Eksperiment

Elhan Elatlı
Tahmini Okuma Süresi:
11 sa. 6 dk.
Sayfa Sayısı:
392
Basım Tarihi:
24 Ekim 2018
Yayınevi:
Teas Press Publishing
ISBN:
9789952310405
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·392 syf.··
2023 1. kitabı
·
371 günde okudu
·
Okunma: 26 Eylül 2023 15:21
Elatlinin bitsin deye oxudugum yegane eseri sadece eseb kecirtdim oxuduqca bir onu deyib bu defeki cinayet hemisekilerden biraz daha ferqlidi..Qatil yox qatiller var
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
"Gerçəkçi və nəcib hisslərdən yazan Elatlı"
1/10
·392 syf.··
2024 9. kitabı
Elxan Elatlıdan ən son oxuduğum və "daha bəsdir" dediyim o "möhtəşəm" kitab.Şişirtmək istəmirəm,amma heç vaxt bu qədər iyrənc kitab oxumamışdım.Kitab mənim üçün tamamilə təhqir kimi idi.Rəfizadənin insan həyatını "ekspriment" halına gətirməsi,bu savadsız,hörmətsiz,tərbiyəsiz insanı rüşvətlə insanların çabalayaraq belə əldə edə bilmədiyi vəzifələrə ucaltması nə qədər məntiqlidir?Ciddən artıq bunu beynim qəbul etmir,niyə belə bir şey yazılsın? Nankorluqdurmu əsərin diqqətə çatdırmaq hissə?Heç bir əsərdə bir insanın bu qədər alçadıldığını görməmişdim və hamının fikrinə hörmətim var,amma bu kitab bəyənilirmi və ya bəyənilirsə nəyə əsasən bəyənilir başa düşmürəm.Ümumiyyətlə,Elxan Elatlının niyə yaratdığı normal bir ailə yoxdur?Yazarın hardasa 5-6 kitabını oxumuşam,amma heç birində normal,mədəni ailə görə bilməmişəm.Ər-arvad münasibətləri o qədər çirkin şəkildə yaranır ki,yəqin 5 kitab da oxusa idim,tamamilə evliliyə qarşı olardım.Yazıçı kitablarında davamlı olaraq sevgi adı altında xəyanət yazır."Bu hiss olduqca pisdir,amma onlar bir-birilərini sevirlər..." Yazıçı güya ki güclü qadın yazır o da evli kişini sevir.Axı bütün bunlar nə qədər doğrudur? Sevgi adı altında xəyanətə uğrayan qadınlar və əslində,yaxşı,savadlı kişilər, amma xanımlarını sevmirlər hörmət edirlər,sadəcə ehtirasa və "əsl" sevgiyə məğlub olurlar.Deyəsən,yazıçı dedektiv əsərlərində sırf yeni bir şübhəli obraz yaransın deyə xəyanətdən yazır ki,qatillərin sayı artsın,nə olsa,qənimətdir. Əsəri sona kimi oxudum ki,görüm bu nə cəfəngiyyatlardır yazılır sonda da iyrənərək bağladım Nə isə,bu kitaba xal versəm,yəqin ki,1 xal verərəm,o da ki mənə bunu oxuyaraq bütün Elatlı kitablarından iyrəndirdiyinə görə. Hamıya Elatlı kitabları olmadan xoş günləəər:))
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
8/10
·392 syf.··
Beğendi
·
2022 1. kitabı
Elxan Elatlıdan oxuduğum ilk kitab deyildi,amma son da olmayacaq.Kitab səfil,heç kəsin,sözün əsl mənasında insan yerinə qoymadığı bir insanın, nazir Rəfizadə tərəfindən yüksək vəzifəyə təyin edilməsi ilə,onun psixologiyasında baş verənləri bizə çatdırır.Həmçinin Rəfizadənin bu eksperimentin qurbanı olmasını.. Kitab oxucunu maraqda buraxır,özünü oxutdurur.Sadəcə son bölümlərdə biraz sıxıcı olmağa başladı.Yenə də,mənə nəsə qatdığını hiss etdiyim kitablardan oldu.Yazıçının oxuduğum digər kitablarının yanında,biraz sönük qalmışdı mənə görə.Çünki hadisələr çox sürətlə baş verirdi.Yenə də,verdiyi mesaj gözəl idi.İnsanın xarici görünüşü nə qədər dəyişilsə də,içi olduğu kimi qalır.. Digər verdiyi mesaj isə,hakimiyyətə nifrət edən bir insanın əlinə hakimiyyəti versək,çox pis nəticələr doğura bilər.Eynilə,bunun sadə bir eksperiment olduğunu düşünən,Rəfizadənin öz ekperimentinin qurbanı olduğu kimi.. EksperimentEksperiment Elhan ElatlıElhan Elatlı
Roman
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Puan vermedi·392 syf.··
2023 21. kitabı
·
13 günde okudu
·
Okunma: 06 Nisan 2023 17:22
Bu qədər bacarıqsız təcrubəsiz birini belə qanunsuz işlərlə yuksək vəzifəyə qoymaq nə dərəcədə düzgün ola bilər. Əsəri ilk oxuyanda elə zənn edirdim ki Rəfizadə Mehrəlini sırf mütəxəssis və yaxsi,mərhəmətli biri kimi yetisdirib sonra vəzifəyə qoyacaq. Lakin bu hadisələr o qədər tez cərəyan etdi ki dusundukdən sonra gördüm ki bu qədər az muddətə 35 yasina çatmış Mehrəlinin mənəviyyatinda o dərəcədə də dəyişiklik etmək qeyri real bir şeydir.Eləcə də inkişafında.Əsərin ortasinda durub düşündüm ki gorəsən həqiqətən belə eksperimentlərmi aparirlar yuksək vəzifəli şəxslər?! əgər elədirsə vay bizim halimiza.. Əsərin əvvəlində Rəfizadənin sadəlövhlüyünü, Mehrəli kimi birini yuksəldib vəzifəyə qoymağıni çox rəğbətlə qarşilasam da ortalarina doğru gəldikcə bu oyunu oynadiqca necə vicdansiz ola biləcəyini gördüm . Kutləni bir yalana zamanla oyrəsə biləcəyinə hətta insanin belə oz yalanina zamanla necə alisa biləcəyini oyrənmək üçün bu eksperimenti edən Rəfizadə yaziq dostu Cahangirin dediyi cumlələri demaqoqluq deyir. Qulaq ardina vurur. Lakin sonralar onun bu eksperimenti neçə neçə insanlarin həyatina son qoyur, oz ailəsi daxil olmaqla ailələri dağıdır. Elə heç nədən Cahandirin də 10 ilini əlindən alır. EksperimentEksperiment Sonda Mehrəlinin oz əvvəlki həyatına qayitmasi onun etdiklərinin çox az qarşılığı olsa da o dağılmış talelər geri qayitmir
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
10/10
·392 syf.··
Beğendi
·
2022 22. kitabı
Kitabın bir cümləylə ifadə eləmək olsaydı, belə demək olardı hərhalda: "Layiq olmadan əldə edilən uğur, insanı insanlıqdan uzaqlaşdırar." Bir insana kömək eləmək istəyiriksə, öz balığını tutmağı öyrətmək lazımdır, hazır balıq vermək yox. Zəhmətlə və əməklə yüksəlməsinə kömək eləmək lazımdır. Zəhmət çəkmədən əldə olunan nemətin qədri bilinmir. Sürətlə qazanılan uğur eqo, zamanla və yavaş-yavaş qazanılan uğur xarakterli şəxsiyyət yetişdirər. Allah bizi Mehralı kimi insanlardan qorusun.
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Mənim bu kitaba qarşı böyük marağım var idi,amma kitabı oxumağa başlayandan sonra bütün marağım türklər demişkən "kursağımda kaldı".Mən kitaba başlayarkən hadisələrin gedişatının çox uzadılmasına görə narazı idim.Elə bu səbəbdən ötrü kitaba qarşı həvəsim söndü,amma kitabı yarımçıq qoymadım.Kitabı oxumağa davam edərkən baş qəhrəmanın etdiyi hərəkətlər və yaxud insan üzərində siçanmış kimi aparılan eksperiment məni daha da kitabdan uzaqlaşdırırdı.Kitabı axıra kimi oxumağ çox istədim,amma bacara bilmədim.Bəlkə,mən kitabı doğru zamanda oxumamışam.Bəlkə də,kitabı ikinci dəfə oxusam məndə bu düşüncələr və duyğular yaranmayacaq.
Duygu ve Düşünce
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
6/10
·392 syf.··
2021 3. kitabı
·
10 günde okudu
·
Okunma: 14 Şubat 2021 14:21
Və Elatlının digər kitablarından olduğu kimi bu kitabından da çox böyük şeylər öyrəndim. Həqiqətən sanki Elatlının hər kitabını oxuyub bitirdikdən sonra özümü hər şeyə tam hazır hiss edirəm. Və daha çox yaşamaq, daha çox ömür sürmək istəyirəm. Eksperimentdə isə insanlığını itirmiş bir adamı insan etmək üçün bir nazirin əvəzsiz işlərindən bəhs edilir. Və bu iş ilk başlarda nazir üçün çox maraqlı eksperiment kimi gəlir...
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Puan vermedi·392 syf.··
2024 1. kitabı
·
7 günde okudu
·
Okunma: 06 Ocak 2024 13:20
"Onun içindəki bu arzu nə vaxtsa zəif və xəstə kökləri olan bir tingi torpağa əkərək, bitməsi üçün cidd-cəhdlə qulluq edən bağbanın neçə illər sonra həmin tingin böyüyüb qollu -budaqlı ağaca çevrildiyini eşidərək onu görmək arzusuna bənzəyirdi. Sadəcə, kənardan baxmaq və həmin ağacın bir zaman torpağa necə əkildiyini xatırlamaq. Hə, deyəsən ,belə idi. Lakin, təəssüf ki, bağban Rəfizadənin əkdiyi ting zəhər verən ağacın tingi imiş....." . Nədənsə özümü qəribə hiss etdim son yüz səhifəsini oxuyarkən. Daxilimdə böyük qəzəb, hirs var coşa bilməyən. Nəysə kitabın mövzusundan bəhs edək. . . ".......dan" konfet düzəltmək məsəlinin özünə yer tapdığı bir romanı oxuyuruq. . Yox, sözüm romana deyil romandakı həmin "konfet" olan Mehrəli və həmin konfeti düzəldən Rəfizadəyədir...... . Hadisələr bir kəntdə nazir Rəfizadənin bir naxırçının halına yazığı gələrək üzərində eksperiment aparmaq həvəsinə düşməsi ilə başlayır. Heç bir savadı olmayan, qotur basmış ,dişi tökülmüş , pəyə iyisi verən birinin sıfırdan dəyişimi....... Əstafurlah heç kəsi qınamırıq əlbəttə. Lakin, hər şeydən qıt olan bir adamın heç olmasa əxlaqı yerində olaydı..... Amma təəssüf ki, o da yox idi. . Rəfizadənin ona tutduğu "köməkçilərlə" artıq "konfetimiz" hazır olur. Və Hər kəsin quyusu qazılmağa başlayır , Rəfizadənin belə..... . Saxta yolla savad, diplom , maşın, ev, həyat yoldaşı, kariyera verilən bir adamın adamlıqdan uzaq olması....... . Eksperimentinin güdazına gedən Rəfizadə və onun ailəsi, namusu, yaxın dostları, insanlar arasındakı hörməti........ . . Fikrimce , Rəfizadənin istədiyi nəticəni verməsə də əsl eksperiment idi. Lakin, xarakter cəhhətdən mükəmməl birisi Rəfizadənin istədiyi kimi bir nəticəni verə bilərdi. Amma nə edək ki, eksperimentimiz xarakter baxımından sıfır idi. .
Duygu/Düşünce
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
10/10
·392 syf.··
Beğendi
·
2022 26. kitabı
Elatlı yaradıcılığından bir kitab daha Əsəb oldum başdan sona. Kitab oxuduğum 20+ cu kitab olduğundan müəllifin artıq süjet xəttini təsəvvür etmək heç də çətin deyildi. Qudurğanlığın insana nələr elətdirdiyinin bir daha şahidi olduq
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
9/10
·392 syf.··
2024 23. kitabı
Elxan Elatlının bir çox kitabı kimi bu kitabıda sevdim amma çox eseb keçirdim. Haqsızlığa,esasendə nankorluğa gelen biri deyilem. Hetta oxuduğum müddətdə neçe defe yarım qoymagı düşündüm amma marağ güc geldi. Oxuyarken bunları göze alın mence...
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma

Yazar Hakkında

Elhan ElatlıYazar · 32 kitap
 Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.  1980-1985  yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001'li yıllarda  fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı. 2001 yılından beri Bakü de yaşıyor. Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si  mantlksal matematik, 9`uysa polisiye kitaplardır. "İhanet" romanından sonra polisiye türünde tanınmağa başlamışdır. Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.