Qəmər_

Qəmər_
Məni tanıyanlar bilir depresiyanın dibindən çıxmışam. Və heç kimin köməyi olmadan. Keçən il bu vaxtlar çox çətin tapdığım bir işdən çıxmışdım nə olacağını bilmirdim ama.. (evimi də keçən il bu vaxtlar dəyişmişdim) Hər il hansısa ay keçən ilə baxıb bu ili müqayisə edirəm özlüyümdə. Məndə nə dəyişdi deyə. Və hər il keçən ili düşünəndə üzümdə səbəbsiz gülüş yaranır, özümlə fəxr etmə hissi isə başqa məsələ :) Bu il də üzümdə gülüş yaranır, hər dəfəsində özümü daha inkişaf etmiş, dəyişmiş görürəm. Və bu dəfə tamam fərqlidi həyatımdakı insanların demək olar çoxluğu keçən ildə xoş xatirələrlə qalıb :) hər birini çox sevirdim və sevirəm. Mənim böyüməyimdə hamısının öz əməyi olub özləri bunun fərqində olmadan. Bu il həyatımda olan bir çox insan keçmiş illərdən gəlmir sadəcə 1 ildir ətrafımdadılar. Onlar mənə daha xoş təsüratlar bağışlayır✨ İçimdə heç kimə, heç nəyə qarşı ən balaca nifrət qıvılcımı belə yoxdur hansı ki əvvəl bu ifrat dərəcə idi. Həyatı və yaşamağı sevirəm! Əminəm ki daha da yaxşı olacam.
Qəmər_
daha yaxşı olmağı bacardığım üçüm özümlə fəxr edirəm💪🏻 (çoxx çətin idi mənə)
Puan vermedi·216 syf.·
2025 14. kitabı
Dorian Greyin portreti kitabını oxumadan öncə teatrda tamaşasına baxmışdım. Kitabda nə ilə qarşılaşacağımı bilirdim amma bu kitabın sehrini azaltmadı. Kitabı oxuyarkən Henri mənə həyatın digər üzünü göstərir, məsləhətlər verirdi. Vicdan, məhəbbət və digər insani duyğuları Henri fərqli baxış bucağı ilə fəlsəfik izah edirdi, bunu sevdim :) Dorianın ətraf təsirlərdən dəyişməsi və sonda hər şeyin fərqinə vararaq özünü yenidən dəyişməyə çalışması, ruhunu sağaltmağa çalışması çox sarsıdıcı idi. “Ruh qorxunc bir həqiqətdir” Kitab bizə ruhumuzun fərqində olub onu qorumağın və kirlətməməyin necə vacib olduğunu bir daha çox sərt şəkildə xatırladır. Oscar Wilde çoox möhtəşəm psixoloji və hətta deyərdim ki, fəlsəfi əsər yazıb və bu əsəri mütləq oxumalısız :) Və bizi düşündürən son sualı: “Doğurdanmı, insan istəsə də, heç vaxt dəyişə bilməzdi? (bu arada filmini çox insan tərifləyirdi, izlədim və bitirə bilməyib, yarım buraxdım, mənə görə hədsiz çox 18+ idi və əsərin mənası itmişdi) Ps. bunu da deyim gedirəm :D Tamaşası möhtəşəm idi, dekabrın sonu Mteatr tərəfindən yenidən nümayiş olunacaq gedib izləyin.
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201998,9bin okunma
Fariz Namazlı isimli okura yanıt verildi
Qəmər_
Şuşa teatrında heç olmamışam. Bir gün gedəcəm