Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

380 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Elxan Elatlı kitablarına baxış..
Hər vaxtınız xeyir, 1k kitabsevərləri!
Elxan Elatlı
Elxan Elatlı
qələminə hakim olduğum yazıçımızdır. Bədii kitablarından sonuncu ikisindən başqa hamısını oxumuşam deyə bilərəm. Və deyim ki, hər kitabını bir nəfəsdə oxuyacaq qədər sevmişəm.
Eksperiment
Eksperiment
kitabını sevmədim sadəcə. Kitaba görə deyil, insan mənəviyyatının bu qədər ucuzlaşması mənim hisslərimə mənfi təsir etdi. Bu kitabının haqqında yazmadan əvvəl yazıçının yaradıcılığına, kitablarının oxunma ardıcıllığına toxunmaq istəyirəm. Çünki bir çox kitabsevəri düşündürən suallardan biri də , "hansı kitabı ilə başlamalıyam?" olur. Və ya, "Ağır olmayan kitabı hansıdır?" İlk öncə deyim ki,
Elxan Elatlı
Elxan Elatlı
qələmi o qədər axıcıdır ki, oxuma sürəti zəif olan oxuyucu belə qısa zamanda oxuyub bitirə bilir. Sadəcə, düzgün ardıcıllığı seçmək lazımdır. Bir çox oxuyucunun şikayəti isə yazıçının həddindən artıq 18+ yazmasındandır. Bəli, bu məni də narahat edir, ancaq gəlin baxış prizmamızı dəyişdirib yazıçının gözündən də baxaq. Günümüz oxuyucular gənc nəsildir. Və bu gənc nəslin hər təbəqəsinə nüfuz etmək lazımdır. 'Nəbzini tutmaq' deyək. Və təəssüf olsun ki, bir çoxlarının, hamıya şamil etmirəm, bir çoxlarının 18+ kitablara meyli üstünlük təşkil edir. Tamamilə deyil, qismən, hətta cüzi qədər deyə bilərəm. El dili ilə desək, "ağını çıxartmır." Məişət hadisələrin ən gerçək üzü ilə yazan yazıçı təbiiliyi də maksimum dərəcədə verməyə çalışır. Yazıçının bir başqa xüsusiyyəti isə Vətən eşqi, miliyyətçi olması, tariximizə əsərlərində yer verməsidir. Əsasən də, "Qarabağ hadisələri" Şəxsən mənim üçün ən qaranlıq məqamlar belə oxuduğum
Qan Ləkəsi
Qan Ləkəsi
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn Səs
kitablarında aydın oldu. Xocalı faciəsində əsir düşmüş soydaşlarımızın hansı hissləri keçirtdiyini oxuduğumda özümə gələ bilmirdim. Yeri gəlmişkən deyim ki, əgər yazıçının kitablarına başlamaq istəyirsinizsə, yazıldığı illər ardıcıllığı ilə başlamağınızı məsləhət görərdim. Çünki; Elxan bəy kitablarında əsas dedektivlər olaraq Ələmdar, Qanbay Qasımlı, Axilles(Ayxan), Gültən Dəmirli(Vaşak) əsas sujet xəttində tutur. Və hər birinin həyatını əsərləri boyunca, köməkçi qəhrəmanlar dəyişsə belə, əsas obrazlar olaraq qoruyub saxlayır. Axilles-
Ələkeçməz Yaquar
Ələkeçməz Yaquar
kitabıyla qarşımıza çıxır. Və istintaqı mükəmməl şəkildə aparır. Ona Elxan bəy çox az yer verib kitablarında. Bir dəfə sual olunub yazıçıya, səbəbini isə, "Axilles xarici ölkədə(Rusiyada) yaşayır, mən öz doğma vətənimdəki hadisələrə üstünlük verirəm əsərlərimdə" tərzində bir açıqlaması olub. Və Axilleslə biz bir də,
Alternativ Əməliyyat
Alternativ Əməliyyat
kitabında rastlaşırıq. Bu kitabda biz 44 günlük müharibəni də oxumuş oluruq. Buradakı dedektivlərdən biri də Ələmdar və idman kulubuna rəhbərlik edən, demək olar ki, digər əsərlərdə də hər zaman yanında olan Gültən(Vaşak) iştirak edir. Ələmdar- Elxan bəyin əsasən Vətənlə bağlı dedektiv araştırmalarında, yeri gələndə sıravi əsgər, yeri gələndə isə bütün bir orduya bərabər olan bir neçə köməkçisi, idman klubunun da məşqçilərindən ibarət heyəti ilə iştirakını görürük. Ələmdarla ilk tanışlığımız
Qan Ləkəsi
Qan Ləkəsi
əsərində olur. Bu əsərin davamı olaraq
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn Səs
kitabıdır. Və ardıcıllıqla oxusanız, Ələmdarın həyat yolunu da spoiler yemədən izləmiş olarsınız.
Qanunsuz Əməliyyat
Qanunsuz Əməliyyat
kitabında Gültən ön planda olsa da Ələmdar kitabıdır deyə bilərəm.
Ən Yaxın Planet
Ən Yaxın Planet
, 1
Ölüm Ağacının Kölgəsində
Ölüm Ağacının Kölgəsində
Ələmdarın apardığı araşdırmalara daxildir. Bu əsərlərdə məişət problemləri üstünlük təşkil edir.
Arxalı Canavar
Arxalı Canavar
kitabında Ələmdar və Qanbay Qasımlı ilk və səhv xatırlamıramsa son dəfə əməkdaşlıq edirlər. Baratovun( Ələmdarın müdiri) xahişiylə və istəyi ilə baş tutan əməkdaşlıq. Not: Ələmdar kitabları xatırlayarsam əlavə edərəm. Qanbay Qasımlı - şəxsiyyətinə, xarakterinə, iş prinsipinə heyran olduğum obraz. Hətta deyərdim ki,
Çingiz Abdullayev
Çingiz Abdullayev
in Dronqosu və
Elxan Elatlı
Elxan Elatlı
nın Qanbay Qasımlısı mənim üçün bütün dedektivlərdən əvvəl gəlir.
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn Xəfiyyə
kitabı ilə ilk dəfə qarşımıza çıxan dedektiv az danışan, səliqə-səhmana üstünlük verən, müstəqil ekspertdir. Əsasən, ailə-məişət cinayətlərinin qaranlıq qalan məqamlarını açığa çıxarmaqla məşhurlaşmış olsa da, öz ədalət prinsipinə sadiq qalması mənim onda ən çox sevdiyim xüsusiyyətdir. Elxan bəy Qanbay Qasımlını əsas obraz olaraq verdiyi əsərlərindən dedektivin daxili aləmini çatdırır oxuyucularına. Ardıcıllıqla oxusanız, spoilersiz və keyf alaraq oxuyarsınız. Qasımlı iştirak edən kitabları sıralamasını tarixinə görə baxıb oxumağınız diləyi ilə qeyd edəcəyəm, yadımda qaldığı qədər.
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn Xəfiyyə
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?
Görünməyən İzlər
Görünməyən İzlər
Pəncərədə Görünən Kölgə
Pəncərədə Görünən Kölgə
O Gecə Yağış Yağırdı
O Gecə Yağış Yağırdı
Xəyanət
Xəyanət
Məhəbbətin Gizli Kodu
Məhəbbətin Gizli Kodu
Dilənçi Qadının Sirri
Dilənçi Qadının Sirri
Arxalı Canavar
Arxalı Canavar
Susan Qadın
Susan Qadın
Adsız Tablo
Adsız Tablo
İtmiş Qızın Axtarışı
İtmiş Qızın Axtarışı
Uğursuz Gecə
Uğursuz Gecə
Seçilmiş Cəza
Seçilmiş Cəza
On Dördüncü Adam
On Dördüncü Adam
Tarixlərinin ardıcıllığı ilə oxusanız(mən buraya sırasız əlavə etmişəm) daha çox sevərsiniz. Yazıçının
Qisas Gecəsi
Qisas Gecəsi
əsəri milli qəhraman Mübariz İbrahimov haqqındadır.
Mərtəbələr
Mərtəbələr
psixolojik romandır. Ailə, məişət əsasında.
Armed Mişel
Armed Mişel
isə milli qəhrəman Əhmədiyyə Cəbrayılov haqqında ustalıqla qələmə alınmış əsərdir. Unutduğum, xatirəmdən silinmiş əsərləri də ola bilər. İki əsərini isə yeni olduğu və oxumadığım üçün buraya əlavə etməmişəm. Bir gün oxusam, haqqlarında incələmə yazıb yoruma etiketləyərəm.
Susan Qadın
Susan Qadın
kitabına gəldikdə isə mən bu kitaba bir qadın olaraq fikir bildirərsəm, birmənalı olmayacaq yazacaqlarım. Hələki, içimdəki təlatümlərin təsiri ilə fikir bildirməkdən çəkinirəm. Yalnız onu deyə bilərəm ki, xəyanət bircə namusla ölçülmür. Psixolojik təsirlər bəzən ən böyük xəyanətdir qadın üçün. Bütün bir ömrünü fəda etmiş bir qadının mənəviyyatını əlindən almaq da xəyanətdir. Xoş mütaliələr diləyi ilə...
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022274 okunma
··
2 artı 1'leme
·
1.007 görüntüleme
alova okurunun profil resmi
Əməyinizə sağlıq əladır, düzdür, bu tərzdə kitablar çox oxumuram, amma çox gözəl təhlil etmisiniz 👏 Uğurlar arzulayıram 😊🌷🦋🌟
Kitabsever okurunun profil resmi
Çox təşəkkür edirəm ☺️ Belə səmimi yorumları oxuduqca, yaxşı ki, yazmışam deyirəm💙
1 sonraki yanıtı göster
Ays okurunun profil resmi
Mənim üçün yazılmış bir inceleme🤭Təşəkkür edirəm canım kayd etdim👍 Belə ətraflı inceleme üçün çox təşəkkür edirəm👌Əllərinə sağlıq💛🌸
Kitabsever okurunun profil resmi
Çünki əzizsən, dəyərlisən. Sənin sayəndə bir çox kitabsevərin də Elxan yaradıcılığında fikrə sahib olmasını istədim☺️💙😚
2 sonraki yanıtı göster
Reagan okurunun profil resmi
Çox möhtəşəm yazmısınız.. İfadə ardıcıllığınız və mövzudan yayınmadan bu qədər səlis yazmağınız sizə qarşı rəğbət hissini oyatdı.. Həyatınızda uğur və müvəffəqiyyətlər daim olsun🤍🕊
Kitabsever okurunun profil resmi
Çox təşəkkür edirəm, yorumunuz dəyərli hissetdirdi💙☺️
1 sonraki yanıtı göster
Gülay Ahmadova okurunun profil resmi
Gözel öz menalı bir inceleme👍🌸
Kitabsever okurunun profil resmi
Təşəkkür edirəm ☺️💙
Kitabsever okurunun profil resmi
#224407312 Kitabların yazılma tarixi də burada qalsın. İstəyən, buradan baxa bilər:)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.