Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Alternativ Əməliyyat

Elxan Elatlı

Alternativ Əməliyyat Gönderileri

Alternativ Əməliyyat kitaplarını, Alternativ Əməliyyat sözleri ve alıntılarını, Alternativ Əməliyyat yazarlarını, Alternativ Əməliyyat yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Pul insanı necə də qudurdarmış... -- Səhv edirsən, pul insanı qudurtmaz, insana bənzəyən ikiayaqlı heyvanları qudurdar.
Sjsjsjs
- Mən həmişə demişəm ki, ölüm səni asanlıqla məğlub edə bilməz, Vaşaq. Gültən üzünü məzəli şəkildə turşutdu: Ancaq indi, həqiqətən, ölürəm. Necə yəni? - Ələmdar qaşlarını çatdı. - Yaralısan? Yox, acından ölürəm...
Reklam
Off, insanın gərək mütləq bir sirr ortağı olsun.
Oğlu şəhid olmuş atanın buna sevinməsi anormal bir şeydir, yalandır, saxtakarlıqdır. Əlbəttə, hər bir qeyrətli ata istəyər ki, oğlu vətəni uğrunda savaşa getsin, vuruş- sun, düşməni məhv edib sağ-salamat geri qayıtsın. Bəli, sağ-salamat... Nə şikəst olub qayıtsın, nə də şəhid olsun. Ancaq nə etmək olar ki, şəhidsiz qələbə olmur, mütləq kimlərsə şəhadətə qovuşmalı və ya yaralanmalıdır. Düş- mənlə döyüşən hər bir oğul qəhrəmandır. Lakin kiminsə bəxtinə sağ-salamat evinə qayıtmaq düşür, kiminsə bəxtinə şəhidlik və ya ömürlük şikəst qalmaq... Şəhid atalarının həyatı cəhənnəmə dönür, ancaq bunu da anlayırlar ki, oğulları Vətən əldən getməsin deyə döyüşüb. Ürəklərinə daş ba- sıb dözür, için-için ağlayır, bununla belə, ürəkdən deyirlər: "Vətən sağ olsun!".
Reklam
Hərbi helikopter paytaxtın qaranlıq səmasına daxil olan- da şəhər sakinlərindən buna laqeyd yanaşanlar da oldu, səsini eşitcək balkonlara çıxıb maraqla tamaşa edənlər də. Lakin heç kəsin ağlından belə keçmədi ki, qanlı döyüşlərin getdiyi Qarabağdan gələn bu helikopter özü ilə Bakıya ölçüyə-çəkiyə sığmayacaq qədər ağır yük gətirir. Canını vətən uğrunda qurban vermiş beş igid gəncin nəşi... Beş dağılmış dünya... Yerinə yetməyəcək nə qədər arzularla dolu beş yarımçıq ömür... Gözü yollarda qalmış beş ananın dünyaya sığmayan dərdi, fəryadı... Xoşbəxtliyə layiq olsa da, daha heç zaman xoşbəxt olmayacaq neçə qızın ürək dağlayan yanıqlı hıçqırtısı... Bəli, çox ağır idi bu helikopterin yükü...
Sayfa 351Kitabı okudu
Oğlu şəhid olmuş atanın buna sevinməsi anormal bir şeydir, yalandır, saxtakarlıqdır. Əlbəttə, hər bir qeyrətli ata istəyər ki, oğlu vətəni uğrunda savaşa getsin, vuruş- sun, düşməni məhv edib sağ-salamat geri qayıtsın. Bəli, sağ-salamat... Nə şikəst olub qayıtsın, nə də şəhid olsun.
Özün bilirsən ki, ən çox nifrət etdiyim şey xəyanətdir və heç zaman vətənimə, xalqıma, dövlətimə, dostlarıma, ailəmə xəyanət etmərəm. Ancaq sənin, əslində, nəyi soruşduğunu yaxşı bilirəm və “xəyanət" məfhumunu bu şəkildə anlama- ğınla razılaşmıram. Həyat yoldaşı yalnız yataq yoldaşı deyil ki, kişi təsadüfən başqası ilə yatağa girəndə arvadına xəyanət etmiş olsun. Əsas məsələ odur ki, həyat yoldaşının - övladla- rının anasının qədrini biləsən, qayğısını çəkəsən, onu bütün qadınlardan üstün tutasan və heç kəsin ayağına verməyəsən. Ayçöhrə istədi soruşsun ki, kişi üçün bu dedikləri qadı- na da aiddirmi. Lakin çəkindi, soruşmadı. Bir də nə mənası vardı soruşmağın? Alacağı cavabı onsuz da bilirdi. Bilirdi ki, əri “kişi başqa, qadın başqa” cavabını verəcək. Buna adı kimi əmin idi. Çünki Azərbaycanda bunun əksini deyə biləcək bircə kişinin belə var olduğuna inanmırdı..
Sayfa 157Kitabı okudu
97 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.