Tahmini Okuma Süresi:
7 sa. 15 dk.
Sayfa Sayısı:
256
Basım Tarihi:
2023
Yayınevi:
XAN Nəşriyyatı
ISBN:
9789952566449
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Ciltli
Reklam

Yorumlar ve İncelemeler

"Simasızlar"
10/10
·256 syf.··
2025 5. kitabı
·
5 günde okudu
·
Okunma: 11 Ocak 2025 15:51
Hüseyn Nağılı Müəllifdən 3-cü kitabı da bitirdim.Roman psixoloji idi.Yazarın digər kitablarını da bəyənmişdim.Bu isə "ƏN" idi mənimçün.Kitabda müxtəlif süjet xətləri var.Sonda isə bir nöqtədə birləşir.Roman bir mövzuyla başlayır,sonda isə nələr üzə çıxır,nələr.Hadisələr əsasən baş qəhrəman olan rəssam Ceyhunun ətrafında cərəyan edir.Ceyhun öz rəsm əsərlərində İblis yaradır,onunla danışır,dalaşır,vuruşur,barışır.... Həyatına daxil olan Könüllə əl-ələ verib müəyyən uğurlar əldə edirlər.Könül nəticədə həqiqətləri öyrənir.Hansı həqiqətləri?Baxın ,burası çox maraqlıdır.Ümumiyyətlə,roman haqqında ,motiv haqqında nə yazsam spoiler olacaq deyə susmağı üstün tuturam.Romanda qarşınıza çıxan hadisələr sizi həyəcanlandıra,təəccübləndirə,sevindirə,kədərləndirə bilər. Mən çox-çox şadam ki,Hüseyn bəyin qələmi ilə tanış olub,hər 3 romanını oxumuşam.Yazarın cümlələri çox savadlı şəkildə qurulur.Motiv "şablon"deyil,özünəməxsusdur."Simasızlar"kitabını oxumağınızı məsləhət görürəm.Real həyatla əlaqəsi var ya yox,bilmirəm.Amma və lakin bu və bundan da betər hadisələrin reallıqla əlaqəsi mümkünsüz deyil. Hər kəsə xoş mütaliələr.
Duygu ve Düşünce
SimasızlarHüseyn Nağılı · XAN Nəşriyyatı · 202310 okunma
10/10
·256 syf.··
Beğendi
·
2026 5. kitabı
·
9 günde okudu
·
Okunma: 05 Şubat 2026 23:29
Hər kəsə salam Kitab postu ilə gəlmişəm. Kitabın son 50 səhifəsini nəqliyyatda oxuyub bitirdiyim üçün şəkilinide yaddaşda belə saxlayıram. Ayın ilk kitabını bitirdim. “Simasızlar” çox təsirli romandı. Müəllif öz yerli yazarımız @huseyn_nagili_ qeyd edim 3-cü kitabını oxuyurdum..... Adı insanı vahimələndirdiyi kimi əsərde rolunu təsdiqlədiAçığı, əvvəli bir az çətin başladı, elə düşünürdüm görəsən nə olacaq, hara gedir bu hadisələr. Amma sonra elə bir yerə gəlib çıxdı ki, özüm də şok oldum. Əvvəl Ceyhunun həyatı, uşaqlığı, çəkdiyi rəsmlər, ağrılı-acılı keçmişi göstərilir. Başına gələnlər adamın ürəyini sıxır. Sonra sərgidə bir Könül adlı xanımla tanış olur və aralarında sevgi yaranır. O hissələri oxuyanda çox xoş olurdu, düşünürdüm ki, nə yaxşı, bu həyatda hələ də sevgini yaşayan insanlar var. Sonra hadisələr Könülün həyatına keçir və orda daha da ağır olur. Atasının keçmişdə etdiyi səhvi Könül bilmədən cəzasını çəkir. Amma buna baxmayaraq, atasına olan sevgisi bitmir. Bu məni çox təsirləndirdi. Atanın günahı, amma əziyyəti çəkən övlad… Çox ağır mövzudur. Ceyhunla Könülün taleyinin birləşməsi də maraqlı idi.Burda deyirlere Bakı balaca şəhərdir, taleh onları birləșdirir təsadüflər, amma əslində keçmişin təsiri onların həyatını alt-üst edir. İnsan düşünür ki, bəzən insan heç öz günahının yox, başqasının keçmişinin qurbanı olur. Bacardığım qədər spoiler vermədim. Bəzi yerlər açıq qaldı, ona görə bir az nigaran qaldım, amma obrazları yaşayaraq oxudum. Bu kitabdan çıxardığım fikir budur: keçmişdə kim nə edib, onun cəzasını yeni nəsil çəkməməlidir. Heç kimin günahı övladların həyatını məhv etməməlidir. Kitab məni çox təsirləndirdi. Oxuyan varsa, fikirlərini yazsın
SimasızlarHüseyn Nağılı · XAN Nəşriyyatı · 202310 okunma
Puan vermedi·256 syf.··
2025 15. kitabı
Hüseyn Nağılı - ‘Simasızlar’ 𝗤𝗲𝘆𝗱: Təhlilin uzun olduğunu bilirəm, amma fikirlərimi və hisslərimi tam izah edə bilmək üçün heç bir cümləni çıxartmaq və ya qısaltmaq istəmədim. Diqqətlə və səbrlə sona qədər oxuduğunuz üçün öncədən minnətdaram Kitabın əvvəlində yazıçının hekayədən bir az uzaqlaşıb, havanı, ağacı, küləyi, otaqları uzun-uzadı təsvir etməsi ilk baxışdan sıxıcı geldi. “Day nə oldu, keç hekayəyə!” — deyə içimdən keçdi. Amma… bir az sonra anladım ki, bu təsvirlər boşuna deyil. Əvvəldə sıxıldığım hissələr sonradan ən çox bəyəndiyim hissələrə çevrildi. Yazıçı sadəcə danışmır, bu kitabda təsvirlər sadəcə yazılmış cümlələr deyil – onlar bir dünyadır, yazıçı səni o dünyaya salmaq istəyir. Çünki kitabda oxucu sadəcə oxumamalıdır – hiss etməlidir. Və o dünyaya girə bilən oxucu çıxmaq istəmir… Belə bir əsərin üz qapağı, dizaynı bele olmamalıdır. Çox məsuliyyətsiz, çox laqeyd yanaşılıb. Bu cür əsərə bu qədər zəif dizayn yaraşmaz. Daha yaxşısına layiqdir bu kitab. Amma kitabın adı – çox düzgün seçilib! “Simasızlar” – bu adın nə qədər doğru olduğunu oxuduqca anlayırsan.. Əsər düşünə bilməyəcəyiniz qədər incəliklər üzərində qurulub. Və bu incəlikləri yalnız və yalnız əsəri hiss etdiyiniz an görüb-anlaya bilərsiniz. Həddindən artıq peşekarlıq və ustalıqla işlənilmiş olan bu əsər insanın içində çox dərin təsir buraxır və düşündürür. Həm hekayə təsirlidir həm də yazıçı oxucuya təsir etməyi yüksək səviyyədə bacarır Kitab o qədər qəribədir ki, psixoloji olaraq başlayırsan, bir yerdən sonra kitab qorxu-həyəcan janr’ına keçir, oradan da çıxıb keçirsən detektiv’ə. Bununla da bitmir, kitabda fantaziya da var, dram da…. Bir sözlə, yazıcı bir çox janrlara toxunur. Çox sevinirəm ki ilk dəfə oxuduğum janr’ın ilk əsəri ‘Simasızlar’ oldu. Başqa bir əsəri oxuyub bəyənməsəydim bəlkə
1000Kitap
SimasızlarHüseyn Nağılı · XAN Nəşriyyatı · 202310 okunma

Yazar Hakkında

Hüseyn NağılıYazar · 0 kitap
Hüseyn Nağılı, modern Azerbaycan edebiyatında özellikle detektif türünde eserler veren ve yenilikçi anlatım teknikleriyle tanınan genç bir yazardır.