Qəmər_

Qəmər_
Puan vermedi·360 syf.·
2026 1. kitabı
“Fəlsəfə uşaqlar üçün” adını görəndə maraqlı gəlmişdi, uşaqlara fəlsəfəni necə izah ediblər deyə oxumağa başladım. Maraqlı, öyrədici və axıcı bir kitab gözləyirdim. Kitab isə sanki dərslik kimi tərtib edilib, filosofların bioqrafiyası və fəlsəfi ideologiyalarından ibarətdir. Uşaq olarkən bu kitabı oxusaydım, yəqin birdə bədii kitab oxumaq istəməzdim. Kitab tərcümə deyil İlqar Əlifoğlu tərtib edib lakin o qədər hərf səhvləri var ki narahat olmamaq mümkün deyil. Onu da qeyd edim ki bunlara baxmayaraq kitabda mənə maraqlı gələn, həyəcanlandıran hissələr az da olsa var idi, yoxsa yarımçıq qoyacaqdım :)
Uşaqlar Üçün Fəlsəfəİlqar Əlfioğlu · Qanun Nəşriyyatı · 09 okunma
Puan vermedi·216 syf.·
2025 14. kitabı
Dorian Greyin portreti kitabını oxumadan öncə teatrda tamaşasına baxmışdım. Kitabda nə ilə qarşılaşacağımı bilirdim amma bu kitabın sehrini azaltmadı. Kitabı oxuyarkən Henri mənə həyatın digər üzünü göstərir, məsləhətlər verirdi. Vicdan, məhəbbət və digər insani duyğuları Henri fərqli baxış bucağı ilə fəlsəfik izah edirdi, bunu sevdim :) Dorianın ətraf təsirlərdən dəyişməsi və sonda hər şeyin fərqinə vararaq özünü yenidən dəyişməyə çalışması, ruhunu sağaltmağa çalışması çox sarsıdıcı idi. “Ruh qorxunc bir həqiqətdir” Kitab bizə ruhumuzun fərqində olub onu qorumağın və kirlətməməyin necə vacib olduğunu bir daha çox sərt şəkildə xatırladır. Oscar Wilde çoox möhtəşəm psixoloji və hətta deyərdim ki, fəlsəfi əsər yazıb və bu əsəri mütləq oxumalısız :) Və bizi düşündürən son sualı: “Doğurdanmı, insan istəsə də, heç vaxt dəyişə bilməzdi? (bu arada filmini çox insan tərifləyirdi, izlədim və bitirə bilməyib, yarım buraxdım, mənə görə hədsiz çox 18+ idi və əsərin mənası itmişdi) Ps. bunu da deyim gedirəm :D Tamaşası möhtəşəm idi, dekabrın sonu Mteatr tərəfindən yenidən nümayiş olunacaq gedib izləyin.
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201998,9bin okunma
Puan vermedi·132 syf.·
2025 13. kitabı
Mark Avrelidən oxuduğum ilk kitab idi. Adından da göründüyü kimi filosof burada özünə ünvanladığı düşüncələrini, həyat boyu kimdən nə öyrəndiyini və onlardan çıxardığı dərsləri qələmə alıb. Daxili dialoq təsiri bağışlayır. Oxuyarkən altını çəkdiyim o qədər cümlə oldu ki, bir dəfə oxuyub kənara qoyulacaq kitab deyil. Kitab axıcı sayıla bilər lakin fəlsəfə heç oxumamısızsa bu kitabla başlamağınızı tövsiyə etmirəm.
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202427,8bin okunma
Puan vermedi·320 syf.·
2025 12. kitabı
Qidalar haqqında məlumatlı olmağı vacib amillərdən biri sayıram. Kitab bizə GMO, qida sənayesindəki gizli pul oyunlarını və.s çox açıq və aydın şəkildə izah edir. Ətrafımda bilirik onsuzda yediyimiz hər şey ziyandı prizması ilə baxan insanlar çoxdu.. onlarla razılaşıram. (çünki hazırda tam sağlam qidalanmaq mümkünsüz kimi bir şeydi) Lakin nə gəldi yeyərək sağlam düşüncəyə malik biri ola bilməyəcəyimizi dərk edirəm və maksimum daha diqqətli olmağa çalışıram. Çünki nə deyiblər? “Sağlam bədəndə, sağlam ruh olar” Ps. Özüm də sağlam qidalanmıram lakin bunun üçün çalışıram bəlkə də gələcəkdə vegan ya da vegetarian olaram nə bilmək olar :D
Dünyada Gıda Terörüİsmail Tokalak · Ataç Yayınları · 201478 okunma
Puan vermedi·191 syf.·
2025 11. kitabı
Baba Vəziroğlunun yazdığı mahnıları bəyənib, sevdiyimə görə kitabdan da gözləntim çox yüksək idi. Təəssüflə qeyd edirəm ki gözləntimi qarşılamadı, daha dərin şeirlər gözləyirdim.
Qalanı XatirədirBaba Vəziroğlu · Zərdabi Nəşriyyat Poliqrafiya · 20223 okunma