Qış Gecəsi

Salam Qadirzade
Tahmini Okuma Süresi:
8 sa. 6 dk.
Sayfa Sayısı:
286
Basım Tarihi:
2015
Yayınevi:
Xan Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
9789952405033
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

8/10
·194 syf.··
Beğendi
·
2022 1. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Ocak 2022 00:00
XX esrin 50-ci illerinde yazilmis "qis gecesi" eseri Azerbaycan edebiyyatinda genis yayilmisdir.Ve bu gune qeder de sevilmektedi.Yazici Salam Qedirzade İkinci Dunya muharibesi dovrunde istirak etmis, yuksek sucaetliyine gore ucuncu dereceli "sohret" ordeni ve 12 medalla teltif olunmus, muharibeden sonra yaradiciligina baslamis ve eserleri ile boyuk oxucu kutlesi qazanmisdir. "Qis gecesi" eserinde iki gencin nakam sevgisinden behs edilir.Huquqsunas olmaq isteyen Adil, evde olan problemlere, qanunsuz alver eden atasi ve ogey anasinin etdiklerine gore sevdiyi qiz Ceyran buna gore onu bagislamaz deyib, onu atib Moskvaya oxumaga gedir.Ve onlarin sevgisi bas tutmur.Adil Ceyrani atib getmeseydi,ne olur olsun sevgisi ugrunda mubarize aparsaydi bele olmazdi...Sonradan elediyine gore pesman olsa da,amma artiq gec idi..."İnsan sevdiyi ugrunda mubarize aparmadisa onda onun yasamaginin ne faydasi..." −Görəsən çağırsam, gələrmi Ceyran?..
Aşk ve Ayrılık
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
Görəsən çağırsam, gələrmi Ceyran?..
Puan vermedi·194 syf.··
2024 23. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Haziran 2024 19:27
Mənim əziz canımçün (Diləfruz deməli), insanı yormayan, sadə, ancaq bəsitləşdirilməyəcək qədər də hadisələrin nəticəsini oxucu üçün maraqlı edən kitab idi. Kitabın ortalarında artıq sonu haqqında müəyyən fikirlərim var idi, birazı, təxəyyül etdiyim kimi də oldu, ancaq bəzi hadisələri fərqli gözləyirdim.Sonu da biraz məyus etdi. Bir deyim vardır "Yanındakı ilə yaşar, ağlındakı ilə ölərsən" deyə.Onu xatırlatdı mənə.. Anamla birlikdə mütaliə etdik.Oxuyarkən, personajları analiz edərək irəliləyirdik, bəzən əyləndik, bəzən də əsəbləşdik. Həzz aldığım bir oxuma təcrübəsi oldu. Tövsiyəni də, Vəfa Hafiz xanımdan almışdım.Tekrar təşəkkür edirəm❦
Edebiyat
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
9/10
·286 syf.··
2020 18. kitabı
Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil. Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi. Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir. Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq. Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı. Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun
Edebiyat
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
10/10
·286 syf.··
Beğendi
·
2017 74. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Mayıs 2017 22:05
Əsərin qəhramanları bizdən biridir, bizim kimidilər. Bəzən Adil kimi çox həssas davranıb çox istədiyimiz hər şeydən keçib, sonra peşman oluruq. Bəzən Ceyran kimi unutmaq üçün bir şeylər etsəkdə heç vaxt unutmuruq. Əsər Ceyranın gözləri ilə başlayəb Adilin sözləri ilə bitir; " Görəsən, çağırsam, gələrmi, Ceyran?..." Əsər xoşbəxt sonluqla bitsədə mən bir nisgil duydum.
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
7/10
·286 syf.··
2023 13. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Ekim 2023 21:03
Daha bir axıcı kitab. Düzü, Salam Qədirzadənin qələmi ilə heç tanış olmadığım üçün həmişə onun əsərlərini oxumaq istəmişəm. Maraqlı sujet xətti var. Baş qəhrəman Adilin başına gələnlər, çəkdiyi vicdan əzabları çox gözəl şəkildə təsvir edilib. Oxuyanda bir ailənin necə uçuruma getməsi adama pis təsir edir. Kitabda Adilin ətrafında və həyatında olan qadın obrazlar bir-birilə ziddiyyət təşkil edir. Atasının isə o dərəcədə dəyişməsi Adili sarsıtsa da, fərd kimi yetişməsinə zərər vermədi. Ümumiyyətlə, insanların bir az çətinliyə düşən kimi asan yola əl atması burada da təsvir edilib. Bu yolun da fərsiz olduğu aydın şəkildə göstərilib. Sonluğu lap ürəkaçan oldu. Diləfruzun öhdəsindən kimsə gəlməli idi. Əsərdə sovet təfəkkürü də sezilir. Bəyənmədiyim tərəfi isə bu idi.
İnceleme
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
Puan vermedi·286 syf.·
2020 68. kitabı
Salam Qədirzadənin əsərlərinin hər birində qəribə bir duyğu var. Yazarın kitablarını hər oxuduğumda kimsə mənə nağıl danışırmış kimi hiss edirəm, mənə bu nağıllarla həyatın bir çox üzləri ilə tanış etmək istəyir.. Və əsərlərinin hər biri bir birinə oxşayır bu dediyim o qəribə duyğudanmı irəli gəlir ya yox bilmirəm. Ama nə də olsa kitabların oxunulacaq səmimi bir havası var. Kitaba gəlincə o qədər xoş olan sadə dillə yazılıb ki, kitabdan danışmağa qalxsam gərək məndə sizə Qış gecəsini nağıl edim :) Sadəcə bunu qeyd edim ki Ceyran üçün üzüldüyüm qədər Mənsurə üçün sevindim. Adil üçün sevindiyim qədər İsa üçün üzüldüm. Sanki hər şey elə belədə olmalı idi.
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
Qış Gecəsi (Salam Qadirzade)
10/10
·286 syf.··
Beğendi
·
2020 81. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Kasım 2020 13:56
Film kimi əsər. Həqiqətən söz tapmaq olmur. tövsiyə edirəm oxuyun vaxtınız boşa getməyəcək. kiçik yaşlarında anasını itirən Adil, sonralar evə Diləfruz adında ögey anası gəlir. ilk başlarda Adil onun səmimiyətinə inanmır,hətta atasının qəlbini qırmaq istəməsin deyə sakit durur. ilk başlarda Diləfruz, Adil- can deyə- deyə sevsədə sonra Məmməd adlı oğlu dünyaya gəlməsi can silinir və beləliklə münasibəti soyuyur. Adil bilirdiki bunun sözləri ciddi deyildir hiss etmişdi. bəs kim bilərdi ki özünü "mələk" göstərən ama sonra "şeytan"a dönən ətli qoltuğ ögey ana Diləfruz belə olacaqdır? Adilin həyatı çətin keçir,böyüdükcə həyatında gözləmədiyi şeylər baş verir. yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çətinliyi olur .. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? əvvəlcə ərindən qorxan Diləfruz sonradan vəhşiyə dönərək, evin rəisi kimi aparmağa başlayır, ərini məcbur gözləmədiyi işlərə soxdurur. Sanki arvad bu, ər isə Diləfruz idi Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu. və ən maraqlısı, Borisin və Nataşanın Bakıya gəlməsi oldu.Rəhman qatarda Borislə qarşılaşdı (hələ Borisi tanımırdı bilmirdi Adilin dostudur) Borisin istiqraz vərəqəsinin on min manat udduğunu duyduğunu və utanmadan o istiqrazı satın alıb özünü milyoner kimi göstərmək xəyalında olan və sonra bunun üstü açılması ?. ən pis olduğum məqam, Adilin Ceyranı tərk etməsidir. Bəs hekayənin sonu necə olur ? Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun :)
Edebiyat
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
4/10
·286 syf.··
2019 8. kitabı
Sovet dövrünün sərt qanunlarından, gənc oğlanın ögey anadan çəkduklərindən, pul para düşkünü Diləfruz xaanımın yəni ögey ananın bitmək bilməyən harın arzularından, gözünün doymamağından, bu ailədə böyüyən gəncin nakam məhəbbətindən ceyran adlı qıza qovuşa bilməməsindən, və hüquqşunas olmaqçün Rusiyaya təhsil dalınca getməsindən bəhs olunur
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
9/10
·286 syf.··
Beğendi
·
2022 10. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Temmuz 2022 13:43
Adili qınamağa haqqımız yoxdur! Kim deyə bilər ki, mən sevgilimin ilk görüşünə vaxtından qabaq getməmişəm? Bunu qızların yanında etiraf etməsək də, birinci dəfə görüş yerinə necə getdiyimizi hamımız çox yaxşı xatırlayırıq. O yer, o görüş, o gün edilən söhbətlər insanın həyatında heç vaxt unudulmayacaq ən əziz yer, ən əziz görüş və ən əziz söhbətlər kimi əbədi bir xatirə olaraq qalır. Gəncliyin mənası da o yerdən, o görüşdən, o söhbətlərdən sonra başlayır
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
Salam Qədirzadə- “Qış gecəsi”
1/10
·286 syf.··
2024 4. kitabı
Tövsiyə etmirəm. Sevgi hekayəsi adı ilə başlayıb Sovet hökümətini və ümumiyyətlə sovet imkanlarını tərifləyərək davam edir kitab. Çoxlu təsvirlər var və bir müddətdən sonra artıq eyni cümlələr təkrarlanır. Özünə xas və tutarlı bir hekayəsi yoxdur kitabın. Çox şablondu və yeni heçnə (obraz,düşüncə,məkan) yoxdur. Əsas obraz sayılan Ceyran obrazına sadəcə bir yanlış anlaşılmaya görə yetəri qədər yer vermirlər. Kitabın yazılma ili (1953-1956) əslində hərşeyi izah edir. Qısaca,oxumayın :)
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma

Yazar Hakkında

Salam QadirzadeYazar · 10 kitap
Salam Qedirzade Büyük Vatan Savaşı cephelerinde olmuş, savaş sonrası eğitim almış ve yazarlığa başlamıştır. "İlk hikayeler" (1951), "Gençlik" (1953), "Sarmaşıklı aynəbənd" (1955) adlı ilk kitaplarında yazar genç kuşağın yaratıcı azmini, sevgi ve muhabbet duygularını, arzu ve isteklerini kaleme almıştır. 10 Nisan 1923 yılında doğdu. Azerbaycan Devlet Üniversitesinin filoloji fakültesine girdi, üçüncü sınıftan sonra eğitimini Moskova'da, M. Gorki adına kurulan Edebiyat Enstitüsü'nde sürdürdü. "Kirpi" dergisinin baş editörü oldu. Yazdığı "Kış gecesi", "46 menekşe", "Nar çiçeği masalı", "Sevdasız aylar", "Sen olmasaydın" adlı roman, anlatı ve hikaye kitapları gençlerin manevi-ahlaki kalitelerini anlatıyordu. S.Qədirzadə'nin Büyük Vatan Savaşı cephelerinde katılımı sonraları "Burada insan yaşamıştır (1963) povestinin oluşmasına neden olmuştur. Gerçek ve canlı gözlemlerden doğan bu anlatı, samimiyeti ile savaş konusunda yazılmış eserler içerisinde dikkat çekicidir. Ayrıca satirik anlatı ve hikayelerin, "Şirinbala puan olacak", "Hardasan ay bekarlık", "Həmişəxanım" gibi ünlü, sahneden düşmeyen komediyaların da yazarıdır. "Bir kız bir erkek çocuğun", "Sevginin adresi kalptir", "Her gün ömürden gidiyor" gibi kitapları döneminde büyük tirajla yayınlandı ve çok ilgi gördü.