Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Alternativ Əməliyyat

Elxan Elatlı
8/10
55 Kişi
140
Okunma
57
Beğeni
1.526
Görüntülenme
Qarabağı azad etmək uğrunda 44 günlük Vətən müharibəsi başlayıb. Düşmən isə təkcə cəbhədə, səngərlərdə deyil. Məxfi şöbəyə məlumat daxil olur ki, düşmənlər Azərbaycanda təxribat və qətllər törətmək üçün beş killeri gizli yollarla Bakıya göndərib: atası rus, anası erməni olan bombaçı Oleq Kuznetsov, “Çaqqal” ləqəbli erməni Hoven Novikov, PKK terrorçusu, mahir snayper Dilan Kalkan, milliyyətcə fars olan Rusiya vətəndaşı Altan Fədai və ən təhlükəli killer, atası azərbaycanlı olan Ayxan Asayev... Atasını uşaqlıqdan bəri görməyən, Sumqayıtda yaşayan ögey bacısı ilə şantaj olunan Asayevin vəzifəsi Məxfi şöbənin rəisi Ələmdarı öldürməkdir. Ələmdar Məxfi şöbə əməkdaşlarına agentləri zərərsizləşdirmək tapşırığı verir. Kapitan Gültən Dəmirli – Məxfi şöbənin Vaşaqı öz alternativ əməlliyyat planını təklif edir. O, Asayevi öz tərəfinə çəkməli, digər killerləri onun köməyi ilə zərərsizləşdirməlidir. Bu heç də asan məsələ deyil... Qarabağda isə döyüşlər gedir, evlərə şəhid tabutları gəlir, buna rəğmən ordumuz ard-arda böyük zəfərlər qazanır, amma başda general Ruslanov olmaqla içimizdəki xainlər, pula satılanlar, ermənidən daha təhlükəli düşmənlər hər şeyi edir ki, bunun qarşısını alsın..
Yazar:
Elxan Elatlı
Elxan Elatlı
Tahmini Okuma Süresi: 11 sa. 34 dk.Sayfa Sayısı: 408Yayınevi: Teas Press
ISBN: 9789952540758Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitaba arxa cəbhədən baxış
Salam 1k oxuyucuları! İlk dəfədir ki, bir incələmənin məsuliyyəti var çiyinlərimdə. 44 günlük Vətən müharibəsini özündə qismən də olsa əks etdirən bir kitaba qazi bacısı olarak incələmə yazmaq o qədər də asan deyil. Əvvəlcə o günlərə bir nəzər yetirmək istəyirəm. 27 Sentyabr, zəfərə gedən yolun ilk addımı atıldığının elan olunduğu günə gözümü
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
Reklam
408 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler ola bilər)
Elxan Elatlının oxuduğum digər kitabları qədər axıcı və maraqlı bir kitab oldu.Ancaq bəyənmədiyim nüansları oldu və onları qeyd etmək istərdim.Bəyənmədiyim ilk nüans Ələmdar və Gültənin münasibəti oldu.Hər nə qədər bu münasibət müdafiə edilməyə çalışılsa da ,təəssüf ki,uğursuz alınıb)Çünki bu müdafiə Ayçöhrənin ev xanımı,Gültənin isə döyüşçü olması üzərində qurulmuşdu.Bu hissədə müharibədə iştirak edən qadınlarla müqayisədə ev xanımının alçaldılmasını görürük.Gültənin dövlətin xeyiri üçün əvəzsiz addımlarını göz ardı etmək olmaz,ancaq bunu Ayçöhrənin başına vuraraq onun qadın hüquqlarını,qürurunu qoruması üçün hər hansın cəhd göstərmək haqlarını əlindən almaq, qətiyyən, doğru bir şey deyildi.Digər bəyənmədiyim nüans isə dövlət işçilərinin qeyri-qanuni əməliyyat yerinə yetirməsi idi.Bəli, bunu edərək dövlətə xain "adamlara" layiq olduqları cəza verildi.Amma bunun ,tamamilə, qeyri-qanuni yolla və dövlət adamları tərəfindən həyata keçirilməsilə razı deyiləm .Hətta Ayxanın işlətdiyi bu cümlə, fikrimcə,tam yerinə düşdü: "Özünü dövlət adamından çox ,bir avtoritet və ya mafiya başçısı kimi aparan Ələmdar..." Bundan əlavə ,Surxayın ölümü də adi bir hadisə kimi qarşılandı... Razılaşmadığım hissələri nəzərə almasaq oxumağa dəyər kitab idi :)
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
"Bax adamın iş yoldaşı, yol yoldaşı, süfrə yoldaşı, əs gərlik yoldaşı, nəhayət, ömrünün sonuna kimi bir yastığa baş qoyduğu həyat yoldaşı olur. Ancaq bunların heç biri döyüş yoldaşlığına bənzəmir. Niyə? Çünki döyüş yoldaşı dediyin adamla ölümün üstünə gedirsən, sən onu ölümdən qoruyur san, o da səni... Şəhid olanda da onun qucağında can verir sən, gözlərini valideynin, həyat yoldaşın yox, məhz o qapayır. Budur döyüş yoldaşı! Bəzən sevənlər bir-birilərinə deyirlər ki, sənin yolunda ölümə gedərəm. Bəs haradadır o ölüm? Nə vaxt gələcək? Boş-boş danışırlar!.. Ancaq döyüş yoldaşı sənin yolunda, doğrudan da, ölümə gedir. Çünki ölüm deyilən o kabus döyüşdə sənin ətrafında fırlanır, hər dəqiqə, hər saniyə gəlir səni aparmağa. Döyüş yoldaşının sənin üçün ölümə getməsi, sadəcə, hərbin, döyüşün qanunu deyil, izah edə bilməyəcəyim əcaib bir şey var burada... Sənin üçün ölümə gedir, həm də bir dəfə yox, dəfələrlə! Yaxud kimsə kiməsə deyir ki, sən ölsən, mən yaşaya bilmərəm. Pay atonnan! Nadir adamlar istisna olmaqla heç kim ölüb-eləmir sevdiyi adam öləndən sonra... Ancaq döyüşdə bu məsələ də tamam başqa cürdür. Səninlə çiyin-çiyinə döyüşən yoldaşın ölsə, böyük ehtimalla, sən də yaşaya bilməyəcəksən. Köməyin, gücün azalacaq, tək qalacaqsan və düşmən səni də asanlıqla öldürəcək. Bax, döyüş yoldaşlığı budur, Ayçöhrə! Mənim bu sözlərimdən in əcimə, döyüş yoldaşı müəyyən mənada həyat yoldaşından da üstün ola bilər. "
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
8/10 puan verdi
·
Beğendi
44 günlük Vətən Müharibəsindən sonra yazılan kitab məni özünə çəkdi. Səbəb güclü detektiv motivləri yox real müharibə səhnələri idi. Düzdür hərdən bu reallıq fantastikaya çevrilir amma Azərbaycan oxucusunun "davalı" kitablara olan marağını nəzərə alsaq, sevdim :)
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
Reklam
408 syf.
3/10 puan verdi
·
3 günde okudu
Kitabın vətənpərvərlik hissələrini gözəl idi. Ancaq Ələmdar obrazını heç bir kitabda sevə bilmirəm. Ailə,həyat yoldaşı,xəyanət haqqında fikirləri məni həmişə özündən uzaqlaşdırır.
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
·
Puan vermedi
ElxanElatli Alternativ Əməliyyat
Vətən Müharibəmizdə Qəhrəmanliqla Doyusub dusmene qan uddurub Qehremanca Şəhdlik zirvesinə ucalan Qəhrəman Şəhidlərimizin Allahin Rehmeti uzerinde olsun Şəhidlərimizin mekanlari cennet ruhlari şad olsun Deyerli yazarimiz #Elxan Elatlinin qələmə aldiği 44 Günlük Veten Müharibəmizdə Fəxrimiz Milli Qəhrəmanimiz Senger Genralimiz Polad Həşimovumuzun Qəhrəmanimiz Polkovnikimiz İlqar Mirzeyevimizin onlarla birlikde Qehremanliqla doyuşub Şəhid olan Zabitlerimizin Əsger qardaslarimizin əziz xatiresine hörmətlə ithaf edilir #AlternativƏməliyyat Cebhe Xetinde elecede bakida bezi xain dusmenlerle mubarize aparan Qehremanlarimiz sonda Qalib gelir Allah Qazilerimize Şəfa versin Amin Allah dusmenle uzbe uz dayanan sengerde olan Əsger Zabitlerimizi Qorusun İnsallah Xidmetlerini basa vurubv sağ salamat evlerine dönsunler Qəhrəman atalarima Qehreman Anlarima qardaşlarima bacilarima Şəhid aile uzvulerimize hemise deyirem Deyerli Elxan Elatli Yazarimizin oxuculari Əgər biz bu gün Müqəddəs ana veten Bu Topraqda yaşiyiriqsa Göydə Allah Yerde Cenab Prezdentimiz Ali Baş Komandanimiz İlham Əliyev Şəhidlərimizə Qazilərimizə borcluyuq Şəhidlərimiz Qazilerimiz öz Müqeddes Valdeyinlerini Atalarini Analarini bacilarini qardaşlarini heyat yoldaşlarini övladlarini bizlere emanet edib Ana Vetenimizi Yaği duşmenden Azad etdiler ve Qehremanca Şəhidlik zirvesine ucaldilar Bu dünyamizi yox axiretimizi düşûnmeliyik biz o biri dunyada Şəhidlərimizin üzünə nece baxaciq onlari tebliğ edib tanimiriqsa tanidirmiriqsa yaşamaq Haram olsun bize unutmariq unutdurmariq
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Düşünürdü ki, görəsən, Ələmdar onun tabeliyində olsaydı, onu belə ağır, ölüm riski yüksək olan əməliyyata göndərərdimi? Yəqin ki, göndərməzdi. Hətta canından çox sevdiyi bu adamın Leopard ləqəbli qeyri-adi gücə malik döyüşçü olmasına baxmayaraq, göndərməzdi...
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
9/10 puan verdi
44 günlük Vətən müharibəsində düşmənlə sadəcə cəbhədə deyil , Azərbaycanda təxribat və qətillər törətmək üçün beş killeri gizli yolla Bakıya göndərib. Bu killerin tapılmasını Vaşaq ləqəbli Gültən Dəmirli alternetiv əməliyyat planını irəli sürür və bu əməliyyatın həyata verməkdə ona verilir. Alternativ əməliyyat uğurla nəticələnir . Və ordumuz zəfərlər qzanır. Romanda sevmədiyim məqam Gültənin Əlamdarı sevməsi , Əlamdarında ona biganə qalmamasıdır. Döyüş yoldaşı olmaları doğrudu ancaq münasibətlərini sevmədim. Romanın ən çox bəyəndiyim hissəsi isə Arəstə Baxışovanın yer almadı idi
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
Reklam
408 syf.
·
Puan vermedi
Məxfi Şöbə Ələmdar Məlikov Gültən Dəmirli
Vətən Müharibəmizdə Qəhrəmanliqla Doyusub dusmene qan uddurub Qehremanca Şəhdlik zirvesinə ucalan Qəhrəman Şəhidlərimizin Allahin Rehmeti uzerinde olsun Şəhidlərimizin mekanlari cennet ruhlari şad olsun Deyerli yazarimiz #Elxan Elatlinin qələmə aldiği 44 Günlük Veten Müharibəmizdə Fəxrimiz Milli Qəhrəmanimiz Senger Genralimiz Polad Həşimovumuzun Qəhrəmanimiz Polkovnikimiz İlqar Mirzeyevimizin onlarla birlikde Qehremanliqla doyuşub Şəhid olan Zabitlerimizin Əsger qardaslarimizin əziz xatiresine hörmətlə ithaf edilir #AlternativƏməliyyat Cebhe Xetinde elecede bakida bezi xain dusmenlerle mubarize aparan Qehremanlarimiz sonda Qalib gelir Allah Qazilerimize Şəfa versin Amin Allah dusmenle uzbe uz dayanan sengerde olan Əsger Zabitlerimizi Qorusun İnsallah Xidmetlerini basa vurubv sağ salamat evlerine dönsunler Qəhrəman atalarima Qehreman Anlarima qardaşlarima bacilarima Şəhid aile uzvulerimize hemise deyirem Deyerli Elxan Elatli Yazarimizin oxuculari Əgər biz bu gün Müqəddəs ana veten Bu Topraqda yaşiyiriqsa Göydə Allah Yerde Cenab Prezdentimiz Ali Baş Komandanimiz İlham Əliyev Şəhidlərimizə Qazilərimizə borcluyuq Şəhidlərimiz Qazilerimiz öz Müqeddes Valdeyinlerini Atalarini Analarini bacilarini qardaşlarini heyat yoldaşlarini övladlarini bizlere emanet edib Ana Vetenimizi Yaği duşmenden Azad etdiler ve Qehremanca Şəhidlik zirvesine ucaldilar Bu dünyamizi yox axiretimizi düşûnmeliyik biz o biri dunyada Şəhidlərimizin üzünə nece baxaciq onlari tebliğ edib tanimiriqsa tanidirmiriqsa yaşamaq Haram olsun bize unutmariq unutdurmariq
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
408 syf.
3/10 puan verdi
Kitabda cəbhədə olanlar insanı bir daha sarsıltdı, amma ki, Məlikovun xəyanəti ilə kitab gözdən düşdü. Əslində düşməzdi xəyanət olmayacaq bir hal deyil amma ki, yazıçının Məlikova haqq verməsi artıq kitabı üçün də, Məlikov personajı üçün də təəssüf hissi oyatdı. Kitaba isə dedektiv deyə bilməzdim. Yenə də oxumağa dəyər ):
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0140 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.