Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
·
Puan vermedi
·
7 günde okudu
"Onun içindəki bu arzu nə vaxtsa zəif və xəstə kökləri olan bir tingi torpağa əkərək, bitməsi üçün cidd-cəhdlə qulluq edən bağbanın neçə illər sonra həmin tingin böyüyüb qollu -budaqlı ağaca çevrildiyini eşidərək onu görmək arzusuna bənzəyirdi. Sadəcə, kənardan baxmaq və həmin ağacın bir zaman torpağa necə əkildiyini xatırlamaq. Hə, deyəsən ,belə idi. Lakin, təəssüf ki, bağban Rəfizadənin əkdiyi ting zəhər verən ağacın tingi imiş....." . Nədənsə özümü qəribə hiss etdim son yüz səhifəsini oxuyarkən. Daxilimdə böyük qəzəb, hirs var coşa bilməyən. Nəysə kitabın mövzusundan bəhs edək. . . ".......dan" konfet düzəltmək məsəlinin özünə yer tapdığı bir romanı oxuyuruq. . Yox, sözüm romana deyil romandakı həmin "konfet" olan Mehrəli və həmin konfeti düzəldən Rəfizadəyədir...... . Hadisələr bir kəntdə nazir Rəfizadənin bir naxırçının halına yazığı gələrək üzərində eksperiment aparmaq həvəsinə düşməsi ilə başlayır. Heç bir savadı olmayan, qotur basmış ,dişi tökülmüş , pəyə iyisi verən birinin sıfırdan dəyişimi....... Əstafurlah heç kəsi qınamırıq əlbəttə. Lakin, hər şeydən qıt olan bir adamın heç olmasa əxlaqı yerində olaydı..... Amma təəssüf ki, o da yox idi. . Rəfizadənin ona tutduğu "köməkçilərlə" artıq "konfetimiz" hazır olur. Və Hər kəsin quyusu qazılmağa başlayır , Rəfizadənin belə..... . Saxta yolla savad, diplom , maşın, ev, həyat yoldaşı, kariyera verilən bir adamın adamlıqdan uzaq olması....... . Eksperimentinin güdazına gedən Rəfizadə və onun ailəsi, namusu, yaxın dostları, insanlar arasındakı hörməti........ . . Fikrimce , Rəfizadənin istədiyi nəticəni verməsə də əsl eksperiment idi. Lakin, xarakter cəhhətdən mükəmməl birisi Rəfizadənin istədiyi kimi bir nəticəni verə bilərdi. Amma nə edək ki, eksperimentimiz xarakter baxımından sıfır idi. . Eksperimentimizin psixologiyası dəyişmişdi, çünki pul güc demək idi. Güclü olan isə heç vaxt qorxmazdı. Halbuki naxırcı Mehrəli qorxudan hər şeyi etmə potensialında idi. . Real həyatın romana köçürldüyü "qohumbazlıq biznesi" , rüşvətsevən nazirlər, saxtakarlıq, və arxası olan Mehrəlilərin sürətli yüksəlişləri........ . Və vəzifəsinə sadiq , vicdanlı kadrların işindən uzaqlaşdırılması.... . Mehrəlilərin yoluna işıq tutan Rəfizadələr, Atayevlər olmasa əslində həyat öz axarında gedər. . Çox mövzu çıxar bu kitabdan....çox uzatmıyım. Oxuduğunuz üçün təşəkkürlər.
Eksperiment
EksperimentElxan Elatlı · Teas Press Publishing · 2018291 okunma
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.