Tahmini Okuma Süresi:
9 sa. 31 dk.
Sayfa Sayısı:
336
Yayınevi:
Qədim Qala Nəşriyyatı
ISBN:
9789952558036
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Koramal
10/10
·250 syf.··
Beğendi
·
2022 12. kitabı
·
9 günde okudu
·
Okunma: 22 Haziran 2022 11:01
Kitabı okuduğumda sinirlendim, küfr etdim, hayranlık duydum, qururlandım, paramparça oldum ve sonunda acı gözyaşları döktüm. Kitap çok büyük değil, ancak birçok çok ciltli eserden daha fazla anlamı var. Bu kitap, yüksek teknoloji, kariyer, batıcılık hayallerini idölleşdirmiş basit düşünce sahiplerine değil, yüksek ideallere dayalı değerlere sahip hürriyyet fedaileri için bir kitaptır. Bu yüzden zevkle okuyun.
İnsan ve Toplum
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Hey Dünya!
10/10
·335 syf.··
Beğendi
·
2022 24. kitabı
·
4 günde okudu
·
Okunma: 18 Haziran 2022 17:22
Yaralarına sətirləri ilə məlhəm olan bir ruh var.. Rövşen Abdullaoğlu • ️ Həqiqətən mi günahsız insanların öldürülməsi “hökmranlıq” sayılır..? Bu qədərmi itirdiq yolu? Heçmi tapılmaz, “haqq işığı” düşməz oldu yolumuza..? #oxudumbitdi #KorAmal Bitdiyi an, “yenidən mi başlasam” deyə düşündürən ruhdaşlarımdan.. Əsər Əfqanıstan və Qarabağ müharibəsi, müharibənin yaratdığı psixoloji durum, sarsılmış “ruhlar”, məhv olmuş evlərin içindəki uşaqlıq, kiminin anlamlandırılmayan sevgisi, zədələnmiş dostluqlar, yalan yanlış yaşanan, lakin doğru sanılan həyatlardan və yaşanılması mümkünkən, yarım qalan hekayelerden bəhs edir. Və hətta yazarımız, dünyanın ən böyük problemlərindən birini də göz önünə sərib. Onu anlamaq isə bizlərə- yəni oxuculara buraxılıb. :) Həmçinin roman bizi, süjet xetti boyunca* sadiqliq, merhemet, vetenperverlik, xeyanet, riyakarlıq, heqiqi sevgi kimi bir çox duyğuyla üzləşdirir. Romanın psixoloji təsiri də olduqca böyükdür. Belə ki, personajların nitqindəki cümlələr o qədər doğru, yerli-yerlində seçilib ki, artıq həmin ifadələri oxuduqca eyni emosiyanı hissedir, yaşar kimi olursan. Və bu da təbii ki, yazarın ustalığından irəli gəlir. Və son olaraq; əsər iki hissədən ibarətdir; “ Duşman və Qapı “ • Adın hekayəsi: “ Amma əsərin sonlarına doğru düşündüm ki, “KorAmal” olsun. Əslində Koramal iki mənalıdır; yəni, koramal bir canlının adıdır, həm də koramal, hansısa bir mənəvi və yaxud öz həyat yolunu azmış, hədəfini yanlış tutmuş bir şəxsə işarədir. “ ~ Rövşən Abdullaoğlu, Gəncə təqdimatından :) Qeyd: Yaralarımıza biganə qalmayaq! Koramal Rövşen Abdullaoğlu
Edebiyat
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
10/10
·336 syf.··
2023 31. kitabı
KorAmal Salam dostlar!Hər vaxtınız kitab! "Həqiqətən mi günahsız insanların öldürülməsi "hökmranlıq" sayılır..? Bu qədərmi itirdiq yolu? Heçmi tapılmaz, "haqq işığı" düşməz oldu yolumuza..?" Rövşen Abdullaoğlu qələmindən oxuduğum 3 cü kitabdır. Əsər Əfqanıstan və 1 ci Qarabağ müharibəsindən, müharibə dövründə xalqımızın göstərdiyi şücaətdən, Kor amaldan.. bəhs edir. Və bunuda qeyd edim ki əsərdə ki obrazlar Qarabağ müharibələrində şəhid olmuş əsgərlərimizin adını daşıyır. Müəllifin bu adları əbədiləşdirməsi ən,sevdiyim nüanslardan biri oldu. Kitab o qədər axıcı, o qədər təsir edici yazılıb ki, oxuduğunuzda özünüzü həmin atmosferdə hissedirsiniz. Oxuyarkən ağır sarsıntılar keçirtdim desəm yalan olmaz.Bütün o acıyı iliklərimə qədər hissetdim.Bəlkədə mən çox həssas olduğum üçün belə oldu bilmirəm.)) Ən təsir edən hissə hansı oldu desəniz ,gərək bütün kitabı danışam... Abdullah,İsrafil,Qasım,Xudayar ,Əliyar,Leyla,Zərifə... hamısı ayrı ayrılıqda iz qoydu qəlbimə... Mehdinin kim olduğunu ilk səhifələrdən təxmin etmişdim)) elədə oldu)) Şərifə hissəsini anlaya bilmədim. Adını deməyinin səbəbi mənə qaranlıq qaldı İlk hissələrdə yazara əsəbləşirdim ki, " Niyə müsbət obrazların şəhid olduğu hissələr dolğun yazılsada,düşmən əsgərinin ölümü "bıçağı başının ortasına keçirdi" "qəfildən atəş açıldı.Narek üzüüstə yıxıldı" kimi sadə cümlələrlə yazılıb. Hər şəhidi oxuyanda iliklərimizə qədər acını hissetdik,sanki canımızdan can getdi. Niyə düşmənin əzab çəkməsini bizə göstərib heç olmasa yanan ürəyimizə su səpmədi?. Sonrada düşündüm ki öz özümə görəsən mən çoxmu qəddaram? Niyə düşmən olsada birinin acı içində ölümünü oxumaq istəyirəm Ancaq sonlarda Adranik və Tiqran ölümü çox cuzidə olsa rahatlatdı Amma Tigranın son sözlərində də gözlərim dolduYəni qısaca kitab pisixologiyamı alt üst etdi
Azerbaycan
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Yaşam, sevinc, müharibə, həyat, başlanğıc və son
10/10
·336 syf.··
2023 3. kitabı
·
12 günde okudu
·
Okunma: 31 Mart 2023 20:35
Bir kitab oxuyarkən onu öz təxəyyülünüzdə filmləşdirir və sanki, qıraqdan, olanlara baxan izləyicisiniz. "Koramal" ı oxuyarkən qurduğum təxəyyüldən heç ayrılmaq istəmədim. Müharibəylə bağlı çox şey oxumuşam. Bəlkə də, bu özümüzünki idi deyə, bu qədər təsir etmişdi və ya bu yerli yazıçı idi deyə bu qədər diqqətlə analiz etmişəm. Müharibə haqqında vahid bir qərara gəldim. Çalışırdım ki, hər mənalı dialoqda düşünüm. Ümumiyyətlə, şəxsi olaraq bədii kitabları üstün tuturam, çünki, məncə, insana ən böyük mesaj mətnaltı sətirlərlə verilir. Əslində, kitabda anlamadığım Şəfiqənin adının niyə deməsi ilə əlaqəli olan hissə idi. Digər hər şeyi aydın başa düşdüm. Bir hissədə dedim ki, bu hissəni daha sirli, izah etmədən verə bilərdi. Lakin, sonda vurğulanan bəzi nüanslar o qədər gözəl, hətta, asanlıqla unudulan şeylər idi ki, düşündüm ki, yazıçı bunları izah edibsə, bildiyi nəsə var, mən yanılıram. Kitab haqqında deyəcək sözüm yoxdur. Mövzu Qarabağ müharibəsi, müharibənin, vətənpərvərliyin fəlsəfi və subyektiv tərəfləri, şəhidlərin həyatı ilə əlaqələdir. İstifadə etdiyi bəzi sözlərin mənasını, ümumiyyətlə, Azərbaycan leksikalogiyasında tapa bilmədim, bu sözlər yazıçının nə qədər intellektual və araşdırmacı biri olduğunu göstərir. Çox ağır kitab deyil, yerli yazıçılar oxumaq istəsəniz, Rövşən Abdullaoğludan başlayın. Məncə, yaşayan və belə özəl qələmi olan şəxslər, yaşadıqları anda o dəyəri görməlidirlər.
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Koramal
9/10
·336 syf.··
Beğendi
·
2023 76. kitabı
Marafonun 3-cü kitabını da bitirdim. Ən çox vaxt ayırdığım bu kitab oldu hələki. Xəstəliyimlə əlaqədar bir neçə gün oxuya bilmədim. İkinci oxuya başlayanda yəqin bu kitabdan başlayaram, çünki ara verib oxuyanda boşluğa düşürəm, hadisələrin sırası yadımdan çıxa bilir. Kitabda hər kəsin həyatı təsir edir lakin mənə ən çox təsir edən İsrafil və Qasımın taleyi oldu. Mehdinin də kim olduğunu onsuz da təxmin edirdim. Ancaq yenə də kitabın bir neçə yerində hadisələrin gözləmədiyim , ağlıma gəlməyəcək nəticələri və səbəbləri vardı.
Rövşən Abdullaoğlu
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Rövşən Abdullaoğlu: "KorAmal"
10/10
·250 syf.··
Beğendi
·
2023 7. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Şubat 2023 00:00
KorAmal - Kor amal. "За родину" şüarının bəzəkli təntənəsi altında nə uğrunda döyüşdüklərini, can verdiklərini bilməyən sadə insanlar. Qırmızı imperiyanın yamaqlı manipulyasiyasına boyun əymiş yuyulmuş beyinlər, xəyanətlər, siyasi oyunlar vəəə bütün bunların qarşısında əyilmədən duruş gətirən Gizli Qəhrəmanlar - Mehdilər, Əliyarlar, Xudayarlar, Albertlər... "Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da" söyləyən yazıçı romanda 1-ci və 2-ci Qarabağ müharibəsini bir-biri ilə əfsanəvi şəkildə sintez edərək seçdiyi qəhrəmanları hələ azad olunmamış Şuşa üçün, Dəmir Yumruq əməliyyatı üçün hazırlayır. Qanlı oraq və çəkicin bir gün mütləq sapından qırılacağını hiss etdiyi, hətta buna əmin olduğunu bilsə də, kapitan yenə də əsir düşdüyü əfqanlara qarşı çıxır, Qırmızı imperiyanın bütün dünyaya sülh və əmin-amanlıq gətirəcəyinə inanır. Qarabağ savaşından bəhs edən, həyatımda oxuduğum ən mükəmməl roman olduğunu dünyaya bağırmaq istəyirəm. Oxuduqca hisslərimə hakim ola bilmədiyim, yeri gələndə səsli gülüb, səsli duyğulandığım, ikinci dəfə oxumağıma rəğmən eyni səhnələrdən təsirləndiyim möhtəşəm romandır. Mütləqqq oxuyunnn.
Kurtuluş Savaşı
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Puan vermedi·250 syf.··
2022 26. kitabı
·
13 günde okudu
·
Okunma: 03 Temmuz 2022 00:06
Vətənpərvərlik nədir? "- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmannasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Toqpağı sevmək, anaya, övlada olan hiss kimidir." Niyə sevməlisən?" demirsən, sadəcə sevirsən."⠀ Müasir dövr ədəbiyyatımızda Qarabağ savaşından, əsgərlərimizin qəhrəmanlıqlarından bəhs edən hansı kitabları bilirsiniz? Bu mövzuda kitablar oxumusunuzsa siz də qeyd edin, mən isə sizinlə Rövşən Abdullaoğlunun yeni kitabı "Koramal" haqqında fikirlərimi bölüşmək istərdim. Öncə onu qeyd edim ki, kitab Birinci Qarabağ və Sovetlərin dövründə Əfqanıstan müharibəsi zamanı baş verənləri əks etdirir. Hansı ki, Sovet ordusu tərkibində Azərbaycanlı əsgərlər də döyüşürdü. Millət fərqi etmədən, ermənilər və Azərbaycanlılar birlikdə. ⠀ Əfqanıstanda ermənilərlə birgə döyüşmüş, hətta həyatlarını belə xilas etdikləri əsgərlərlə bu dəfə iki ayrı cəbhədə savaşırlar. ⠀ Müharibə, itirilən torpaqlar, dağılmış ailələr. Bir qəhrəmanlıq hekayəsi. ⠀ Kitabdakı obrazlar 1 və 2ci Qarabağ müharibəsi şəhidləri, qəhrəmanları adlarını daşıyır. Bununla da müəllif yəqin ki, həmin adları bir daha əbədiləşdirmək istəyib. Məncə uğurlu da alınıb.⠀ Oxuduqca özünüzü bir anlıq müharibənin ortasında, Abdulla, Həmid, Əliyar və digər əsgərlərin yanında hiss edəcək, əsir düşərgəsində bütün işgəncələrə qarşı dözüb, nə olursa olsun düşmənə sirr açmadan susan xalqımızın qəhrəmanlığını görəcəksiniz. ⠀ Əsirləri həyatda saxlayan nə idi? Hansı ki, ağıllarını itirməyib, bütün işgəncələrə qarşı durub, susma gücü verirdi? ⠀ Bir çox kitablarda və filmlərdə bu "ümid" hissi ilə cavabını tapır. Düşünürəm ki, bu sualı bu dəfə "Koramal"da keçən bir ifadə ilə tamamlamaq olar: "Nə olursa olsun, ruhunu diri saxla, xəyallarını, ümidlərini diri saxla." Uzun
Roman
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Bizdən başqa heç kəs.
Puan vermedi·336 syf.··
2024 5. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Şubat 2024 14:26
Tariximizin qanlı səhifəsində 'bizdən başqa heç kəs' yanımızda olmadı. Həyatı sorğuladacaq bir kitabdır. Oxuduqdan sonra boş divara baxıb, göz yaşlarıma hakim ola bilmədim.. Mövzu I Qarabağ müharibəsi.
Savaş
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
10/10
·336 syf.··
Beğendi
·
2025 2. kitabı
·
12 günde okudu
·
Okunma: 08 Şubat 2025 18:14
Rövşən Abdullaoğlu kitabları həmişə həm insanın düşüncəsinə, həm də ruhuna xitab edir. Müəllifin bir neçə əsərini mütaliə etmişəm, onlardan Relslər Üzərinə Uzanmış Adam, burada boşnakların başına gətirilənlər, Adriana və Əminin hekayəsi mənə daha çox təsir etmişdi. Bu kitab da müharibə mövzusundadır: I Qarabağ müharibəsi barədə. 2020-ci ildə baş verən hadisələrdən sonra Qarabağ məsələsi məni daha çox təsirləndirir, ona görə də kitabı oxuduqca bəzən gözyaşlarımı saxlaya bilmirdim. Çox məsələni araşdırdım, çox məsələ barədə suallar yarandı beyinimdə. Onu da qeyd edim ki, hadisələrin bir qismi 80-cı illərin Əfqanıstanında təsvir edilir, müəllifin uğurlu təhkiyəsi ilə Qarabağ müharibəsinə bağlanır. Müəllif Qarabağ müharibəsində iştirak etmiş real və xəyali qəhrəmanların hekayəsi ilə qəlblərimizdə onlara qarşı təşəkkür hissini daha da alovlandırır. Nə yaxşı ki, müasir ədəbiyyatımıza belə bir dəyərli əsər qazandırıb Rövşən bəy.
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
9/10
·336 syf.··
Beğendi
·
2023 10. kitabı
Kitab müharibə mövzusunda yazılıb. Həmişə öz -özümə niyə yazıçı Qarabağ müharibəsinə müraciət etmir? sualını verirdim. Nəhayət çox qürur hissi ilə deyə bilərəm ki, Rövşən Abdullaoğlu bu işin öhdəsindən çox gözəl gələ bildi. Çox möhtəşəm bir kitab oxudum. Romanın ən bəyəndiyim tərəfi birinci Qarabağ savaşının və 2-ci Vətən müharibəsi qəhrəmanlarının adlarının bir kitabda çəkilməsidir. Həqiqətən də biz millət olaraq bir ölüb min dirilirik.!! General Həşimov, şəhid Xudayar Yusifzadə, Əliyar Əliyev kimi qəhrəman igidlərin adının bir romanda olması, bir biriləri ilə əlaqələndirilməsi çox gözəldir. ***Müharibə Tanrının ən böyük lənətidir. Günahkar insanların yaxasından tutan ilahi qisas.Tanrı bizdən qisas alır, bir- birimizin əli ilə. Öz əlini qana bulamaq istəmir. ***Xəyanət yalnız cəbhədə olmur, komandir. Cəhalət , rüşvətxorluq, qohumbazlıq, zalıma quyruq bulamaq, bir - birinin ayağından çəkmək… hamısı xəyanətdir. ***Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. ***Kərtənkələ quyruğu kimidir axtardığın xain qoparsan yenisi çıxacaq, boş yerə özünüzü yormayın. ***Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı , torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən, məsuliyyətdən, ləyaüətdən yaranır. Bu hissləri olmayan adamla vətəndən danışmaq mənasızdır. Torpağı sevmək anaya, övlada olan hiss kimidir. "Niyə sevməliyəm?" demirsən, sadəcə sevirsən. P.S Sonda onu demək istəyirəm ki, Vətəni sevmək ya olur ya olmur. Çoxu azı yoxdur bu sevginin.General yetişdirən bu xalqı heç vaxt heç kəs məğlub edə bilməz. Nə qədər ki, Şükür Həmidov kimi oğullarımız olub, nə qədər ki, Həşimov Polad kimi səngər Generalımız olub bu xalqı heç bir qüvvə məhv edə bilməyəcək. Hər bir xalqın içində xain var. Birinin quyruğunu kəssən yenə digəri peyda olub dirilib
Tarih
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma

Yazar Hakkında

Rövşen AbdullaoğluYazar · 15 kitap
Rövşen Abdullaoğlu, Azerbaycanlı yazar, filozof-oryantalist, psikologdur. Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür. Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur. Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini bilmektedir.