Tahmini Okuma Süresi:
6 sa. 34 dk.
Sayfa Sayısı:
232
Basım Tarihi:
2022
İlk Yayın Tarihi:
2020
Yayınevi:
Qədim Qala Nəşriyyatı
ISBN:
9789952824629
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

10/10
·232 syf.··
Beğendi
·
2022 4. kitabı
·
3 günde okudu
·
Okunma: 02 Mart 2022 12:10
Kitabı çox bəyəndim.Qorxular nədir necə yaranır, qorxu ilə fobiyanın fərqi nədir bu suallara cavab tapacaginiz bir kitabdır.Butun fobiyalar və onların növləri haqqında geniş məlumat verilir. Oxumağınızı tövsiyyə edirəm.
Psikoloji
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Qorxular
10/10
·208 syf.·
2020 1. kitabı
Qorxular insan təbiətinə xas olan psixoloji duyğuların ən əzablısıdır. Qorxuruqsa, deməli, yaşayırıq. Bu ki, çox gözəldir! Qorxusuz qəhrəman yoxdur, lakin qəhrəmanlar qorxularından danışmağı sevməzlər. Qorxular Rövşen Abdullaoğlu
1000Kitap
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Oxumağa dəyməz
3/10
·232 syf.··
2023 4. kitabı
·
16 günde okudu
·
Okunma: 26 Mart 2023 22:18
Kitabda müxtəlif fobiyaların mənası, qorxuların yaranma mexanizmi və bəzi qorxulardan xilas olma yolunu göstərir, lakin yazıçının dininin həddən çox gözə batması və sürəkli öz ideologiyasını qəbul etdirməyə çalışması bir nöqtədən sonra yormağa başladı, amma davam etdim. Elmi hissəsi öyrədicidir, amma elm kitabına dini düşüncələr əlavə etməklə keyfiyyət aşağı salınıb:/ bundan da əlavə mənasız cümlələri var, oxumayın qısası dmsm
Kişisel Gelişim
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Puan vermedi·232 syf.··
2022 4. kitabı
Kitabı oxuduqdan sonra, bəzi davranışlarımızın şürlu şəkildə deyil də, şüursuzcasına olduğunun fərqinə vardım. Qorxularımızı bilmədikcə, fərqinə varmadıqca Biz təəssüf ki sonradan xatırlayıb peşman olacağımız çox şeyi edəcəyik. Odur ki, oxuyaq və fərqinə varaq
İnsan ve Duygular
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Vaxt itkisi.
4/10
·232 syf.··
2024 37. kitabı
Oxumağa dəyməzdi.Sırf psixologiyada olan qorxunun mənasını və növlərini öyrənmək üçün aldığım kitab mənə yazarın dinini öyrənməyimə kömək etdi sadəcə.Hər yeni başlıqda həvəsə gəlirdimki bax indi nəsə öyrənəcəm,maraqlı davam edir ki,bir səhifə sonra həzrət əli kəlamları girir araya.Əgər dini öyrənmək istəsəydim Quran alardım əziz yazar.
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
7/10
·232 syf.··
2023 33. kitabı
·
10 günde okudu
·
Okunma: 13 Eylül 2023 11:09
Qorxu. Araxnofobiyası (hörümçək qorxusu) olan mən, elə bu səbəbdən də kitabı oxumaq istəyi duydum. Bildiyim qədərilə qorxu insanı həyatda tutan duyğu idi. Kitabı oxuduqca daha çox insanlara əzab verən duyğu olduğunu anladım. Həyatda göz ilə görə bildiyimiz, əl ilə toxunub tuta bildiyimiz nə varsa, hamısından qorxa bilirmiş insan. Qəribə və gülməli fobiyalar var idi. Sevinməkdən qorxan, qayınanadan qorxan, varlı olmaqdan qorxan, küləkdən, təbiət hadisələrindən, həşəratlardan qorxanlar, cinsəl qorxular, göz ilə təmasdan qorxanlar, öz əlindən qorxanlar, saçdan, bədən üzvlərindən qorxan insanlar, və s. və i.a. Qısacası hər şeydən qorxurmuş insan. Qorxularınızı kəşf etmək və ya qorxuları öyrənmək üçün həqiqətən oxumağa dəyər bir əsərdir. Hələlik, gözəlim...
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
“Qorxular” – Rövşən Abdullaoğlu
8/10
·232 syf.··
2024 2. kitabı
Bu kitab insanın içində gizlədiyi qorxularla üzləşməsini və onları anlamasını önə çıxarır. Sadə, lakin dərin fikirlərlə doludur. Oxuduqca insan özünü tanıyır, zəifliklərini qəbul etməyi və onlardan güc almağı öyrənir. Həm psixoloji, həm də mənəvi baxımdan düşündürücü bir əsərdir. Qısa desək, səni özünlə tanış edən bir kitabdır. Qorxular Rövşen Abdullaoğlu
Psikoloji
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Puan vermedi·232 syf.··
2023 1. kitabı
·
366 günde okudu
·
Okunma: 16 Ocak 2023 00:00
Düşünürəm ki, fərqindəliyimizin yaranması və inkişafında bizə kömək olan bir kitabdır.Belə ki, kitab sayəsində həm özümüzün sahib olduğu,həm də ümumi olaraq dünyada mövcud olan qorxular,fobyalar, onların yaranma səbəbləri və onlarla mübarizə yolları ilə tanış oluruq.
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
“Mən bu qorxudan azad ola bilərəmmi?
7/10
·232 syf.··
2025 17. kitabı
Rövşən Abdullaoğlu bu əsərdə oxucuya dərin bir mesaj verir: “İnsan həyatda ən çox qorxduğunun əsirinə çevrilir. Yəni, insan qorxularını gizlətmək əvəzinə onları tanımalı, dərk etməli və onlardan azad olmalıdır. Qorxular bizi məhdudlaşdırır, lakin onlara baxa bilmək özünü dərk etməyin başlanğıcıdır. Əsərdəki qəhrəmanların daxili monoloqları insanın ruh dünyasını açır. Müəllif oxucunu öz qorxularını düşünməyə vadar edir: “Mən nədən qorxuram?”, “Bu qorxu mənə kimdən keçib?”, “Mən bu qorxudan azad ola bilərəmmi?”Bu baxımdan roman bir növ özünü tanıma bələdçisi kimidir. Qorxu, insanın inkişafının qarşısında duran görünməz səddir. Əgər insan içindəki qorxuları aşmağı bacararsa, o, həm mənəvi, həm də həyat baxımından azad olar. Əsər oxucuya ümid, inam və cəsarət aşılayır“Qorxular” sadəcə bir roman deyil — bu, insan ruhunun dərinliklərinə səyahətdir.Rövşən Abdullaoğlu oxucuya göstərir ki, həyatda ən böyük qalibiyyət başqalarına deyil, öz qorxularına qalib gəlməkdir.
İnsanlar ve Duygular
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
2/10
·223 syf.··
2025 5. kitabı
·
13 günde okudu
·
Okunma: 19 Şubat 2025 10:13
Kitab müəyyən məqamlarda maraqlı olsa da, ümumi süjet və dil baxımından gözlədiyim səviyyədə deyildi. Mövzu fərqli və düşündürücü olsa da, hadisələrin inkişafı bəzən təkrara düşür və axıcılıq zəifləyir. Personajların psixoloji dərinliyi yetərincə işlənməyib, bəzi hissələr isə süni təsir bağışlayır. Müəllifin ötürmək istədiyi mesaj maraqlı olsa da, düşünürəm ki onu daha təsirli və güclü şəkildə çatdırmaq olardı.
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022173 okunma
Reklam

Yazar Hakkında

Rövşen AbdullaoğluYazar · 15 kitap
Rövşen Abdullaoğlu, Azerbaycanlı yazar, filozof-oryantalist, psikologdur. Azerbaycan Devlet İktisat Üniversitesi'nden mezun. Çeşitli üniversitelerde teoloji ve felsefe üzere yüksek eğitimini sürdürmüştür. Moskova Pozitif Teknoloji ve Danışmanlık Enstitüsü Psikolojik danışmanlık Fakültesi Gestalt-terapi üzere danışman psikolog olarak mezun olmuştur. Azerbaycan, Türk, Arap, Fars ve Rus dillerini bilmektedir.