"Qadın xisləti elə qurulmuşdu ki, hər bir qadın bir kişiyə məxsus olmağı, nəinki qəbul edir, hətta buna can atırdı. Təki məxsus olduğu kişi onu sevib qayğısına qalsın, nəvaziş göstərsin, onu başqasına verməsin."
Səhifəmin diqqətli izləyiciləri mənim "qadın" mövzulu kitablara qarşı necə həssas olduğumu bilir. Həyatdan zərbələr almış və bu zərbələrdən zaman zaman dərs çıxaran, zaman zaman da öz səadəti naminə hər şeyi göz ardına vuraraq, səhvlər edərək yaşamağa çalışan bir qadın olaraq, bu kitabdan da öz həyatıma aid səhnələri ayırdım kənara. Tələbə vaxtında rəfiqəsinin sözünə uyub, xəyallarını kənara ataraq Eyvazla evlənən Əsmərin "qurduğu" uğursuz ailə həyatı sonda onun ölümüylə başa çatır. Lakin bu ölümə gələnə qədər Əsmər həyatında nələr yaşayır, nələrə dözür... Bunu araşdıraraq, bu ölümə səbəb olanları ədalətə təslim etmək məsuliyyəti Qambay Qasımlıya qalır. mən həmişə deyirəm... Bir qadın həyatında bir dəfə özünə xəyanət edir və ömrü boyu bu xəyanəti həyat ona bağışlamır. Görəsən Əsmər həyatının hansı anında özünə xəyanət etdi? Sevmədiyi adamla evlənərək mi, yoxsa ərinin ilk xəyanətini bağışlayaraq mı? ya qarşılıqlı hisslərlə sevdiyi Altaya yox deyərək mi?
Evli qadın və kişilərlə münasibətin sonunu açıq aydın şəkildə ortaya qoyan kitabda, kişilərin əslində necə güvənilməz varlıq olduqlarını bir daha görürük.
Yerli ədəbiyyatın detektiv janrında kifayət qədər geniş oxucu kütləsinə sahib Elxan Elatlı bu səfər də olduqca maraqlı kitabla qarşımıza çıxıb.
Elhan ElatlıSusan Qadın