Salam Qədirzadə-46 Bənövşə
5/5
Salam Qədirzadənin qələmi ilə ilk tanışdığım zamandan bəri çox sevməyə başladım yazı üslubunu, özünü ifadə edişini və hadisələrə yanaşma şəklini. Hər daim yazıçının bu kitabını mənə çox önərirdilər. Məndə fürsət bu fürsət deyib bu səfər ki, Bakıya gedişimdə aldım. Kitab o qədər axıcı idi ki, bir nəfəsə bitti.
Hər şey Mənzərə adlı bir qızım Salam Qədirzadənin yanına ekiz bacısı Könülün gündəliklərini gətirib, kitab halında çıxarıla bilib, bilməyəcəyini məsləhətləşməsi ilə başlayır. Gündəlikləri oxuyan, Qədirzadə, özünü bir eşq dünyasının içində tapır. Hansı ki, bu eşq dünyasında Könül nə acılar çəkir. Amma “bəxt” sözünün anlamını ən dərin mənasında anlayır. Bəzən sevgi kəliməsini böyük bir məna ilə özləşdiririk. Əsas olanı isə düşünmürük.. Bir tərəfin sevgisi iki insanada bəs edərmi?
Kitabı bitirdikdə özüm özümə çox düşündüm. Daha sonra həyatta qarşıma çıxan ən doğmamın yaşadığı bir hadisə ilə bağlaşdırdım. Özümə “Axı Ləman sən buna həyatda da şahid olmusan” dedim. İlk dəfə oxuduğumu həyatda gördüyüm üçün dərin duyğular içində yaşadım kitabı. Yazar yenə öz sözünü demişdi. Uzun sözün qısası “Sən saydığını say fələk gör nə sayır”
Bir insanın bəxtinə bir insan yazılıbsa, sən nə edərsən et, necə olursa, olsun bir həyat çizərgəsində, o yollar qarşılaşır.
Eyni zamanda hər kitabda olduğu kimi insanı alıb başqa yerlərə aparan, düşündürən cümlələrdə mövcud idi. Lakin mən bu kitabı bir daha yenidən bir neçə il sonra oxumaq istəyirəm. İnsan dəyişir, duyğularda, düşüncələrdə. Məndə bu əsərə yanaşmama bir daha yenidən şahid olmaq istəyərəm.
Xoş oxumalarKitabla qalın