Tahmini Okuma Süresi:
4 sa. 17 dk.
Sayfa Sayısı:
151
Basım Tarihi:
2022
Yayınevi:
Kişisel Yayın
ISBN:
9789952541120
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·150 syf.··
2025 3. kitabı
Bu kitap sadece bir kitap değil aynı zamanda kendinize tuttuğunuz bir ayna. Eğer olay örgüsünden ziyade karakterlerin iç dünyasında gezinmeyi, hayatın küçük ama anlamlı detaylarında kaybolmayı seviyorsanız, Hüseyn Nağıllı’nın bu eseri kütüphanenizde mutlaka yer almalı. sadece kağıt ve mürekkepten ibaret bir nesne değil modern hayatın hızlı temposunda nefes nefese kalmış ruhlar için bir durak, bir "soluklanma" alanıdır. Hüseyn Nağıllı, bu eserinde okuyucuya hazır cevaplar sunmak yerine, onları kendi hayatlarındaki eksik parçaları aramaya davet ediyor. Azerbaycan’ın genç ve yetenekli kalemlerinden birini tanımak için harika bir başlangıç noktası.
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
7/10
·150 syf.··
2024 19. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Haziran 2024 21:53
İlk olaraq demək istəyirəm ki, bu qədər gözəl olacağını gözləmirdim. Bu kitabı anidən gördüm və adətən etdiyim kimi yazarın digər əsərləri və şəxsən kitabın özü haqqında maraqlanmadan kitabı əldə edib oxumaq qərarına gəldim. Düzünü desək, kitabın cildindəki "Detektiv" yazısı diqqətimi cəlb etdi(daha çox detektiv romanlar oxumağımla əlaqədardır). 4 "dost" un birlikdə törətdiyi "cinayət" qəzasının əsasında baş verir əhvalat. Süjet xəttini bəyəndim, bu ssenari ilə daha gözəl əsər yaratmaq olardı amma nə isə. Hə,birdə, sonu sanki yarımçıq qalır. Dəvam etdirmək olardı və çoxda gözəl alınardı. Oxumağı tövsiyə edirəm.
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Dost?
9/10
·150 syf.··
2026 2. kitabı
Yaranın harada olduğunu bilən yeganə adam idi. Heyif ki, baltanı da məhz oraya vurdu. Ən acınacaqlısı da odur ki, sən yıxılarkən sənə balta vuran o adam, vaxtilə əlindəki yaraları sarıdığın, hər kəs ona arxa çevirəndə yanında dayandığın və sənə heç vaxt zərər verməyəcəyinə kor-koranə inandığın həmin o "can dostu" çıxır.
1000Kitap
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Puan vermedi·150 syf.··
2024 24. kitabı
·
24 saatte okudu
·
Okunma: 31 Mart 2024 22:11
Sonunda dəhşətə gəlib, təəccübləndəyim bir kitab daha. Kitabın sonunun belə olacağını heç amma heç təsəvvürümə gətirməmişdim. Kitabı bitirdikdə, kitabın adının niyə məhz "4+1" olduğunu anlayırsan.
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
4+1
Puan vermedi·150 syf.··
2026 5. kitabı
Maraqlı bir kitab idi. Sonu heç gözləmədiyim kimi bitdi.Tam bir "Tərs köşe" idi.Məncə kitab bizə təkcə bir hekayə danışmır bizə bir çox şeydə öyrədir.(Spoiler vermək istəmirəm)Sadəcə yazı şəklində olsaydı daha yaxşı olardi kimi gəlir(verdiyim pula heyfim gəlirrr) Mənim fikrimcə kitab 12-13+ dür.Mənim atam kitab sərgisindən almışdı mənədə maraqlı gəlmişdi deyə oxumuşdum. 4+14+1 Fatimə TəhməzovaFatimə Təhməzova Hüseyn NağılıHüseyn Nağılı
1000Kitap
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
3/10
·150 syf.·
2025 13. kitabı
Dedektiv janrı kitablarında ekstra təəccüb və bütün suallarıma cavab gözləyirəm. Təəssüf ki, gözləntimi doğrultmadı.Oxuyun, amma gözləntinizi minimum tutun. Bu qədər.
1000Kitap
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Puan vermedi·150 syf.··
2025 10. kitabı
SPOİLER VAR) 1 saata bitirdim kitabı. Səhifə sayı 150 olsa da, whatsapp yazışmaları formatında olduğu üçün çox sürətli oxunur. (qadınların yazışmaları oxumaqla bağlı xüsusi bacarığının olduğunu hamımız bilirik) Fərqli ideyadır, yenilikdir,maraqlı görsənir. Amma kaşki yazdım, oldu, bitti formasında olmasaydı. Bir az mənə boşluqları varmış kimi gəldi. Bir çox mövzu sual altında qaldı. Sanki əsər tamamlanmamış vəziyyətdədir. Amma hər hansısa ağır romandan sonra beynin yüngül vari dincəlməsi və çox yüklənməməsi niyyətinə oxumaq olar. Maraqlıdır. Ən azından vulqarlıq yoxdur. Məktəbli uşaqlar rahatlıqla alıb oxuya bilərlər çünki mənasız pornoqrafiyada yoxdur. Gəldik mənə görə olan boşluqlar hissəsinə. Məsələn mən uşaqların maşınla öldürdüyü qəzanın tam təsvirini oxumaq istəyərdim yazışma olaraq deyildə hadisə anının təsviri dolu-dolu hardasa bəhs edilməsini istərdim. Orada ölən xanımın kimliyi həyatı ilə bağlı bilmək istəyərdim. İntiqamın ailəsi ilə bağlı atası ilə ən azndan bir mübahisəsini və ya necəsə hansısa məsələsini. seyfdən pulu oğurlamasını. Sonra müstəntiq sanki qarşısında 4 insanı amansızlıqla qətlə yetirən biri ilə deyil qohumu ilə söhbət edir. Azcada olsa işin qanuni tərəfini araşdırıb bu yöndə yazıların olması çox gözəl olardı. kitab həm dolu-dolu olardı həmdə daha çox maraq qatardı. Həmçinin, bu 4 dostun necə dostluq münasibətləri olduğunu onların niyə intiqama bu qədər kinlənib pul qopartmaq istəyini açıqlayan yerlərin olmasını, ən azndan 4 dost arasında dava, panikalar gözləyirdim. İnsan öldürüb bu qədər soyuqqanlı davranb basdırıb sabah həyatına davam etmək istəyən, dostunu gecə vaxtı məni izləyirlər deməsindən sonra narkotik vasitə çəkməsinə görə hədə-qorxu gələrək nömrəyə baxmaq üçün göndərməsindən və sonrasında dostunun yoxa çıxmasına baxmayaraq
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Puan vermedi·150 syf.··
2025 5. kitabı
Kitab qısa olasa gözəl və maraqlı idi . Oxucunu yormayan bir hadisələrin inkişafı var. Ən azından mənim fikrimcə Elxan Elatlının seks əsərlərindənsə bu tip dedektiv əsərlərin oxumaq daha yaxşıdır Azərbaycan ədəbiyyatından . Oxuyanlara və oxuyacaq olanlara xoş mütaliələr.
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Puan vermedi·150 syf.··
2024 5. kitabı
Kitab həyatımda oxuduğum ilk dedektiv janrı idi. Və çox maraqlı idi. Kitabı çox bəyəndim . Dedektiv sevənlər üçün də , sevməyənlər üçün də tövsiyə edirəm .
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma
Puan vermedi·150 syf.··
2025 11. kitabı
Hüseyn Nağılı - “4+1” Kitab haqqında fikirlərimi paylaşmazdan öncə deyim ki, kitabdan gözləntim çox yüksək idi, çünki inanılmaz dərəcədə diqqətimi çəkmişdi Kitabın quruluşu çox fərqlidir: demək olar ki, tamamilə WhatsApp yazışmalarından ibarətdir. Bəlkə də elə diqqətimi çəkən də bu oldu. Bir saat ərzində oxuyub bitirə biləcəyiniz bir kitab olduğunu deməliyəm. Dörd dostun etdiyi bir cinayətin WhatsApp qrupunda müzakirəsi əsasında formalaşan bir kitabdır. Kitab deməzdim, daha çox hekayədir, məncə. Qeyd edim ki, kitabda bəzi qeyri-etik ifadələr var. Əgər yazıçının yerində olsaydım, bunu kitabın üzərində qeyd edərdim. Kitab çox maraqlı başladı. İlk 30 dəqiqəyə qədər nə baş verdiyini anlamadım. Çünki çox sürətlə getdi, 50-60 səhifə bir anda keçdi! Söhbətlər çox maraqlıdır, hətta bəzən güldürürdü də. Bir çox söhbətlər, demək olar ki, bizlərin WhatsApp-da etdiyimiz söhbətlərə çox bənzəyir: Öz dostlarımızla etdiyimiz zarafatlar, çətin anlarda gülüşlər və s. Amma kitabın sonu mənə təəccüblü gəlmədi. Çünki kitabın ortalarından artıq bu hadisənin necə baş verəcəyini təxmin etməyə başlamışdım. Heç də uzun müddət davam edən bir süjet xətti deyil, sadəcə bir neçə günün içində baş verən hadisələrdir. Sonunu təxmin etmək az da olsa mümkündür. Vaxt ayırmağa dəyər, çox sürətlə oxunur, axıcıdır və bir nəfəsə oxuyub bitirə bilərsiniz. Kitabın sonunu isə təxmin etmişdim amma maraqlı və fərqli bir kitab idi! Kitab insanın pula olan nəfsinə nə qədər hakim ola bilməməsindən, insanın tamahkarlığı ucbatından başına gələ biləcək hadisələr barədə çox gözəl mesajlar verir. Bir də, iki insanın bildiyi sirrin artıq sirr olmadığını vurğulayır Kitabın sonu məni niyə təəccübləndirmədi? Spoiler olsa da, deyəcəm, üzrlü sayın: kitabda “naməlum” bir şəxs var. İntiqam adlı obrazla həmin şəxs arasında
1000Kitap
4+1Hüseyn Nağılı · Kişisel Yayın · 2022162 okunma

Yazar Hakkında

Hüseyn NağılıYazar · 0 kitap
Hüseyn Nağılı, modern Azerbaycan edebiyatında özellikle detektif türünde eserler veren ve yenilikçi anlatım teknikleriyle tanınan genç bir yazardır.