Bu Bir Seçimdir

Üzləşmə

Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi:
7 sa. 29 dk.
Sayfa Sayısı:
264
Basım Tarihi:
2023
Yayınevi:
Qədim Qala Nəşriyyatı
ISBN:
9789952558142
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

QARANLIQ
Puan vermedi·264 syf.··
2024 1. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Ocak 2024 13:12
Kitabı uzun müddət əvvəl alıb içimdəki müharibəyə görə oxuya bilməmək kimi bir vəziyyət var idi. Hər dəfə əlimə götürüb üz qapağına baxıb içimdə qəribə bir narahatlıq hissiylə yerinə qoyurdum. ( son vaxtlar ümumiyyətlə kitab oxumama istəyi canımı bürümüşdü, əvvəllər bu qədər çox sevdiyim bir məşğuliyyətimi niyə əzaba çevirmişdim heç bir fikrim yoxdur). Nəticə olaraq özümə söz verdim ki, bu kitabı nə olursa olsun oxuyacam. Bəli , əsl üzləşmə effecti olacaq. Özünüzdə bəlkədə görüb , amma qətiyyən qəbul etmək istəmədiklərinizi görəcəksiz. Bəlkədə heç görmədiyiniz tərəflərlə tanış olacaqsız. Amma fərqinə varacaqsız. Ələxsusda çətinlikdəsizsə , bütün günü fikriniz ruhunuz yorğundursa , beyniniz dayanmadan "işləyirsə" lazımlı lazımsız hər şeyi dərd edib , fikirləşirsizsə fərqinə varacaqsız. Dəhşətli dərəcədə sizdə fərqlilik yaratmaya bilər. Birdən ruh yüksəkliyi yaşayıb birdən düşə bilər. Emosional yellənçək hissiyatı verə bilər sizə. Ən əsası dərk edərək oxumaqdı. Bəzi məqamlarda çətin gəldi mənə," yox mən belə deyiləm" deyib , amma gün içində həqiqətən ağlımı məşğul edən məsələlərə çevrildi. Bunlarla yanaşı kitabın məlumat olaraq zənginliyi məni valeh etdi.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
10/10
·264 syf.··
2023 7. kitabı
·
18 günde okudu
·
Okunma: 08 Kasım 2023 13:00
Üzləşmə insanın həyatında baş verə biləcək ən önəmli hadisədir. Özünü tanımaq, qəbul etmək, sevmək, inkişaf etdirmək, ətrafını daha yaxşı anlamaq üçün zəruri addımdır. Həyatını yenidən qurmaq, arzuladığın gələcəyi inşa etmək üçün yeganə yol özünü dəyişməkdən keçir. Bu kitab yanlış inanclarından qurtulmaqla özünü, gələcəyini dəyişmək üçün gözəl bir təlimatdır.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
10/10
·264 syf.·
2023 48. kitabı
Mən hər kitab barədə incələmə yazmıram. Sadəcə bu kitab həqiqətən pis günümdə yanımda oldu. Kaş bu kitabı əvvəlcədən oxuyardımda bəzi günlərin qədrin bilərdim. İçərisində elə alıntılar var idiki mənə yol tutmağa kömək elədi. Və beynimdə olan düşüncələrimə bu dövrə kimi qurban getdiyimi anladım. Ümid edirəm bundan sonra bu kitabdan əldə etdiyim düşüncələrlə yaşamağa davam edəcəm. Hamıya tövsiyyə edirəm bu kitabı. Uduzmayacaqsız :)
Psikoloji
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
10/10
·264 syf.··
2023 44. kitabı
·
22 günde okudu
·
Okunma: 14 Ağustos 2023 14:20
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə tədris vəsaiti kimi təsdiq olunmaq qərarını sonuna qədər haqq edən kitab və yollar çoxluğu olan həyatda hər kəsin öz həqiqi "mənini" kəşf edib üzləşməsi, batini gücünü kəşf edib həyatın o yollar çoxluğunda öz tərəqqi yolunu, fərdi inkişaf vektorunu tapmasından ötrü münbit zəmin yaradan müdrik bələdçidir. Bu ləfz subyektiv xarakterli ola bilər, fəqət insan öz düşüncə və davranışlarında zaman-zaman elə hallarla qarşılaşır ki, "bu fikir və fe'l, həqiqətən, məndənmi çıxdı, əcəba, məndən qeyrilərində də belə hallar olurmu?" deyə təəccüb və əndişə duyğusuna qapılmamaq adına özünü zorla zəbt edir. Bu baxımdan müəllif kitabın adına müvafiq tərzdə oxucusunun əndişəsinə bir miqdar su çiləyərək və onun düşüncələrinə güzgü tutaraq qayət fəsih bir üslub ilə elə həssas mətləblərə toxunur ki, insan təəccüb duyduğu həmin halların təcridi biçimdə təkcə özünə yönəlmiş vəsvəsə ola biləcəyi ehtimalından həzər edərək həmin fikir və davranışların aləmşümul xarakter daşıdığına, bəşər övladının əksəriyyətinin onlara təbii olaraq mə'ruz qala bildiyinə iqna olur. İnsanın tərəqqisi yolunda hörümçək torundan belə zəif əngəllər inşa edən irrasional inanclar, onlarla üzləşmək və mübarizə aparmaq ideyası bu kitabın mehvərini təşkil edir. Mütaliəsi hər bir diqqətli və tərəqqipərvər oxucuya naçizanə tövsiyə olunur.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
10/10
·264 syf.··
2023 21. kitabı
Rövşən bəyin bədii əsərləri qədər inkişafetdirici əsərləri də möhtəşəmdir. Kitabı oxuduqca yazıçının biliyinin, dünyagörüşünün nə qədər geniş olduğunun fərqinə varırıq. Hər yazısına da elmi əsas gətirir. Üzləşmə-də insanın bütün psixoloji vəziyyətləri sadalanır ki, hansısa səhifədə özümüzlə üzləşək. Və bacarırıqsa, özümüzü dəyişək. Mütləq və mütləq oxuyun. Hələlik, gözəlim...
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
9/10
·264 syf.··
Beğendi
·
2024 12. kitabı
·
11 günde okudu
·
Okunma: 20 Haziran 2024 00:00
Kitabı hədiyyə verdikləri səbəbindən oxudum. Amma həqiqətən çox gəşəng kitab imiş. Özünüzü inkişaf etdirmək üçün, komplekslərinizdən, qorxularınızdan azad olmaq üçün mükəmməl kitabdır. Həmçinin insana motivasiya verir. Üstəlik kitab çox anlaşılır dildədir, qəliz, elmi yazılmayıb. Ona görə oxumağınızı məsləhət görürəm. Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
9/10
·252 syf.··
Beğendi
·
2024 5. kitabı
·
23 günde okudu
·
Okunma: 02 Haziran 2024 14:49
İndiyədək çox psixologiya əsərləri oxumuşam.Açığı ilk kitabı əlimə götürəndə tərəddüdlə yanaşırdım,ya bəyənmərəm ya da axıra çatdıra bilmərəm deyə.Amma bugün bu kitabı bitirmiş biri olaraq deyə bilərəm ki,yaxşı ki kitaba başlamış və bitirmişəm.Həqiqətən adından da bəlli olduğu kimi kitabı özümüzə doğru açıb özümüzlə üzləşirik.Beynimizdə kök salan yersiz irrasional inanclarımızın həyatımızı alt-üst etdiyini görə bilmirik,elə hey günahı insanlarda,həyatda axtarırıq.Halbuki hər şey beyində başlayır,beyində də bitir.Hər bir nöqtəyə toxunulub kitabda.Oxuyacağınız ən gözəl psixologiya kitabı sayıla bilər)) Rövşen Abdullaoğlu
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Puan vermedi·264 syf.··
Beğendi
·
2025 11. kitabı
"Üzləşmə" Rövşən Abdullaoğlunun oxuduğum ikinci əsəridir və bu kitab da məndə dərin təəssürat yaratdı. Şəxsi inkişaf mövzusunda yazılmış bir çox kitab bənzər mövzuları təkrar etdiyi üçün bir müddət sonra oxucunu yorur. Lakin, bu əsər fərqli yanaşması ilə seçilir. Müəllif burada insanın daxili aləminə, qorxularına, travmalarına və özü ilə olan münasibətinə psixoloji aspektdən yanaşır. Bu isə oxucuda səmimi bir əlaqə yaradır və insan öz iç dünyasına səyahət edirmiş kimi hiss edir. Kitabda toxunulan mövzular həyatın müxtəlif mərhələlərində hər birimizin yaşadığı, lakin bəzən görməzlikdən gəldiyimiz hiss və düşüncələri üzə çıxarır. Əsərin dili sadə, anlaşıqlı və təsirli olduğu üçün oxucunu yormur, əksinə, düşündürür və motivasiya edir. Mən bu kitabı fərdi inkişaf və psixologiya ilə maraqlanan hər kəsə tövsiyə edirəm.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Bismilləhir Rahmənir Rahim
Puan vermedi·264 syf.··
2025 1. kitabı
·
42 günde okudu
·
Okunma: 02 Şubat 2025 15:12
Oxuduğum fərdi inkişaf kitablarının bəlkə də ən yaxşısı idi. Həqiqətən möhtəşəm kitabdır. Hər kəsə şiddətlə tövsiyə edirəm. Kitabda o qədər gözəl hissələr var idi ki, az qalsın bütün kitabı qeyd kimi götürəcəkdim)) Kitabı adicə oxumaq belə insana motivasiya, həyatda var olma sevinci verir. Əgər kitabda yazılanları həyatımıza tətbiq etməyi bacarsaq əminəm ki, çox uğurlu insanlardan ola və ən əsası özümüzün əsl potensialını kəşf edə bilərik. Və bunu da nəzərə alaq ki, kitabda oxuduqlarımıza əməl eləmək çox asandır. Sadəcə oxuyub, dərk eləmək və reallığı qəbul etmək lazımdır. Bu kitabı ən çox da həyata küsgünlüyü, özünə inamsızlığı olan və qarışıq düşüncələr içərisində boğulan insanlara tövsiyə edirəm. Şəxsən mənim həyatımda böyük dəyişikliklərə səbəb oldu və inanıram ki, oxuduqlarıma daha da yaxşı əməl etməklə daha böyük uğurlara nail olacam. Ən əsası da mənəvi rahatlıq və xoşbəxtlik... hansı situasiyada oluruqsa olaq))
İnkişaf
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Bismillah
10/10
·264 syf.··
Beğendi
·
2026 10. kitabı
·
17 günde okudu
·
Okunma: 03 Nisan 2026 11:10
Oxuduğum ən möhtəşəm fərdi inkişaf kitabı Kitab sözün əsl mənasında başdan başa terapiyadı Bitməsinə kədərləndiyim 1-2 kitab var idisə, onlardan biri də bu oldu Həqiqətən bunu oxuyan çox şey qazanmış olacaq Hisslərimi əsla sözlərilə ifadə edə bilmirəm Mütləq oxuyun
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma

Yazar Hakkında

Rövşen AbdullaoğluYazar · 15 kitap
Rövşen Abdullaoğlu, Azerbaycanlı yazar, filozof-oryantalist, psikologdur. Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür. Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur. Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini bilmektedir.