Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gülavət Kərimova

Gülavət Kərimova
@gul_avet
O con amore o niente
Hüquqşünas
РИНХ
Bakı
Azerbaijan, 14 Temmuz 2001
159 okur puanı
Nisan 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Sabitlenmiş gönderi
https://youtu.be/RZCfJc2niio
Min nəfərə bir dərd olsa hökmən gəlib tapar məni Yer üzündə bir it varsa gəlib tapib qapar məni Arzum içimdə qəribdi sinəmdə qem göyəribdi Yuxuma ilan giribdiç yəqin çalar omar məni Bilinmir heç uzaq yaxın Çoxum yoxdur aza baxım Damarımda nalə axır Öldürər bu damar məni Sözdən sirrdən usanmışam, fitnəgirdən usanmışam Tanrım yerdən usanmışam, Öz yanına apar məni Xeyallarım ələk - vələk, yuxumda min fitnə-kələk Əlim mənim tək qalıb tək, öz özündən umar məni! 🗽
Reklam
14.04.24
Məsələ dağınıqlıqdır. Mən indi tökülən paltarlardan , ətrafa saçılan kitablardan danışmıram. Onlar təqribi 10 dəqiqəmizi apara bilər. Bəs zehni dağınıqlıq? Onunla necə baş edəcik? İçimizdəki ölmüşlük məsələn. Sən ölmürsən , amma ruhun ölüdür , hisslərin ölüdür. Sevinc kədər üzüntü xoşbəxtlik hamısı bir biri ilə xaotikdir. Elə bu deyildimi həyat.? Ancaq hardasa bir yerlərdə xoşbəxtlik dalğaları var idi bilirdim. Özünü onun ağuşuna buraxıb o dalğalarda hüzur tapmağı bacarmalı idim. Məsələ dağınıqlıqdır və mən indi səliqəsiz yerləşdirilən makyaj əşyalarından danışmıram. Xəyalların istəklərin dağınıqlığı. Nə istədiyini bilməmək bütün istəklərin bir birinə qarışması. Harda hansı arzunun olması bizim niyə bu arzu və istəklərə ehtiyac hissi duyduğumuzdan gedir söhbət. Məsələ dağınıqlıqdır. Kimliyini itirmişlik. Bir çox sənin arasında dağınıqlığın arasında əsl özünü tapmamaqdır məsələ. Sonsuz bir qara dumanın arasında dağıtdığın mənliklər , sənə aid olub, olmadığının heç bir önəmi olmayan düşüncələr və sözlər. Məsələ dağınıqlıqdır. Ruhunun dağıtdığı , səsinin çatmadığı düzəltməyə gücünün və ya cəsarətinin çatmadığı dağınıqlıq.
İnsan əyri yola düşə bilər. Onu başa salmaq, düz yola qaytarmaq lazımdır. Birdən-birə qılıncı boynuna qoymağa nə var ki...

Okur Takip Önerileri

Tümünü Gör
Fərqində deyildi olan bitənin Gözlərin zilləyib elə baxırdı... Görməyə çalışıb olan -bitəni, Dərdinin çarəsin hey axtarırdı.... Atmışdı doğmalar kənara onu Yadıydı , bir vaxtlar doğmalar ona Pis deyib, pis bilib, pisə çevirib Nadandır :dedilər doğmalar ona Gözlərindən axır yorğunluq seli Silib davam etmək istəyir biri Qəlbinin qaranlıq künclərindəcə Gizlənib, axtarır yaxşılıq biri. Ağladı : yarmayın canımı mənim Almayın ruhumu ,sevgimi mənim Başqa qalmayacaq məndən sabaha Yox olsa ruhumda, ölsəm nə fayda Sel olub gözlərdən axan yorğunluq Nifrətə çevrilib , göstərdi yoxluq Varlıqda yoxluqdur, hamı bir yoxluq Qaraya bürünüb , oldu bir yoxluq.
Soruşdum...
Dedilər sakit dur, bura oradır Xəyallar satılır, söylə haçandır? Hardadır ümidin hardadır sevgin İnsanlıq yox olub söylə haçandır? Vicdandan danışıb , hörmətdən yazıb Min bir bəla olub , pislik yaradıb Sonrada mələktək yuxuya qalıb Şeytanı dəhşətə bürüyər insan
Reklam
Son gecəm
Nə olar bu gecə son gecəm olsun, Sabaha çıxmayım nəfəs almayım. Yenidən birini sevə bilməyim, Yenidən birini qəlbə salmayım. Nə olar bu gecə son gecəm olsun, Səhəri yasıma gəlsin camahat. Qoy ordan səslənim deyim ki ona, Mən burda rahatam sən ol narahat. Gülməyi gözəldir görə bilsəydiz, Deyərdiz sən niyə ölmək istədin? Mən onu yaşarkən görə bilmədim, Son çarə görməkçün ölmək istədim. Mən belə sevərkən sevmədi məni, Qoşulub yadlara yad oldu getdi. O gecə qarşıma çıxdı qəflətən, Yenidən tanışdıq şad oldu getdi. Nə olar bu gecə son gecəm olsun, Son sətirlərimə imza atıram. Ürək sözlərimi söylədim sizə, Elə bu ümüdlərlə də yatıram.
Il faut le battre le fer, le broyer , le pétrir
"Dəmiri döymək ,onu əzmək , onu yumşaltmaq lazımdır......"
Sayfa 36 - Lev Tolstoy
Bəlkədə tək dəyişən görünüşüm deyildi.
Fərqli olmaq , üçün seçilmək üçün nələrdən keçirik bir bunu düşündüm bu gün. Sırf hər kəsə bənzəməmək naminə. Amma hər ötən gün dahada hərkəsləşirik. Qorxularıma nəzər salanda fərqlənməmək kimi bir qorxum olduğunun fərqinə vardım. Nə ağır. Özümü dərk edən gündən saçlarımın neçə dəfə rənginin dəyişməsi. Geyim tərzimin hər dəfə bir cürə olması, maraqlarımın hər dəfə dəyişməsi. Güzgüdə gördüm özümü. Sanki blurlanmış şəkil aydınlaşdı birdən birə. Gözlərimi gördüm bu gün. Onlar eyni idi. Eyni gülürdü. Bir səhv edəndə vicdan hissindən eyni cürə yaşarırdı o gözlər. Haqqsızlığa eyni baxırdı o gözlər. Sevgisi , kini, nifrəti belə eyni idi o gözlərin. Özümə zilləndi bu dəfə o baxışlar. Etdiyim səhvlərə, atdığım yalnış addımlara , yalnış qərarlara , özümün özümə layiq görməyəcəyim hərəkətləri etdiyimə görə zilləndi o gözlər. Ordan mənə nifrət baxırdı amma arxasında vicdanda gizlənmişdi. Mərhəmətdə sən özünə qarşı heç vaxt ədalətli olmamısan deyə üsyan edirdi mənə. Nə ağır idi eyni gözlərlə üzləşmək .
Gülavət Kərimova
@gul_avet·Bir kitabı okumaya başladı
Qırmızı Terror
Qırmızı TerrorZiya Bünyadov
9/10 · 12 okunma
264 syf.
·
Puan vermedi
·
3 günde okudu
QARANLIQ
Kitabı uzun müddət əvvəl alıb içimdəki müharibəyə görə oxuya bilməmək kimi bir vəziyyət var idi. Hər dəfə əlimə götürüb üz qapağına baxıb içimdə qəribə bir narahatlıq hissiylə yerinə qoyurdum. ( son vaxtlar ümumiyyətlə kitab oxumama istəyi canımı bürümüşdü, əvvəllər bu qədər çox sevdiyim bir məşğuliyyətimi niyə əzaba çevirmişdim heç bir fikrim yoxdur). Nəticə olaraq özümə söz verdim ki, bu kitabı nə olursa olsun oxuyacam. Bəli , əsl üzləşmə effecti olacaq. Özünüzdə bəlkədə görüb , amma qətiyyən qəbul etmək istəmədiklərinizi görəcəksiz. Bəlkədə heç görmədiyiniz tərəflərlə tanış olacaqsız. Amma fərqinə varacaqsız. Ələxsusda çətinlikdəsizsə , bütün günü fikriniz ruhunuz yorğundursa , beyniniz dayanmadan "işləyirsə" lazımlı lazımsız hər şeyi dərd edib , fikirləşirsizsə fərqinə varacaqsız. Dəhşətli dərəcədə sizdə fərqlilik yaratmaya bilər. Birdən ruh yüksəkliyi yaşayıb birdən düşə bilər. Emosional yellənçək hissiyatı verə bilər sizə. Ən əsası dərk edərək oxumaqdı. Bəzi məqamlarda çətin gəldi mənə," yox mən belə deyiləm" deyib , amma gün içində həqiqətən ağlımı məşğul edən məsələlərə çevrildi. Bunlarla yanaşı kitabın məlumat olaraq zənginliyi məni valeh etdi.
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202336 okunma
Reklam
HEÇ KİM
Heç kim əzilmiş , alçaldılmış insandan daha təhlükəli ola bilməz. Ən dibə çatmış birinin həyatda itirəcək heç nəyi yoxdur.
Sayfa 140 - Qədim qalaKitabı okudu
Albert Ellis
İnsanlar düşündükləri, söylədikləri , duyduqları və ya etdikləri nəyəsə görə utandıqda , demək olar ki, həmişə bunu nəzərdə tuturlar: "Mən səhv etdim , başqaları da buna görə məni tənqid edib alçaldacaqlar " .
Mən səhv etdimKitabı okudu
İnsanın, eləcə də cəmiyyətin həyatı daim düşüncələrində qurduğu və gerçəkləşəcəyinə əmin olduğu aləmə yaxınlaşır. Güclüdürsə , güclü , zəifdirsə,zəif. Ölümdürsə, ölüm, həyatdırsa ,həyat
Sayfa 31 - QalaKitabı okudu
264 syf.
·
Puan vermedi
·
3 günde okudu
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu
9.3/10 · 36 okunma
969 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.