Nigar Sultanlı

Nigar Sultanlı
@nigarsultanli
Social work
Baku State University
Baku
Azərbaycan, 16 Ağustos 2004
16 okur puanı
Kasım 2022 tarihinde katıldı
Portret, vicdan, dostluq və dərinlik
8/10
·248 syf.··
2023 6. kitabı
·
27 günde okudu
·
Okunma: 22 Temmuz 2023 23:22
Ən çox sevilən kitablardan olan Dorian Qreyin portreti əsas obrazın düşüncələri, həyata baxışı, onun dərinə enərək axtardığı mənəviyyatı, daxili xüsusiyyətləri ilə əlaqədardır. İlk hissələrdə Lord Henri ilə aparılan dialoqlar, onun dedikləri ən çox altını xətlədiklərimdən idi. Kitabda mənəviyyatla, əsas və global mövzularla bağlı gözəl fikirlər var. Daş, din və geyimlərlə olan qisim ürəyimi çox sıxdı, amma süjetə söz ola bilməzdi. Hətta bir çox hissələri özüm təxmin edə bilirdim ki, bundan sonra hansı hadisələr baş verə bilər. Xüsusilə, Bezilin öldürülməsi, portretin cırılması, sonda özünü qətlə yetirməsi hekayəni daha axıcı edirdi. Portret əslində Dorian'ın vicdanını əks etdirdiyini onun hər dəfə müxtəlif versiyalarda görülməsi xırda və özəl detallardan idi.
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201999bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Şüuraltının gücü, psixologiya və insan sintezi
10/10
·428 syf.··
2023 5. kitabı
·
26 günde okudu
·
Okunma: 06 Mayıs 2023 16:28
Bir məcarənın da sonuna gəldim. Vulf dornun qələmi çox fərqlidir, bir peşənin insan həyatındakı yerini çox gözəl ifadə edir. Digər əsərlərindən fərqlənir, bəzi səhnələrdə tüklərim biz-biz oldu, mən çox gec bir vaxtda bitirdim və beynimə oturda-oturda oxudum, bununla belə hər oxuduğum kitabda olduğu kimi burda da bəzi hissələri tam anlamamışam. Yetəri qədər həzz aldım, fərqli nüanslarla rastlaşdım, psixologiyanın önəminin bir daha fərqinə vardım. Mövzu haqqında danışmağa ehtiyac olduğunu düşünmürəm, sadəcə, bu kitab sizə fərqli, həyatınızı dəyişəcək heç bir məlumat verməyəcək. Filmə baxmış kimi bir həzz dairəsi yaranacaq. Bundan sonrakı kitablarımda şəxsi inkişaf, fəlsəfi janrlarına daha çox üstünlük vermək istərdim. Bununla belə, kitab oxuma marafonuna iyul ayında davam edəcəm. İmtahan sessiya və hazırlıq öncəsi olduğu üçün. Dostlar, kitab çox fərqli aləmdir, içinə düşməyən anlamır, bilmir, dardır, bir də girəni düşünün, Bu necə bir sehrdir, həzzdir, nemətdir...
PsixiatrWulf Dorn · Yay Neşriyat · 201811,5bin okunma
Güclü hakimiyyət necə olmalıdır?
9/10
·160 syf.··
2023 4. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2023 20:56
İlk başladıqda və 20 səhifəsini oxuduqda düşündüm ki, sadədir və o qədər də əhəmiyyətli deyil. Lakin, içində vurğulandığı məqamlar, diqqət mərkəzinə çəkdiyi mövzular bu gün də aktualdır. Əhməd bəy, uğurlu hakimiyyət üsulundan bəhs edir, bunu hekayə halına gətirir və vətəndaş məsuliyyətlərindən bəhs edir. Altından xətt çəkilməsi cümlələrdən çox, altından xətt çəkilməsi başlıqlar və onu əhatə edən məzmun var idi. Fəlsəfik və düşündürücü məsələlər var idi.
Sərbəst İnsanlar ÖlkəsindəAhmet Ağaoğlu · Qanun Nəşriyyatı · 2023205 okunma
Yaşam, sevinc, müharibə, həyat, başlanğıc və son
10/10
·336 syf.··
2023 3. kitabı
·
12 günde okudu
·
Okunma: 31 Mart 2023 20:35
Bir kitab oxuyarkən onu öz təxəyyülünüzdə filmləşdirir və sanki, qıraqdan, olanlara baxan izləyicisiniz. "Koramal" ı oxuyarkən qurduğum təxəyyüldən heç ayrılmaq istəmədim. Müharibəylə bağlı çox şey oxumuşam. Bəlkə də, bu özümüzünki idi deyə, bu qədər təsir etmişdi və ya bu yerli yazıçı idi deyə bu qədər diqqətlə analiz etmişəm. Müharibə haqqında vahid bir qərara gəldim. Çalışırdım ki, hər mənalı dialoqda düşünüm. Ümumiyyətlə, şəxsi olaraq bədii kitabları üstün tuturam, çünki, məncə, insana ən böyük mesaj mətnaltı sətirlərlə verilir. Əslində, kitabda anlamadığım Şəfiqənin adının niyə deməsi ilə əlaqəli olan hissə idi. Digər hər şeyi aydın başa düşdüm. Bir hissədə dedim ki, bu hissəni daha sirli, izah etmədən verə bilərdi. Lakin, sonda vurğulanan bəzi nüanslar o qədər gözəl, hətta, asanlıqla unudulan şeylər idi ki, düşündüm ki, yazıçı bunları izah edibsə, bildiyi nəsə var, mən yanılıram. Kitab haqqında deyəcək sözüm yoxdur. Mövzu Qarabağ müharibəsi, müharibənin, vətənpərvərliyin fəlsəfi və subyektiv tərəfləri, şəhidlərin həyatı ilə əlaqələdir. İstifadə etdiyi bəzi sözlərin mənasını, ümumiyyətlə, Azərbaycan leksikalogiyasında tapa bilmədim, bu sözlər yazıçının nə qədər intellektual və araşdırmacı biri olduğunu göstərir. Çox ağır kitab deyil, yerli yazıçılar oxumaq istəsəniz, Rövşən Abdullaoğludan başlayın. Məncə, yaşayan və belə özəl qələmi olan şəxslər, yaşadıqları anda o dəyəri görməlidirlər.
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Zaman, ölüm, ölümdən sonrakı həyat
10/10
·402 syf.··
2023 2. kitabı
·
12 günde okudu
·
Okunma: 24 Şubat 2023 08:31
Möhtəşəm əsərdir! Nəfəsim kəsilərək, dırnaqlarımı yeyərək oxudum. İnsanı ağuşuna alan, vəsf edən romandır. Və müasir olduğu üçün adı çəkilən musiqi, kino və digər ünsürlərə daha yaxşı bələdik. Nikkanın 16 yaşında dünya, ölüm, ölümdən sonrakı həyat haqqında düşüncələri və rəfiqəsi ilə məcrasından bəhs edir. Hansı ki həm sevgi, həm də ki həyəcan hiss edirsiniz. Hətta sonluğunda Vulf Dornun qeyd etdiyi məqamları beyində lampa yaradır. Xoş mütaliələr!
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022743 okunma