"İsimsiz Tablo" ( orjinal adıyla "Adsız Tablo" ) yazarın en sevdiğim kitaplarındandır.
Bu zamana kadar polisiye yazan yazarlar arasında beni en çok korkutan ( o kadar korkarım ki, sabaha kadar gözümü kırpmam, sabah olunca da okula gitmek istemem :) ) yazardır Elhan Elatlı.
İsimsiz Tablo yine hemen hemen yazarın her kitabında olduğu gibi Kanbay Kasımlı`nın olaylara dahil olmasıyla başlıyor. Bir apartmanda tanınmış, genç, evli ressam evinde öldürülüyor. Bu olayda her kes suçlu gibi görünse de tabii ki tek katil var. Peki o katil kim ve ressamdan ne istemiş olabilir? Olayın tabloyla ne ilgisi var ?
Olaylar o kadar sistemli cereyan etmiş ki kitapta, okurken katil demediğim karekter kalmamıştır sanırım. Yazar yine olayları ilmek atar gibi sık sık bir birine dokumuş ve açması için beyinlerimize sunmuş gibi.
O kadar olaydan sonra sonunu ( katilin kimliğini, cinayet sebebini ) bir sayfada özetlemesi en sinir olduğum noktadır :)).
Velhasıl, Kanbay Kasımlı yine iş başında ve onun zekasından ne kurtulmuş ki bu olayda kurtulsun. :)
Salam baslarda sıxıcı gelirdi amma her zamanki kimi mükemmel idi.Hetda ortalarda qatilin kim olduguna bele tam emin olursan ve tebii olaraq dusunmeyen sonluq yanildigini gorursen.bir sözle her zaman oxunmaga deyer mukemmel
Kitabı bəyəndim amma, bəzi yerləri çox sıxıcı idi... Hətta yarım buraxmağı düşünürdüm amma, sonlara doğru axıcı oldu. Sonunu çox bəyəndim. Qatilin kimliyi sona qədər təxmin olunmur, hətta həmin insanın qatil olması birinci təəccüblü, sonra isə tamamilə məntiqli gəldi. Aybikə isə layiq olduğu cəzanı çəkdi.
Tanınmış detektiv yazıçı Elxan Elatlının bizə təqdim etdiyi möhtəşəm romanından biridir sadəcə bu əsər.İstedadlı rəssamın faciəli qətlindən və bu qətlin sirrinin qəribə bir təsadüf nəticəsində açılmasından bəhs edir.Eyni zamanda insanda qısqanclıq hissi,ər-arvad problemləri,məhəbbət,xain xislətli adamların psixologiyası kimi məsələlər əsərdə ön plandadır.Kitabda ən çox bəyəndiyim hissə isə epiloq əvəsi hissədir.Bir sözlə hər kəs mütləq bu kitabı əldə edib oxumalıdır.🫂
Və bu möhtəşəmlik də bitdi. Və həmişəki kimi epiloq hissəsini ağlamaqla bitirdim.. Həmişə Elatlının kitablarını bitirdikdən sonra düşünürəm ki həqiqətən insan necə də qəribə bir canlıdı. Hətta bunu da deyim ki Elatlının hər hansısa bir əsərini bitirərkən özümü sanki hər şeyi dərk etmiş kimi hiss edirəm. Bilirəm ki mən heç nəyi bilmirəm. Nə də heç vaxt hər şeyi bilməyəcəm. Bu sadəcə mümkünsüzdür. Amma onun ölümü vurğulamağı var ki insan özünü çox qəribə hiss edir. Həqiqətən çox qürur hissi ilə deyirəm ki, yaxşı ki Elxan Elatlı kimi bir yazarımız var. Yaxşı ki!
Elatlının elə məhz bu kitabda vurğuladığı kimi: Sənətkarlara sağlığında qiymət vermirlər. Bəli, Elatlı da öz sənətinin sənətkarı idi. Və ona bu ölkədə dəyər az verilirdi...
Möhtəşəm bir kitab idi. Kitab Fəxri adlı rəssamın qətlindən bəhs edir. Qətlin kim tərəfindən törədilməsi müammadır. Lakin bütün kitablarda olduğu kimi, bu kitabda da Qanbay Qasımlı öz işini layiqincə edərək gerçək qatili tapır. Bu sırada günahsız yerə bütün dəlillər Cəfər adlı qonşusunu göstərirdi. Həmçinin Cəfərin həyat yoldaşı Əsmərdə yalan şayələr üzündən çıxılmaz vəziyyətə düşmüşdü. Qanbay Qasımlı ilk dəfə çıxılmaz bir yola düşür. Və sadə görünən,amma qarmaqarışıq olan bu işi həll etməkdə çətinliklər çəkir. Amma sonda diqqətindən qaçan kiçik bir nüansı göz önünə qoyduğunda bütün sirri açır. Kitabı oxuyarkən həm təəccüblənəcək, həm də qəzəblənəcəksiniz. Çünki Aybikə adlı obraz insana qəzəb və qaranlıq hisslərdən başqa heç nə bəxş etmir.
Bir insan niyə qətl törədər?
İntiqam üçün? Ola bilər. İçindəki kin'də nifrət'də o qədər boğular ki insan bu qaranlığ okeanda boğulduqca səbri tükənər özündən çıxar və öldürər.
Qorxduğu üçün? Oda ola bilər. Qorxar nə edeceyini bilməz və istəmədən və ya istəyərək çarəsizlik səbəbiylə öldürər.
Ya da öldürməkdən zövq alır deyə öldürür? Oda olar. Neçə neçə belə qatil yoxdurmu? Psixologiyası pozulmuş öldürməkdən, cana qıymağdan zövq alan bir çox qatil var.
Və ya indi bəzi ölümlərin dırnağ arası səbəbi "Namus". Düşünün. İnsanlar o qədər namusludur ki, hər ölümdə namusu yoxdu deye öldürülüb deyirlər. Bir qadın mı öldürüldü? 100% Nəsə işi var idi. Bir kişimi öldürüldü? 100% qadın yenə nəsə edib. Kişinin günahladırldığı tək məqamda ki ( oda bəzən olur) qadının kişini öldürməsi idi. Nə üçün? 100% bu dəfə kişi nəsə edib. Ədalətdən danışan hər insan hər dəfə biri öldürləndə sübut dəlil tapılamayana qədər özünən hökm verir. Əşşş.. Nədən bəhs edirəm ki? Anlamaz bir çox insan bunları.
Bunları keçək. Deyirlər ölümün bir səbəbidə var.
"SEVGİ"
Amma ki..
Heç bir ölümün səbəbi sevgi olabilməz. Sevən insan sevdiyinə qıyabilməz. İstər xəyanət olsun istər başqa bir şey. Məhəbbət insanı öldürməz yaşadar. Bundan yazar digər kitabındada bəhs etmişdi zatən.
Bəli bu kitabdakı qatilimiz yenə öz takıntısını sevgi adlandıraraq bir sənətkarın ölümünə səbəb olur. Qanbay Qasımlı isə hər zaman ki zirəkliyi, analtik düşünəcsi və səbri ilə işin üstünü açır. Biraz çətin olur ama kim Qanbay Qasımlıdan qaçabiləcək qədər ağıllıdırki? Heç kim.
Elxan Elatlının hansı kitabı olmasada bu kitab mütləq hakk ettiyi dəyəri artığlamasıyla almalıdır.
Hər kəsə salaamm!
Dedektiv əsər dedikdə mənim üçün axan sular durur. Dedektiv yazarlardan da Agatha ChristieElhan Elatlı ən sevdiklərim ♡
Digər əsərləri kimi bu da bir möhtəşəm idi. Oxuduqca hər kəsin qatil olduğunu düşünür insan. Son ana qədər kimin qatil olduğunu anlamaq olmur. Amma Qanbay Qasımlının gözündən qaçarmı? Qaçmaz :)
Nə yaxşı ki, oxudum. Sizlərə də tövsiyyə edirəm, dedektiv əsər oxumaq istəyirsizsə bu əsəri seçə bilərsiniz.
Hər kəsə xoş oxumalar. Kitabla qalın♡
P.s Qanbay Qasımlıya necə öyrəşmişəmsə Elatlının digər dedektivlərinin olduğu kitablarını oxuya bilmirəm. Bəs siz necə Leopard ləqəbli Ələmdar Məlikovu, Vaşaq ləqəbli Gültəkin Dəmirlini yoxsa mənim sevimli dedektivim Qara Xəfiyyə Qanbay Qasımlını daha çox bəyənirsiz?
Elə yollar var ki,adama düzgün görünür,anvaq o yollarım sonu ölümə gedən yoldur.
Elxan Elatlı -Adsız Tablo
Bu roman istedadlı rəssamım faciəli qətlindən və bu qətlin sirrinin qəribə təsadüf nəticəsində açılmasından bəhs edir.
Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.
1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.
2001 yılından beri Bakü de yaşıyor.
Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır.
Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.