş yonan, bənnalıq edən Firdovsi? Torpaq uğrunda könüllü döyüşən qəhrəman Firdovsi? Uzun illər həbsxanada məhkum yaşayan Firdovsi? Nəhayət, kimi kimsəsi olmayan sadəcə bir binadan qarşıdakına baxan Firdovsi? Sanki bu həyatlar ayrı ayrı insanlara aid idi ancaq ad eyni idi - Firdovsi. Həqiqətən bu qədər hadisəni bir həyata sıxışdırıb yaşamaq olarmı? Tam səmimiyyətlə deyirəm ki çox təsirləndim romandan. Hadisələrin uyğunluğu, oxuduqca gələn oxuma həvəsi, bitməməsini istəməyən hisslər. Bunların hamısını yaşadıb bu kitabda. Bunu da qeyd edim ki detektiv süjetdə olsa da insanın öz taleyində daşıdığı rol, məhəbbət və Tanrıya münasibət mövzuları ön plana çəkilib. Qətiyyən oxumağınızı tövsiyə edirəm! Təşəkkürlər...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0853 okunma
40 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.