Eksperiment

Elhan Elatlı

Puan

7.610 üzerinden
104 kişi
Puan vermedi·392 syf.··
2023 1. kitabı
·
371 günde okudu
·
Okunma: 26 Eylül 2023 15:21
Elatlinin bitsin deye oxudugum yegane eseri sadece eseb kecirtdim oxuduqca bir onu deyib bu defeki cinayet hemisekilerden biraz daha ferqlidi..Qatil yox qatiller var
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
"Gerçəkçi və nəcib hisslərdən yazan Elatlı"
1/10
·392 syf.··
2024 9. kitabı
Elxan Elatlıdan ən son oxuduğum və "daha bəsdir" dediyim o "möhtəşəm" kitab.Şişirtmək istəmirəm,amma heç vaxt bu qədər iyrənc kitab oxumamışdım.Kitab mənim üçün tamamilə təhqir kimi idi.Rəfizadənin insan həyatını "ekspriment" halına gətirməsi,bu savadsız,hörmətsiz,tərbiyəsiz insanı rüşvətlə insanların çabalayaraq belə əldə edə bilmədiyi vəzifələrə ucaltması nə qədər məntiqlidir?Ciddən artıq bunu beynim qəbul etmir,niyə belə bir şey yazılsın? Nankorluqdurmu əsərin diqqətə çatdırmaq hissə?Heç bir əsərdə bir insanın bu qədər alçadıldığını görməmişdim və hamının fikrinə hörmətim var,amma bu kitab bəyənilirmi və ya bəyənilirsə nəyə əsasən bəyənilir başa düşmürəm.Ümumiyyətlə,Elxan Elatlının niyə yaratdığı normal bir ailə yoxdur?Yazarın hardasa 5-6 kitabını oxumuşam,amma heç birində normal,mədəni ailə görə bilməmişəm.Ər-arvad münasibətləri o qədər çirkin şəkildə yaranır ki,yəqin 5 kitab da oxusa idim,tamamilə evliliyə qarşı olardım.Yazıçı kitablarında davamlı olaraq sevgi adı altında xəyanət yazır."Bu hiss olduqca pisdir,amma onlar bir-birilərini sevirlər..." Yazıçı güya ki güclü qadın yazır o da evli kişini sevir.Axı bütün bunlar nə qədər doğrudur? Sevgi adı altında xəyanətə uğrayan qadınlar və əslində,yaxşı,savadlı kişilər, amma xanımlarını sevmirlər hörmət edirlər,sadəcə ehtirasa və "əsl" sevgiyə məğlub olurlar.Deyəsən,yazıçı dedektiv əsərlərində sırf yeni bir şübhəli obraz yaransın deyə xəyanətdən yazır ki,qatillərin sayı artsın,nə olsa,qənimətdir. Əsəri sona kimi oxudum ki,görüm bu nə cəfəngiyyatlardır yazılır sonda da iyrənərək bağladım Nə isə,bu kitaba xal versəm,yəqin ki,1 xal verərəm,o da ki mənə bunu oxuyaraq bütün Elatlı kitablarından iyrəndirdiyinə görə. Hamıya Elatlı kitabları olmadan xoş günləəər:))
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·392 syf.··
Beğendi
·
2022 1. kitabı
Elxan Elatlıdan oxuduğum ilk kitab deyildi,amma son da olmayacaq.Kitab səfil,heç kəsin,sözün əsl mənasında insan yerinə qoymadığı bir insanın, nazir Rəfizadə tərəfindən yüksək vəzifəyə təyin edilməsi ilə,onun psixologiyasında baş verənləri bizə çatdırır.Həmçinin Rəfizadənin bu eksperimentin qurbanı olmasını.. Kitab oxucunu maraqda buraxır,özünü oxutdurur.Sadəcə son bölümlərdə biraz sıxıcı olmağa başladı.Yenə də,mənə nəsə qatdığını hiss etdiyim kitablardan oldu.Yazıçının oxuduğum digər kitablarının yanında,biraz sönük qalmışdı mənə görə.Çünki hadisələr çox sürətlə baş verirdi.Yenə də,verdiyi mesaj gözəl idi.İnsanın xarici görünüşü nə qədər dəyişilsə də,içi olduğu kimi qalır.. Digər verdiyi mesaj isə,hakimiyyətə nifrət edən bir insanın əlinə hakimiyyəti versək,çox pis nəticələr doğura bilər.Eynilə,bunun sadə bir eksperiment olduğunu düşünən,Rəfizadənin öz ekperimentinin qurbanı olduğu kimi.. Eksperiment Elhan Elatlı
Roman
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
Puan vermedi·392 syf.··
2023 21. kitabı
·
13 günde okudu
·
Okunma: 06 Nisan 2023 17:22
Bu qədər bacarıqsız təcrubəsiz birini belə qanunsuz işlərlə yuksək vəzifəyə qoymaq nə dərəcədə düzgün ola bilər. Əsəri ilk oxuyanda elə zənn edirdim ki Rəfizadə Mehrəlini sırf mütəxəssis və yaxsi,mərhəmətli biri kimi yetisdirib sonra vəzifəyə qoyacaq. Lakin bu hadisələr o qədər tez cərəyan etdi ki dusundukdən sonra gördüm ki bu qədər az muddətə 35 yasina çatmış Mehrəlinin mənəviyyatinda o dərəcədə də dəyişiklik etmək qeyri real bir şeydir.Eləcə də inkişafında.Əsərin ortasinda durub düşündüm ki gorəsən həqiqətən belə eksperimentlərmi aparirlar yuksək vəzifəli şəxslər?! əgər elədirsə vay bizim halimiza.. Əsərin əvvəlində Rəfizadənin sadəlövhlüyünü, Mehrəli kimi birini yuksəldib vəzifəyə qoymağıni çox rəğbətlə qarşilasam da ortalarina doğru gəldikcə bu oyunu oynadiqca necə vicdansiz ola biləcəyini gördüm . Kutləni bir yalana zamanla oyrəsə biləcəyinə hətta insanin belə oz yalanina zamanla necə alisa biləcəyini oyrənmək üçün bu eksperimenti edən Rəfizadə yaziq dostu Cahangirin dediyi cumlələri demaqoqluq deyir. Qulaq ardina vurur. Lakin sonralar onun bu eksperimenti neçə neçə insanlarin həyatina son qoyur, oz ailəsi daxil olmaqla ailələri dağıdır. Elə heç nədən Cahandirin də 10 ilini əlindən alır. Eksperiment Sonda Mehrəlinin oz əvvəlki həyatına qayitmasi onun etdiklərinin çox az qarşılığı olsa da o dağılmış talelər geri qayitmir
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma
10/10
·392 syf.··
Beğendi
·
2022 22. kitabı
Kitabın bir cümləylə ifadə eləmək olsaydı, belə demək olardı hərhalda: "Layiq olmadan əldə edilən uğur, insanı insanlıqdan uzaqlaşdırar." Bir insana kömək eləmək istəyiriksə, öz balığını tutmağı öyrətmək lazımdır, hazır balıq vermək yox. Zəhmətlə və əməklə yüksəlməsinə kömək eləmək lazımdır. Zəhmət çəkmədən əldə olunan nemətin qədri bilinmir. Sürətlə qazanılan uğur eqo, zamanla və yavaş-yavaş qazanılan uğur xarakterli şəxsiyyət yetişdirər. Allah bizi Mehralı kimi insanlardan qorusun.
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma