Gülavət

Puan vermedi·150 syf.··
2025 10. kitabı
SPOİLER VAR) 1 saata bitirdim kitabı. Səhifə sayı 150 olsa da, whatsapp yazışmaları formatında olduğu üçün çox sürətli oxunur. (qadınların yazışmaları oxumaqla bağlı xüsusi bacarığının olduğunu hamımız bilirik) Fərqli ideyadır, yenilikdir,maraqlı görsənir. Amma kaşki yazdım, oldu, bitti formasında olmasaydı. Bir az mənə boşluqları varmış kimi gəldi. Bir çox mövzu sual altında qaldı. Sanki əsər tamamlanmamış vəziyyətdədir. Amma hər hansısa ağır romandan sonra beynin yüngül vari dincəlməsi və çox yüklənməməsi niyyətinə oxumaq olar. Maraqlıdır. Ən azından vulqarlıq yoxdur. Məktəbli uşaqlar rahatlıqla alıb oxuya bilərlər çünki mənasız pornoqrafiyada yoxdur. Gəldik mənə görə olan boşluqlar hissəsinə. Məsələn mən uşaqların maşınla öldürdüyü qəzanın tam təsvirini oxumaq istəyərdim yazışma olaraq deyildə hadisə anının təsviri dolu-dolu hardasa bəhs edilməsini istərdim. Orada ölən xanımın kimliyi həyatı ilə bağlı bilmək istəyərdim. İntiqamın ailəsi ilə bağlı atası ilə ən azndan bir mübahisəsini və ya necəsə hansısa məsələsini. seyfdən pulu oğurlamasını. Sonra müstəntiq sanki qarşısında 4 insanı amansızlıqla qətlə yetirən biri ilə deyil qohumu ilə söhbət edir. Azcada olsa işin qanuni tərəfini araşdırıb bu yöndə yazıların olması çox gözəl olardı. kitab həm dolu-dolu olardı həmdə daha çox maraq qatardı. Həmçinin, bu 4 dostun necə dostluq münasibətləri olduğunu onların niyə intiqama bu qədər kinlənib pul qopartmaq istəyini açıqlayan yerlərin olmasını, ən azndan 4 dost arasında dava, panikalar gözləyirdim. İnsan öldürüb bu qədər soyuqqanlı davranb basdırıb sabah həyatına davam etmək istəyən, dostunu gecə vaxtı məni izləyirlər deməsindən sonra narkotik vasitə çəkməsinə görə hədə-qorxu gələrək nömrəyə baxmaq üçün göndərməsindən və sonrasında dostunun yoxa çıxmasına baxmayaraq
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022163 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·428 syf.··
2025 6. kitabı
·
9 günde okudu
·
Okunma: 07 Ekim 2025 16:32
Oxuyaraq çox fərqli emosiyalar keçirdiyim nadir kitablar siyahısına girdi. Demək olar ki son dönəmlərdə kitab oxumaqdan uzaqlaşdığım bir ərəfədə 500 səhifəlik kitab oxumaq əla challange idi. Əslində açığı yarımçıq atacağımı düşünürdüm nə yalan deyim. Amma əksi oldu. Görəsən həqiqətən ayrılığın sonu yoxdur? Əsərdə insan həyatına hisslərinə yaşadığı xoş və bədbaxt günlərin anların bir bir cərəyan etməsi özünü sıralaması o qədər mükəmməl idi ki, məsum sevgi hissləri, qısqanclıqlar, qovuşulmayan, toxunmadanda sevgini sübut edən hallar. Qadınların necə müdrik amma bir o qədərdə iyrənc bir tipajda olması o qədər gözəl bəhs edilir ki kitabda. Spoiler vermək qətiyyən istəmirəm amma dolu-doluda bəhs etmək istəyirəm kitabdan. Bu dəfə fərqli yanaşma edib kitabı oxuyarkən keçirdiyim hisslərdən yola çıxacam. İlk səhifələrdə qarışıq hisslər keçirdiyinizi zənn edin, yüngülvari detektiv obrazı kimi olursuz və kimə nə niyə olub deyə beyninizdə çözməyə çalışırsır. Mənə görə ən kulminasiya yeri kitabın 350-450 aralığı səhifələr idi. Gərginlik , həyəcan, bəlirsizlik ani qəzəb bir birini sıralayan qısqanclıq hissləri mükəmməl işlənsədə sonlara yaxın sıxıcı uzun cümlələr bəzən yormağa başlayırdı. Məncə bu kitabda baş obrazı siz seçəcəksiz. Biri üçün Elməddin, digəri üçün Simin, Əfsanə, Şəfi, Bəbir, Əbdül. İnsan həyatında sevginin çox qəribə və anlaşılmaz bir hiss olduğunun bu hissin bəzən sənə sonsuz səadət, bəzən isə ən böyük bədbəxtliyini gətirdiyinin bariz göstəricisidir bu kitab.
Ayrılığın Sonu YoxmuşƏlibala Hacızadə · Gənclik Nəşriyyatı · 198341 okunma
Puan vermedi
Biri də artıq çıxıb bu insana Azərbaycan Respublikasının qanunvericiliyini araşdırıb sonra kitab yazmağa başlamalı olduğunu desin artıq) .............................................................................................................................................................................................. Okey anlayıram yəni, bilməyə bilərsən, oxuyan insanlarda bilməyə bilər normal haldır. Ama bəs öyrənmək? Axı bu içinə azzarımın kitabını oxuyubda içindən nəsə öyrənmək olarda sextinglər, xəyənətlər, budlardan və baldırlardan başqa düzdür? Bir kitabı yazırsansa və bunu artıq ixtisaslaşdırıb yazırsansa sən ağzına gələni yazmaq kimi bir luxun yoxdur.
Psixiatr XanımElhan Elatlı · Teas Press · 2025114 okunma
Uzun müddətdən sonra.
Puan vermedi·208 syf.··
2025 5. kitabı
·
30 saatte okudu
·
Okunma: 18 Eylül 2025 15:05
Əvvəla gənc yazarımızın təşəbbüsünə, əziyyətinə və ərsəyə gətirdiyi kitaba görə təbrik edirəm. Çox gözəl və təqdirə layiq bir addım atıb. Kitabla bağlı ümumi təəssüratlarım yaxşıdır. Ən azından E.Elatlının detektivindən maraqlı gəldi mənə ))seri şəklində davam edəcək kitab olduğunu bilmirdim. əsslində bilsəydim çox gümanki oxumuyacaqdım(şəxsi istəyimdir, sevmirəm seri şəklində olan kitabları). Lakin *mənə* görə mövzuların uzun-uzun olması sıxıcı idi bəzi hallarda səhifələri keçirdim. Ümumi olaraq ən çox toxunulmuş məqamlar hal hazırda Azərbaycan Təhsilində baş verənlərlə 100-100 eynidir. Müəllim-şagird münasibəti, aidiyyəti orqanların məsələyə ciddi yanaşmaması, uşaqların bu yaşlarda uşaq olduğunu unudub, bütün saf hissləri məhv edib ehtiras sevgi və macəra beynində yaşaması. Maraqlı idi istərdimki gündəlik məişət məsələlərinin uzadıldığı mətnlər yerinə psixoloji və ya hər hansısa başqa mövzular haqqında yeni hər hansısa məlumatlarıın ötürülməsi. (R.Abdullaoğlunun detektiv kitabları bunun üçün mükəmməl nümunədir, Uraqanın əsərlərindədə həmçinin öyrədici funksiyasını yerinə yetirdiyi məqamlar çox olur)
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024165 okunma
QARANLIQ
Puan vermedi·264 syf.··
2024 1. kitabı
·
3 günde okudu
·
Okunma: 13 Ocak 2024 13:12
Kitabı uzun müddət əvvəl alıb içimdəki müharibəyə görə oxuya bilməmək kimi bir vəziyyət var idi. Hər dəfə əlimə götürüb üz qapağına baxıb içimdə qəribə bir narahatlıq hissiylə yerinə qoyurdum. ( son vaxtlar ümumiyyətlə kitab oxumama istəyi canımı bürümüşdü, əvvəllər bu qədər çox sevdiyim bir məşğuliyyətimi niyə əzaba çevirmişdim heç bir fikrim yoxdur). Nəticə olaraq özümə söz verdim ki, bu kitabı nə olursa olsun oxuyacam. Bəli , əsl üzləşmə effecti olacaq. Özünüzdə bəlkədə görüb , amma qətiyyən qəbul etmək istəmədiklərinizi görəcəksiz. Bəlkədə heç görmədiyiniz tərəflərlə tanış olacaqsız. Amma fərqinə varacaqsız. Ələxsusda çətinlikdəsizsə , bütün günü fikriniz ruhunuz yorğundursa , beyniniz dayanmadan "işləyirsə" lazımlı lazımsız hər şeyi dərd edib , fikirləşirsizsə fərqinə varacaqsız. Dəhşətli dərəcədə sizdə fərqlilik yaratmaya bilər. Birdən ruh yüksəkliyi yaşayıb birdən düşə bilər. Emosional yellənçək hissiyatı verə bilər sizə. Ən əsası dərk edərək oxumaqdı. Bəzi məqamlarda çətin gəldi mənə," yox mən belə deyiləm" deyib , amma gün içində həqiqətən ağlımı məşğul edən məsələlərə çevrildi. Bunlarla yanaşı kitabın məlumat olaraq zənginliyi məni valeh etdi.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma