Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dorian Qreyin Portreti

Oscar Wilde
“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”! Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir. Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretinə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatının güzgüsü olan bu portreti çəkdiyinə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir…
Yazar:
Oscar Wilde
Oscar Wilde
Çevirmen:
Samir Bulut
Samir Bulut
Tahmini Okuma Süresi: 6 sa. 7 dk.Sayfa Sayısı: 216Basım Tarihi: Kasım 2019İlk Yayın Tarihi: 1890Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: The Picture of Dorian Gray
ISBN: 9789952363012Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
248 syf.
8/10 puan verdi
·
12 günde okudu
Sağlığında layiq olduğu dəyəri görməyən və tənqid ojlunan yazıçının bu əsəri ilə ölümündən sonra viral olması və hər kəsin marağına səbəb olması bəlkə də kitabından sonra ona istinad edən filmin çəkilməsi olur məncə. Kitabda ruhunu gözəlliyi uğruna qurban verən gənc yeniyetmənin acınacaqlı faciəsindən bəhs olunur. Əsərin 80-ci illərdə yazılmasına və bir neçə dəfə sansürlənməsinə baxmayaraq qaldırılan problemlər və təsvir edilən narssizm, canilik, cinayət, əxlaqsızlıq və s. hələ də aktualdır. Lakin yenə də müəllifin ziddiyyətli obraz Lord Henrinin dilindən aşılamağa çalışdığı bəzi fikirlərlə razılaşmıram. Portret əslində Dorianın sənət naminə fədakarlığından sonra itirdiyi vicdanını təmsil edir və sonda portretlə birlikdə nəinki ancaq onun gözəlliyi, həm də bütün kimliyi məhv olur. Bildiyim qədəri ilə Oskar Uayld əsərini bu məktubla tamamlayır: Bezil mənim şəxsiyyətimi əks etdirən obraz, Lord Henri cəmiyyətin məni necə gördüyünü əks etdirən obraz, Dorian Qrey isə özümü necə görmək istədiyimi əks etdirən obrazdır. Deep note: Müəllifi gözümdən salan əsas məqam onun qadınlara ciddi münasibət bəsləməməsi oldu.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
Beğendi
Oscar Uayldın en böyük eseri olan Dorian Qreyin portreti-felsefi cümlelerle dolu olan bir eser.Bezen oxuyucular arasinda sehv anlasildigi ucun qalmaqala sebeb olan,hetda İngilis tendiqcileri terefinden qadağan olunmasini teleb edilən bir eserdir. Bir gün Bezil Hollourd adlı bir ressam bir sergide aniden goz-goze geldiyi bir genc,yarasıqlı oğlanla tanis olur,hadiseler bundan sonra baslayır.Ressamın idealına çevrilen Dorianın portretini çekir.Sehrli portretini.Dorian,portrete asiq olur ve birden o,portretin hemise onun itireceyi gencliyi saxlayacaqi fikirinden qurtula bilmir.”Kaş eksine olardı,kaş bu portret qocalaydı,kaş hemişe bu portretdeki kimi cavan qalaydım,bunun uçun ruhumu iblise satmağada haziram”deyir ve duasi qebul olur.Ruhu İblise satılır!Dorian artıq saf ve temiz ruhundan çıxaraq qatil,özünü beyenmiş ve daima cavan olaraq qalır.Nece insanin olumune,nece insanin adini lekeleme sebebi olur.Getdikce çirkinlenen portrete baxmaqdan aglini itirecek qeder eseblesib onu hamıdan gizlədir və onu en cox seven,resmini çeken Bezili öldürür.Uzun müddet kecsede qurtula bilmir bu portetin fikrinden sonda onu yırtmaq qerarına gelir.Bıcaqla onu yırtan zaman hər kəs sese gəlir otağa girən zaman hamı gözəl portreti görür və yerdə ölü halda olan yaşlı bir adamı barmağındakı üzükdən Dorian olduğunu bilirlər. Eserdə fəlsəfi sözləri ilə bəyəndiyim obraz Lord Henri oldu.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
216 syf.
7/10 puan verdi
·
25 saatte okudu
Hamının səcdə etdiyi günəş də olsan, batandan sonra unudulacaqsan..
"Bir həyat yaşanmaq üçün çox azdır. Kitablar oxuduqca minlərlə həyat yaşayırsan." Elxan Zeynallının bu cümləsini həmişə sevmişəm. Və açığını desəm məni kitab oxumağa sövq edən istək də sırf bu olub. Kitabı oxurkən özümə bir şeylər qatmaq, ondan təsirlənmək, həyatımda dəyişikliklər etmək yox, sırf saysız-hesabsız yeni həyatlar yaşamaq..
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
216 syf.
·
Puan vermedi
·
14 günde okudu
Dorian Qrey yaşca özündən böyük dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O, mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstlik, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatını güzgüsü olan bu portretə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyi ilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir... Əsər müəllifin ən qalmaqallı və uğurlu əsəridir. Onun dili ilə desək, "Bir ruhun hekayəsidir!"
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
104 günde okudu
Hər fəsli ayrı-ayrı düşündürən, çox maraqlı kitab imiş. İlk başlarda yarıda qoyduğum üçün məyus oldum. Gözəlin şansı olmazmış dedikləri Dorian Qreyə aid imiş) Nə qədər yarğılamamağa,düzəlmək istəyir deyə düşünməyə çalışsam da, Sibil Veynin ölümünə səbəb olduqdan sonra qısa müddətdə özünə haqq qazandırıb unutması, dostunu öldürməsi... Bunlar əsəbləri pozacaq şəkildə təzahür edir. Ən çox maraqlı gələn hissələr isə Ceyms Veynin ölümü və son səhnə oldu. Hansı janrı sevirsinizsə, sevin bu kitabın sizə maraqlı gələcəyinə əminəm
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
216 syf.
9/10 puan verdi
·
7 günde okudu
Bir ruhun hekayəsi....
Başıarda sıxıcı oldu. Və bu sıxılma sona qədər özünü göstərdi ...Bunun səbəbi qəhrəmanların çox əsəb pozan olması idi . Amma yenədə kitabı bəyəndim. Məzmunu və mənə qatdıqları ilə çox gözəl idi .. Məzmunu: İnsana əbədi gənclik verilsə nə olar? Nəfsə hər istədiyini versək və ona qadağa qoymasaq necə bir məxluqa çevrilər ? Əxlaq nə üçün lazımdır??? Bu və daha çox sualın cavabı bu kitabda
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
216 syf.
·
Puan vermedi
·
13 günde okudu
Həyat başqalarının səhvini qəbul etmək üçün çox qısadır.Hərkəs öz həyatını yaşayır və öz əməllərinin cəzasını da özü çəkir.Amma təəssüf ki insan bəzən bircə səhvə görə bütün həyatı boyunca əzab çəkməyə məcbur olur.Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heçvaxt silmir. #DorianQreyinPortreti
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
216 syf.
·
Puan vermedi
Hər şeyin ifratı zərər verir....
Kitab çox maraqlıdır və düşünürəm ki, hər kəsin özünə uyğun dərslər ala biləcəyi kitabdır.
Dorian Qreyin Portreti
Dorian Qreyin Portreti
Oscar Wilde
Oscar Wilde
Kitab çox gözlənilməz bitdi mənim üçün. Dorian mərhəmətli bir gənc idi və sonradan Henrinin sözlərinin onu dəyişməsi. Bazelə olan münasibəti... Və xüsusilə də, "sevdiyi" qıza qarşı nankorluğu. Öz gözəlliyini hər şeydən uca gördü və təkəbbürlük onun sonu oldu...
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
Reklam
216 syf.
9/10 puan verdi
·
Beğendi
Sevdiyim kitab
Gozelim kitab haqqinda yazmasam olmazdi..Ne terif desem azdir..Bu kitabi olmeden once okudugum icin coox mutluyam..En sevdiyim kitab qaliba) Bu kitab en cok alintilari olan kitablardan biridr...Bele deyim oxunmasi gerekli kitabdir..Şedevr eserdir..Kitabi bir kac il oldu bitirdim amma hala acib oxuyuram .Oscar bildiyim qederi ile fazla kitabi yoxdur..Oxuyun , pesman olmazsiniz. Alinti " Dunya onun kitab refindedir "
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
248 syf.
8/10 puan verdi
·
27 günde okudu
Portret, vicdan, dostluq və dərinlik
Ən çox sevilən kitablardan olan Dorian Qreyin portreti əsas obrazın düşüncələri, həyata baxışı, onun dərinə enərək axtardığı mənəviyyatı, daxili xüsusiyyətləri ilə əlaqədardır. İlk hissələrdə Lord Henri ilə aparılan dialoqlar, onun dedikləri ən çox altını xətlədiklərimdən idi. Kitabda mənəviyyatla, əsas və global mövzularla bağlı gözəl fikirlər var. Daş, din və geyimlərlə olan qisim ürəyimi çox sıxdı, amma süjetə söz ola bilməzdi. Hətta bir çox hissələri özüm təxmin edə bilirdim ki, bundan sonra hansı hadisələr baş verə bilər. Xüsusilə, Bezilin öldürülməsi, portretin cırılması, sonda özünü qətlə yetirməsi hekayəni daha axıcı edirdi. Portret əslində Dorian'ın vicdanını əks etdirdiyini onun hər dəfə müxtəlif versiyalarda görülməsi xırda və özəl detallardan idi.
Dorian Qreyin Portreti
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201972,8bin okunma
272 syf.
9/10 puan verdi
·
5 günde okudu
Dorian Gray'in Portresi /Ruh sağlığınıza dikkat edin!
"Olmasaydı sonumuz böyle!" Şiştt... Sakin. Spoiler falan vermedim. Ama ne olur benden bu kitabı spoiler vermeden incelememi beklemeyin, yine de elimden geleni yapacağım. En son Martin Eden beni bu kadar yakmış, yıkmıştı. Ama Martin için üzülmüştüm o kitapta. Bu kitapta kime tutunduysam kaldı elimde. Ağaca güvendim çürüdü. İnsana
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202372,8bin okunma
192 syf.
9/10 puan verdi
Dorian Gray ' in Portresi, Oscar Wilde ' nin tek romanı olma özelliğini taşıyor. Ama 10 kitap yazacağına tek bir kitapla 10 kitaba bedel bir etki bırakması onun nasıl bir yazar olduğunu ortaya koyuyor zaten. 1981 yılında basılan Dorian Gray ' in Portresi yayımlandığı dönem büyük tepki görüp, büyük tartışmalara sebep olmuştur. Kitabın yazarı Oscar
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Yabancı Yayınları · 201772,8bin okunma
280 syf.
·
Puan vermedi
TOPLUMUN AHLAKA AYKIRI SAYDIĞI KİTAPLAR, TOPLUMA KENDİ AYIBINI GÖSTEREN KİTAPLARDIR.. Hedonist yaşam tarzı, estetiğe ve zevke düşkünlüğü ile döneminin en zeki ve entellektüel sanatçılarından biri olan Oscar wilde, katı ve muhafazakar bir devir olan Viktorya çağı ingilteresinde öyle bir kitap yayınladı ki, üzerinde güneş batmayan imparatorluktaki
Dorian Gray’in Portresi
Dorian Gray’in PortresiOscar Wilde · Timaş Yayınları · 201372,8bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.