-Ben oldum olası şiiri aşkın gıdası olarak görürüm
-Saf, derin, sağlıklı bir aşk için belki... Zaten güçlü olan bir şeyi, her şey besler. Ama eğer bu hafif, zayıf bir tür eğilim ise benim görüşümə göre güzel bir son onu açlıktan öldürür.
Ən çox sevilən kitablardan olan Dorian Qreyin portreti əsas obrazın düşüncələri, həyata baxışı, onun dərinə enərək axtardığı mənəviyyatı, daxili xüsusiyyətləri ilə əlaqədardır. İlk hissələrdə Lord Henri ilə aparılan dialoqlar, onun dedikləri ən çox altını xətlədiklərimdən idi. Kitabda mənəviyyatla, əsas və global mövzularla bağlı gözəl fikirlər var. Daş, din və geyimlərlə olan qisim ürəyimi çox sıxdı, amma süjetə söz ola bilməzdi. Hətta bir çox hissələri özüm təxmin edə bilirdim ki, bundan sonra hansı hadisələr baş verə bilər. Xüsusilə, Bezilin öldürülməsi, portretin cırılması, sonda özünü qətlə yetirməsi hekayəni daha axıcı edirdi. Portret əslində Dorian'ın vicdanını əks etdirdiyini onun hər dəfə müxtəlif versiyalarda görülməsi xırda və özəl detallardan idi.
Həyatı insanın iradəsi yaxud niyyətləri idarə etmir. Həyat sinir liflərindən, düşüncələrin gizləndiyi, ehtiras və istəklərin doğulduğu ləng inkişaf edən hüceyrələrdən asılıdır. Məsələn, sən güclü adam olduğunu və heç bir şeyin sənə təhlükə yaratmadığını düşünürsən. Amma belə deyil; otaqdakı əşyaların, ya da səhər səmasının təsadüfi rəngi, yaxud özü ilə birlikdə şirin xatirələri də gətirən nə vaxtsa xoşladığın bir ətir qoxusu, unutduğun bir şeirin təsadüfən xatırladığın bir beyti, yaxud da çoxdan bəri çalmadığın bir musiqi parçası,- bax, bizim həyatımız bunlardan asılıdır.
Həyat başqalarının səhvlərini öz üzərinə götürmək üçün çox qısadır. Hər kəs öz həyatını yaşayır və öz əməllərinin cəzasını da özü çəkir. Amma təəssüf ki, bəzən insan bircə səhvə görə bütün ömrü boyu əzab çəkməli olur. Tale insanla haqq-hesab apardıqda onun adını borc dəftərindən heç vaxt silmir.