Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

250 syf.
5/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Qətiyyən oxumağı tövsiyə etmirəm.
İlk öncə onu qeyd edim ki, bu təhlili bədii kitab oxumağa elə məhz E.Elatlının əsərləri ilə başlayan biri kimi yazıram. Bir çox müzakirə dairələrində Elxan bəyin kitablarının qınandığına şahid olmuşdum. Tərəfsiz mövqe tuturdum, çünki həm bəyənirəm kitablarını, həm də razılaşıram ki, intim məsələlər üzərinə qurulur hadisələr. Amma onu da nəzərə alırdım ki, xəyanətlər intimlik üzərinə qurulur 80 faiz, buda hekayə yazmaq üçün imkan verir yazıçıya. Bu kitabı isə təsadüfi olaraq oxumağa başladım. Arada bir çox əsərini oxumamışam yazıçının. Və sonluqdan başqa heç bir yerini bəyənmədim. Verdiyim xalda sonluq və yazıçının əziyyəti ilə bağlı idi. Kitabı oxumağa başlayandan sonra 150-160-cı səhifələrdə artıq insanlardan nifrət eləməyə başladım. Elə təsəvvür yarandı ki, hər bir Azərbaycan qadını və kişisi öz yoldaşlarına xəyanət edir. Pozğun qadınları ya mənəviyyatsız kişiləri anladım, amma kitabda elə bir fikir aşılanır ki, sanki elə tərbiyəlisi də, şəxsiyyətlisi də gecə gündüz ehtirasdan yanır, ağzı su axaraq ona buna cumur. HEÇ KƏSƏ OXUMAĞI TÖVSİYYƏ ETMİRƏM. Heç nə itirməzsiniz. Yaxşı cəhətini də qeyd edim ki, arada kişinin qadından üstün olmamağı fikrindən danışıldı, namus sadəcə kişiyə aid deyil məsələsi açıldı, bəyəndim. Amma yekunda obrazlar və yazılan digər düşüncələr hər şeyi bərbad etdi. Hə bir də dedektiv kitab olaraq gedişatı bəyənəcəkdim, çünki müxtəlif fikirlər, ssenarilər qurmağa vadar edirdi. Amma sonda onu da anladıq ki elə yazıçı "obraz" diliylə səhv şeylər danışıb bizə, boş boşuna biz də düşünmüşük. Ona görə də yekun nəticə olaraq bunu da sevmədim. Sadəcə və sadəcə sonda Q.Qasımlının təqsirkar barəsində verdiyi qərarı alqışlayıram onun timsalında da yazıçımızı.
Susan Qadın
Susan Qadın
Elxan Elatlı
Elxan Elatlı
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022274 okunma
··
4 artı 1'leme
·
2.202 görüntüleme
Leyla Xudaverdiyeva okurunun profil resmi
Elxan Elatlının tək problemi detektiv əsərlərini intim münasibətləri üzərində qurub qadını alçaltmasıdır.
Nəimi okurunun profil resmi
Bu kitabdan öncə olsa çox da qatılmazdım) Amma indi tam olaraq qatılıram
11 sonraki yanıtı göster
VüsaIe Quluzadeh okurunun profil resmi
😂😂😂😂 Susan qadin yoxdur,susan kisi olmadigi kimi
Elvira okurunun profil resmi
Bəzən yazarlar oxuyucunu sonda mat qoymağa çalışıb gic yerinə qoyur... Kitabın son səhifələrində bütün oxuduqlarımızın üstündən xətt çəkib buna gözlənilməz sonluq adı verir.😐
Nəimi okurunun profil resmi
😄😄Haqlısan, məni əsəbləşdirən də bu oldu.
7 sonraki yanıtı göster
Hacızadə15》 okurunun profil resmi
Belə mövzulu kitablar sanki insana heçnə qatmır. Sadəcə kiminsə ailə məişət mövzuları ilə tanış olursan və yaxud obrazların emosiyalarını hiss edirsən.
Nəimi okurunun profil resmi
Əslində 50/50 razıyam sizlə. Bir tərəfdən haqlısız məsələn elə bu kitab 0 qatqılı bir kitabdı. Amma elə əsərlər varki, əslində sırf ehtiyacımız olan tərzlərdi. Qan ləkəsi və bunun kimi vətənpərvər ruhlu kitabları insanı ciddən düşündürür. Əgər bu tip məşiət mövzulu kitablar sağlam düşüncəli biri tərəfindən yazılmış olsa, gündəlik həyatımıza çox müsbət təsir etmiş və etdiyimiz səhvləri göstərmiş olar. Amma bu cür intim də yox.🙏🙏🙂
Kitabsever okurunun profil resmi
#222035027 Maksimum baxışım kitaba:) Onu da deyim ki, tövsiy yə etmədiklərimiz daha çox diqqət çəkir:)
Nəimi okurunun profil resmi
Çox əla bir təhlil olub🙏👌
2 sonraki yanıtı göster
Sisu okurunun profil resmi
Heç təəccüblənmədim😀
Y.va okurunun profil resmi
"Onların beş nəfərlik dəstəsinə "Gözəllər dəstəsi"adı qoyulmuşdu.Qönçə ilə Lamiyə məlum məsələdir ki, təkcə qrupda yox ,bütün fakültədə ən gözəl qızlar idilər.Əfsanə də normal idi, kosmetikadan gen-bol istifadə edib özünə bəzək-düzək verməklə gözəllər cərgəsinə girmişdi.Suyu şiron qız olan Fərihə isə boyu dəstədəki digər qızlarla müqayisədə bir qədər qısa olsa da, cəzbedici fiqurası vardı. ___Məlum məsələdir ki , özü gözəl olan bir qız kifir biri ilə rəfiqə olmaq istəyər, ancaq azacıq ağlı olan kifir qız heç vaxt gözəl rəfiqəsinin olmasını istəməz.Çünki gözəl rəfiqənin yanında onun kifirliyi daha çox nəzərə çarpacaq___.Qönçə və Lamiyə kimi qızların dəstəsinə qoşulan qız kifir ola bilməzdi." "pisxaloji-dedektiv roman" yazılan bu kitab elə 17-18 ci səifədə pisxalojimi pozdu büküb atdım bir kənara .Belə bir dünya varmı ya!? hər kəs özünə görə bir insandır bu necə bir fikirdir!? Birdə hansısa bir obrazın fikri kimi yox, ümumi bir fikir kimi yazıb.sizin münasibətiniz necədir?
Nəimi okurunun profil resmi
Bu rrəyi indi gördüm üzrlü sayın, tamamilə qatılıram. Həlı bundan daha pis yerlər var)
Sevinc okurunun profil resmi
Yeni kitab nə zaman gələr?👀
Nəimi okurunun profil resmi
Salam, "Darmadağın" üzərində işləyirəm) Amma bu 1 həftə ərzində hələ "Qarmaqarışıq"ın satışa çıxması planlaşdırılıb)
4 sonraki yanıtı göster
Jalə okurunun profil resmi
Çox sevdiyim yazardı, kitablarını da sevirəm, amma siz dediyiniz kimi, bəzi nüanslar var ki, onlar olmasa yaxşı olar))
Nəimi okurunun profil resmi
Elədi, haqlısınız🙏
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.