Möcüzə Evi

Nigar Mahmud
Tahmini Okuma Süresi:
2 sa. 43 dk.
Sayfa Sayısı:
96
Basım Tarihi:
2020
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
2001268974636
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·96 syf.··
2026 15. kitabı
Nigar Mahmud – "Möcüzə Evi" Kitab əlimə tamamilə təsadüfi bir barter nəticəsində keçdi. Həcmi kiçik olduğu üçün düşündüm ki, elə "tez-bazar" oxuyum, bitsin. İlk növbədə onu deyim ki, kitab pis deyildi. Uşaq ədəbiyyatı kimi görünsə də, mənə görə, daha çox böyüklərin oxumalı olduğu bir kitabdır. Onsuz da cəmi 1-2 saata bitirə biləcəyiniz qədər yığcamdır. Amma "uşaq ədəbiyyatıdır" deyib keçmək olmaz, çünki bəzən böyüklər üçün ən vacib dərslər elə o uşaq kitablarının içindən çıxır. Mən bu kitabı yerli "Küçük Prens" adlandırardım. Oxşarlıqları az deyil, üstəlik əsərdə Jasminin (baş obraz) ən sevdiyi kitab olaraq Küçük Prens-in adı dəfələrlə çəkilir. Jasminin möhtəşəm, fantastik bir xəyal dünyası var. Oxuduqca sanki onun xəyallarının içində gəzirik. Jasmin babası və anası ilə yaşayan, həyat dolu, gülməyi, rəsm çəkməyi və kitabları sevən balaca bir dostumuzdur. Babasının nəsihətləri böyüyür, anası ilə öyrənir və təklikdə xəyallar qurur. Kitab onsuz da qısa olduğu üçün mövzu haqqında çox uzun-uzadı danışmaq istəmirəm. Qeyd etməliyəm ki, belə bir dünyanı qələmə almaq üçün yazıçının özünün də kifayət qədər geniş təxəyyülü olmalıdır ki, bu kitabı yaza və oxucunun gözündə o səhnələri canlandıra bilsin. Kitab bizə öyrədir ki, neçə yaşımız olursa olsun, xəyal qurmaqdan imtina etməməliyik. İnsanı insan edən elə onun arzuları və xəyallarıdır. Bəzən həyatın çətinlikləri üstümüzə gələndə, depressiv anlarımızda xəyallarımızdan üz döndəririk, onlardan əl üzürük. Amma Jasmin bizə başa salmağa çalışır ki, ən böyük çətinliklərdən xilas olmağın yolu elə o xəyallardan keçir. Bizi yüksəldən, ayaqda tutan onlardır. Elə bu anda ne vaxtsa yazdığım bir şeirin misrası gəldi ağlıma: "Xəyalsız insan da xəyal qurarmış..." Düzü, nə vaxt yazdığımı, heç şeirin ardını da xatırlamıram, yaddaşımda
1000Kitap
Möcüzə EviNigar Mahmud · Qanun Nəşriyyatı · 202011 okunma
Xəyallarını qoru.
8/10
·96 syf.··
Beğendi
·
2022 14. kitabı
·
2 saatte okudu
·
Okunma: 07 Kasım 2022 18:28
Azərbaycanın balaca şəhzadəsi Jasmin. Öz dünyasını qorumaqla yanaşı,dünyasında baş verən duyğu dəyişimlərinə inad xəyallarını qorumaq və onları dəyərli yumaq əminəm ki bu kitabı oxuyan bir çox oxucuların dünyasına da qol-budaq açacaq.
Edebiyat
Möcüzə EviNigar Mahmud · Qanun Nəşriyyatı · 202011 okunma