Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qanbay Qasımlının Xəfiyyələri

Elxan Elatlı
Bu kəndin dincliyi məktəb direktorunun meşəbəyi işləyən gənc oğlunun müəmmalı şəkildə yoxa çıxması ilə pozulur. Rayonun hüquq-mühafizə orqanları Ərşad adlı bu gəncin axtarışına başlayırlar. Onun meyiti və ayağından güllə ilə vurulmuş yaralı iti heç kimin çıxmağa cürət etmədiyi “Qartal zirvəsi” deyilən yerdə tapılır. Araşdırmaların gedişində isə daha dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, 22 yaşlı meşəbəyi kənd camaatının 73 ildən bəri axtardığı və müqəddəs saydığı bir qəbri – Qaçaq Mustafanın haqqında əfsanələr dolaşan sirli məzarını tapıbmış. Bu sirri ondan başqa da kimsə bilib. Meşəbəyi öldürüləndən sonra baş verən daha bir qətl isə artıq hamını vahiməyə salır. Bu dəfə rayon polis şöbəsi cinayət-axtarış bölməsi rəisinin yeganə oğlu öldürülür. Bu ərköyün gəncin meyitini zibilliyə atırlar. Bəs qatil, yaxud qatillər kimdir? Bakıdan həmin rayona qonaq getmiş iki gənc detektiv qətllərin izinə düşür. Bu izlər onları eyni bir adama doğru və eyni ünvana aparır. Həmin adam oğlu öldürülən polis zabitinin əlaltısı, ünvan isə Qaçaq Mustafanın xeyli qızıl basdırılmış məzarıdır...
Yazar:
Elxan Elatlı
Elxan Elatlı
Tahmini Okuma Süresi: 10 sa. 60 dk.Sayfa Sayısı: 388Basım Tarihi: 2019Yayınevi: Teas Press Nəşriyyat
ISBN: 9789952313901Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
388 syf.
9/10 puan verdi
Mən dolu-dolu yazılmış, mövzu cəhətdən zəngin və içərisində hər şey olan əsərləri oxumaqdan çox böyük zövq alıram. Bu dəfə də sizə tam da elə 1 əsərdən bəhs etmək istəyirəm ____ Elxan Elatlı qələmindən oxuduğum növbəti kitab "Qanbay Qasımlının xəfiyyələri" oldu və onu qeyd edim ki, digərlərinə nisbətən bu kitabı daha çox bəyəndim. Həm də sonluğunda çox böyük şok yaşadım ____ Kitabın mövzusu o qədər geniş və zəngindir ki, haradan başlayacağımı, necə izah edəcəyimi bilmirəm, ancaq bildiyim yeganə 1 şey var ki, o da kitab haqqında nə desəm az olacağıdır.. ____ Elxan Elatlı əsərləri üçün xarakterik olan 1 cəhət varsa, o da məncə yazarın ailə-məişət mövzularına əsərlərində daha çox yer verməsi, detektiv nüanslara isə nisbətən az toxunmasıdır. Ancaq bu əsər yaxşı ki də belə tərzdə yazılıb. Çox çox bəyəndim ____ Əsərin mövzusundan isə qısaca bəhs etsək.. Qanbay Qasımlı Bakıdan mühazirə demək məqsədilə 1 həftəlik Diktəpə kəndinə dəvət olunur və 2 əziz tələbəsi Elmar və Seldanı da özü ilə birlikdə gətirir. Bəxtlərindən kənddə bir-birinə yaxın vaxtlarda əlaqələri belə olmayan 2 fərqli cinayət hadisəsi baş verir və bu cinayətlərin üstünün açılmasında Seldan və Elmar yaxından iştirak edirlər. Əsər haqqında əslində deyəcəklərim hədsiz çoxdu, lakin təəsüf hamısını bura yerləşdirə bilməyəcəm, kitab haqqında ətraflı fikirlərimi youtube kanalımda paylaşmışam. Hələ də izləməyənlər üçün linki bura yerləşdirirəm youtu.be/cJySf-vTJp0
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
Reklam
388 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Qanbay Qasımlının Xəfiyyələri
Maraqlı idi. Sonluq yenə yanıltmadı Elatlı da sevir bir kitabda n qədər həyat birlişdirməyi O qədər obraz olur ki... Kim kimdir unudursan. Elatlı ölmədən Qasımlı ölsə, təzə xəfiyyələr var. Sevdim bu ikilini
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
388 syf.
7/10 puan verdi
·
32 günde okudu
Son iller demek olar ki,dedektiv oxumurdum,eslinde Elxan Elatli oxumagi da dusunmurdum,sadece radioda viktorinada qalib oldugum ucun Az.Radiousunun hediyye etdiyi kitab oldugundan uzun yol gederken ozumle goturdum.Vaxt itkisi deyil,ancaq vaxt aparmaq ucun oxumaq olar,nese oyrenmeyi gozlemeyin.
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
388 syf.
10/10 puan verdi
Mizahı yerində əsər :)
Maraqlı kitab idi. Hər bir özbaşınalığın, kiminsə namusuna əl uzatmağın cəzasız qalmayacağını, ailə tərbiyəsinin önəmini göstərən bir əsərdir. Həmçinin itlərin sadiqliyi barədə olan yeri dahada gözəl edirdi əsəri.
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
Reklam
388 syf.
·
Puan vermedi
·
Beğendi
Ümumi olaraq beyendim Elatlinin en cox da tarixden behs etmesini sevirem..Ve tebiki hadiseleri bir biriyle baglamasini, obrazlarin coxlugunu kim kim idi deye düşünmeyi. Bu defeki yeni ikilini de sevdim. Qanbay Qasımlı da bizim yerli Sherlock Holmes insAllah maceralari davamli olsun
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
388 syf.
·
Puan vermedi
Onun bir yaxşı sözü vardı, deyirdi ki, insanın hissləri, düşüncələri ,doğruları yalnız onun özü üçün bir də onu həqiqi məhəbbətlə sevən kəs üçün maraqlı ola bilər. Duyğularını, əslində ,səni anlamayan, xətrinə dəyməmək üçün özünü canıyanan kimi göstərən insanlara danışmaqdansa susmaq, susmaq mümkün deyilsə, bir heyvana və ya bir ağaca danışmaq daha yaxşıdır. Qambay Qasımlının xəfiyyələri, Elxan Elatlı
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
388 syf.
·
Puan vermedi
·
Beğendi
Bir insanin (insanda demek duz çixmir )qaninda ermeni qani var onun haqqinda mence hec bir genis izaha ehtiyac yoxdur.İshaqin töremesinden ne gözlemek olar.
Qanbay Qasımlının Xəfiyyələri
Qanbay Qasımlının XəfiyyələriElxan Elatlı · Teas Press Nəşriyyat · 2019257 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.