Adi popuqayı evdə iki gün yeməksiz saxlasanız üçüncü gün onun səsindən dayana bilməzsiniz. Eləcə də iri motorlu maşınlarla küçələrdə zırıltı salan, eyni vaxtda üç bahalı telefon işlədən və ən sonuncu brend paltarları geyinən adamlar, sadəcə, acmış popuqaylardı. Həyatlarında nə isə çatışmır - ona görə seçilmək, fərqlənmək istəyirlər.
Bəzən sakitliyi və səbirliliyi qorxaqlıq ilə qarışdırırlar. Qorxduğunuz ya çəkindiyiniz üçün yox, sadəcə, bunun effektinin az olduğu anlamanız üçün düşünməlisiniz.