Dorian Greyin portreti kitabını oxumadan öncə teatrda tamaşasına baxmışdım. Kitabda nə ilə qarşılaşacağımı bilirdim amma bu kitabın sehrini azaltmadı.
Kitabı oxuyarkən Henri mənə həyatın digər üzünü göstərir, məsləhətlər verirdi.
Vicdan, məhəbbət və digər insani duyğuları Henri fərqli baxış bucağı ilə fəlsəfik izah edirdi, bunu sevdim :)
Dorianın ətraf təsirlərdən dəyişməsi və sonda hər şeyin fərqinə vararaq özünü yenidən dəyişməyə çalışması, ruhunu sağaltmağa çalışması çox sarsıdıcı idi.
“Ruh qorxunc bir həqiqətdir”
Kitab bizə ruhumuzun fərqində olub onu qorumağın və kirlətməməyin necə vacib olduğunu bir daha çox sərt şəkildə xatırladır.
Oscar Wilde çoox möhtəşəm psixoloji və hətta deyərdim ki, fəlsəfi əsər yazıb və bu əsəri mütləq oxumalısız :)
Və bizi düşündürən son sualı: “Doğurdanmı, insan istəsə də, heç vaxt dəyişə bilməzdi?
(bu arada filmini çox insan tərifləyirdi, izlədim və bitirə bilməyib, yarım buraxdım, mənə görə hədsiz çox 18+ idi və əsərin mənası itmişdi)
Ps. bunu da deyim gedirəm :D Tamaşası möhtəşəm idi, dekabrın sonu Mteatr tərəfindən yenidən nümayiş olunacaq gedib izləyin.