Dinə marağı olan şəxslərdən soruşuram- Cəlcelitiye duası deyə bir dua ilə bağlı maraqlı bir fikirlərlə qarşılaşdım.
Dinə marağı olan ümumiyyətlə bu duanı araşdıran eşidən, oxuyan şəxslərədir sualım- Bəzi mənbələrdə insanların fikirlərini gördüm- oxudum çox pis oldum, qulağıma səslər gəldi, gözümə pərdə endi, görməməli olduğum varlıqları görürəm hətta m*sallat oldu kimi qəribə mənim üçün qeyri-real şərhlər oxudum.
Özümədə maraqlı gələn hissəsi o oldu ki, oxumaq üçün sayta daxil olduqda mütləq hazırlıqlı olmağı, stress, təşviş və həyəcan keçirtməməyi önərən bir başlıq, sonra artıq dua gəlirdi.
Oxudum. Mənası çox gözəl idi. Allahın adlarına, Quranın surələrinə sığınaraq Allahdan güc qüvvət qorunma istəyirsən duanın məğzinə əsasən.
Bəs insanlar qorxunu nəyə əsasən hiss edir? və ya ümumiyyətlə dua qəlbimizi şəfalandıran olmalı ikən qorxulu dua anlayışı hardan və niyə gəlir(gəlib?)?