On Dördüncü Adam sözleri ve alıntılarını, On Dördüncü Adam kitap alıntılarını, On Dördüncü Adam en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həyatda təsadüf deyilən bir şey yoxdur . Qarşina çixan yollardan hansisa birini özün seçirsən.Bu zaman ya hansi yolu seçəcəyin barədə kifayət qədər düşünüb daşinirsan , ya da bəxtinə güvənərək gözüyumulu addim atirsan.
Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq. Ya uduruq, ya uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir...
Bəzən həyatda belə olur.Keçmişdəki bütün pis şeyləri unudub yalnız gələcəyə baxaraq irəliləmək istəyirsən, birdən keçmişinin artıq unutduğunu zənn etdiyin bir parçası qabağına çıxır.Həm də qorxunc kabus şəklində.
Həyatda bəlkə də təsadüf deyilən bir şey yoxdur. Qarşına çıxan yollardan hansısa birini özün seçirsən. Bu zaman ya hansı yolu seçəcəyin barədə kifayət qədər düşünüb-daşınırsan, ya da bəxtinə güvənərək gözüyumulu addım atırsan.
Mən alın yazısına, yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram. Ona inanıram ki, həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımızda çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza-yaza ölümə doğru irəliləyirik.
Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır, bizi fəlakətə aparan yalnış cığıra düşürük.
Zaman kiməsə sürətli, kiməsə yavaş görünən kələ kötür hərəkəti ilə qarşısına çıxan hər şeyə toxunub keçir və onların heç birini təsirsiz buraxmırdı. Nələrisə ayaqları altında əzib-tökür, sındırır, nələrinsə əyrisini,sınığını düzəldirdi