Kitap
Ləpirçi: Mən Yeməli Deyiləm

Ləpirçi: Mən Yeməli Deyiləm

OKUYACAKLARIMA EKLE
9.1
18 Kişi
37
Okunma
16
Beğeni
113
Gösterim
264 sayfa · 
 Tahmini okuma süresi: 7 sa. 29 dk.
Adı
Ləpirçi: Mən Yeməli Deyiləm
Basım
Azerice · Azerbaijan · Qədim Qala Nəşriyyatı · 2020 · Karton kapak · 9789952837421
“Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, bö­yük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mü­barizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tay­falarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psi­xologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalq­ları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ov­layıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağ­də­rili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dün­yanın ən qısaboy xal­qı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “tə­kamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı?
9.1
10 üzerinden
18 Puan · 4 İnceleme
Camal Cəfərov
Ləpirçi: Mən Yeməli Deyiləm'i inceledi.
264 syf.
·
7 günde
·
7/10 puan
Normalda bu kitab Rövşən Abdullaoğludan oxuyacağım son kitab olacaqdı. Çünki romanlarını bitirmişdim, motivasiya, fərdi-inkişaf janrnda olan kitablarını da oxumağı planlaşdırmırdım. Geriyə də iki ayrı silsilədən iki ayrı kitab qalırdı bununla da onları bitirəcəkdim. Amma kitabın əvvəlində yazıçının fəaliyyəti ilə bağlı məlumatlandırıcı mətn yerləşdirilib. Demək açdığı iki silsilənin də hələ davamı var. Biri əsarət, həqiqət, mif silsiləsi idi. Buradan hələ iki kitab gözlənilir. Digəri də ləpirçi silsiləsi hansı ki, qitələri gəzib hərəsinə bir kitab həsr edir ki, bu "mən yeməli deyiləm" bu silsilənin afrika şöbəsinə aid idi. Antarktika haqqında olacaq növbəti kitabı da nəşrə hazırdır. Bu kitabın son təəssüratlarına əsasən ikinci silsiləni bitirib bitirməyəcəyimə əmin deyiləm amma "Tanrı - mif yoxsa həqiqət"i bitirməyi planlaşdırıram. İndi gələk bu kitabın incelemesine. İlk öncə deyim ki başladığım ilk vaxtlar ərzində kitaba nə isinə bilirdim nə də anlaya bilirdim hadisələri filan. Yad bir janrın içində tapmışdım özümü. Əlbət oxuduqca müəmmalara aydınlıq gəldi. Hadisələr ləpirçi (tayfalarda ov edən şəxs) Maqu və mənsub olduqları Nuba tayfası tərəfindən dışlanmış, lənətlənmiş və onun himayə etdiyi uşaq - Lanonun ətrafında başlayır. Dediyim kimi ilk temanı tuta bilmirdim, sonra kitabın Lanonun dilindən danışıldığını anlayanda bir xeyli aydınlandım. Əsas hadisələr də Lanonun ən yaxın dostu - kaftarı Xolo ilə bu tayfadan ayrılıb ov üçün çıxdığı macəra ilə başlayır. Yazıçı da bütün çatdırmaq istədiklərini burda çatdırır. Tayfalar arası skandallar, tayfaların tanrıları, başı boş kahinlərin ağalığı, zəif təbəqədən olan tayfaların azadlıq çırpınışları, başıdiklikləri, əcaib afrika canlıları və bunlarla paralel də Lano və Xolonun ölüm qalım macərası. Toxunduğu mövzular nə qədər incə olsa da, çox dərin mövzular deyildilər, dayaz anlayışlar, monoton cavablar gözə dəyirdi. Bununla kitabın ortalarında hiss etmişdim ki, artıq sonlarına bir az sarsıdıcı səhnələr əlavə edib kitabı bitirər. Çox sarsıdıcı olmasa da bunu etdi. Təsiredici sonluq idi, insanlıq adına. "Yazıçı bu kitabda stilindən çıxdı." cümləsini rahatlıqla işlədə bilərəm. Peki uğurlumuydu? Təbii ki, uğurluydu. Afrikadan yazırsa gedir Afrikanın həyatını yaşayır. Yazdıqlarına bu cür hörmət edən şəxslər görmək möhtəşəm hisdir. Mütləq oxuyun demirəm, daha mühüm öncəliklər sala bilərsiz lakin oxumayın da demirəm, boş vaxt üçün daha uyğun seçim.
Ləpirçi: Mən Yeməli Deyiləm
OKUYACAKLARIMA EKLE
16
Fəxrəddin Ziyadov
Ləpirçi: Mən Yeməli Deyiləm'i inceledi.
264 syf.
·
6 günde
·
Beğendi
·
9/10 puan
Rövşən Abdullaoğlunun qələmindən sayca oxuduğum 7 ci roman oldu.Afrikaya səfəri zamanı müxtəlif qəbilələrlə tanış olub,onlar haqqında topladığı materiallardan ərsəyə gətirdiyi bu roman oxuduğum ən gözəl romanlardan biri oldu.Rövşən Abdullaoğlunun yazdığı bütün romanlar sətir altı mesajlarla doludur.Bu romanda da Allahın vahidliyinə və bu Allah sevgisinin hər bir fərdin qəlbində olduğuna,insanlar arasında irq və milliyətçilik ayrı seçkiliyinə qarşı göndərmələr verir.
Ləpirçi: Mən Yeməli Deyiləm
OKUYACAKLARIMA EKLE
8
Arzu Hüseynova
Ləpirçi: Mən Yeməli Deyiləm'i inceledi.
264 syf.
·
6 günde
·
Beğendi
·
10/10 puan
Kitabın müəyyən bir hissəsindən sonra insan olduğunu necə sübut etmək olar, deyə bir sual sona qədər insanı düşündürür. Boyunun ölçüsü, dili, inancları və s. bu xüsusiyyətlər insan olmağına sübut ola bilərmi? Bunlarla yanaşı Lanonun hadzaların başçısı ilə olan dialoqu mzunquların gəlişi ilə tayfanın qarşılaşdığı çətinliklər insanın təbiətə dağıdıcı təsirini də gözəl vurğulayır. Məncə, romanın en sevimli hissələri Xolo və Lanonun söhbətlərdir.
Ləpirçi: Mən Yeməli Deyiləm
OKUYACAKLARIMA EKLE
10