Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Rusiya İmperiyası – 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimidir (25 aprel 1933). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəfər Cabbarlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Erkən illəri Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin üç yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir müddət sonra isə molla Qədirin yanına quran oxumağa qoyur. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlman və rus" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlman və rus" məktəbini bitirərək bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına "3-cü ali ibtidai" məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir. 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır.1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir. 1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. 1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi. Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.
Yazar:
Cafer Cabbarlı
Cafer Cabbarlı
Tahmini Okuma Süresi: 2 sa. 43 dk.Sayfa Sayısı: 96Basım Tarihi: 2020İlk Yayın Tarihi: 1928Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2001283514633Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
96 syf.
3/10 puan verdi
·
4 günde okudu
Uzun müddətdir ki incələmə yazmıram. Düzü yazmaq fikrim də yox idi. Ta ki bu kitabı oxuyub gecə yata bilməyənədək.. Qadın, azadlığı, görünüşü, deyimi, demək olar ki bunlar haqqında hər şey deyilib. Artıq bu mövzular haqqında nəsə eşitdikdə sadəcə içimdə əsəbiləşib şiddətlə bezirəm. Əlimdə olsa insanların yadından bu mövzuları çıxardaram.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
Reklam
96 syf.
8/10 puan verdi
·
25 saatte okudu
"Azərbaycan qadının azadlıq yolu"
Böyük Dramaturq Cəfər Cabbarlının "Sevil pyesində qoyduğu mövzu patriarxal sistemin tənqidi və qadın azadlığıdır. Sevil əri Balaşı özünə ərdən savayı ağa kimi görür, qadın kişinin kölgəsidir kimi fikirlərlə yaşayırdı. Təhsili və savadı olmadığından Gülüşün ona dediyi sözləri, verdiyi məsləhətləri anlamağa qabil deyildi. Öz zümrəsindən
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
·
Puan vermedi
·
12 saatte okudu
1928 dən bu günə...
Əsər sivilizasiyanın geriqalmışlığının, qadın- kişi bərabərsizliyinin tüğyan etdiyinin, təhsil və maariflənmənin önəmi üzərində düşünməyə sövq edir. Müəyyən məqama yüksəldikdən sonra ailəsini üz qarası olaraq görən kişi, cahilliyinə görə haqlarını bilməyən və özünü yalnızca ailəsi yolunda həsr edən qadın, inkişafa ayaq uydurmağa çalışarkən öz kökənindən ayrılmış insanlar, namus və əxlaqı yalnızca qadından gözləyən, onu sıxma- boğmaya salan toplum... Və ən əsası 1928 dən bu günə kimi belə əsas məsələlərin hələ də davam etməsi və həllini tapmaması... nəysə... Xoş mütaliələr
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
1928-ci ildə özü də bir bəy tərəfindən yazılmış, həqiqətələru çılpaq bir şəkildə üzümüzə vuran pyes. Qadın azadlığı...Nə deməkdir axı bu qadın azadlığı?Kim izah etsin bizə.Namus deyəndə ağlına ancaq kəlməsini gətirən kişilərmi,yoxsa feminizm adından sui istifadə edən qadınlarmı?Niyə nə qədər inkişaf etsək də bu çox vacib bir məsələdə həddindən artıq cahillik.Bəlkə,cəmiyyətimizdə azadruhlu, özünə hörmət edən, sağlam düşüncəli, uğurlu və s.qadınların olması sərf etmir deyə bilə-bilə cahil qalmaq istəyirik... Çox şey demək istəyirəm, amma başlanğıcı olmayan fikirlərimin sonu da olmayacağına görə sözümü pyesdəki son dioloqla ilə bitirsəm yaxşıdır. -Sevil,sən hara gedirsən? +Sosializmə, fabrikə!Mən oradan gəlmişəm,oraya da gedirəm.Qadınların azadlıq yolu ancaq ordadır! Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
Reklam
96 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qadınların azadlıq yolu ancaq oradadır! Azərbaycanda qadın olmaq keçmiş əsrlərdən bəzi çox çətindir. Neçə neçə günahsız qadınlarımız namus adı altında həyatlarını itiriblər. Bu vəziyyət indidə davam edir. Fərq isə odur ki, keçmiş dövrlərdə buna qarşı çıxan Gülüşlər, Sevillər az idi. Sevildə əvvəl bu görüşlərə qarşı idi. Ancaq ərinin xəyanəti, ona qarşı olunan münasibət bunu dəyişdi. Öz ayaqları üstdə dayanmağı bacardı. Bütün qadınlarımızı belə güclü görmək çox xoş olardı...
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
8/10 puan verdi
·
18 saatte okudu
Belə baxıram, 1928-ci ildən bu yana gör nə qədər vaxt keçib, nə az, nə çox, düz 95 il. Hələ o dövrdə, qadınların çadraya bürünüb öz dünyalarının sərhədlərini məhdudlaşdırmağa məcbur qaldığı bir zamanda Cəfər Cabbarlı bu pyesi yazmağa, insanlar bu əsəri tamaşaya qoymağa cəsarət edib. Həqiqətən də təqdirəlayiqdir. Könül istəyərdi bu kitabı oxuyub, necə ayrı-seçkiliklərə məruz qalmışıq, necə bunların öhdəsindən gəlmişik deyə düşünək, ancaq bütün bunlar hələ də davam edir. Əlbəttə vəziyyət əvvəlkinə baxan yaxşıdır, yenə də insan hələ 1918də qadınlara seçib seçilmə hüququ verən bir cümhuriyyətin davamçılarından daha çoxunu gözləməyə can atır. Hər nə isə, bütün bu mövzular onsuz da hamımıza aydın olub üstünə düşülməyən mövzulardır. Oxuyun. Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Azərbaycan mədəniyyət tarixində əvəzolunmaz rolu olan Cəfər Cabbarlının ən məşhur əsərlərindən biri olan Sevil pyesini Sovet təbliğatını əks etdirdiyi üçün bəyənməyənlər və qadın azadlığını o dövrdə cəsur şəkildə işlədiyinə görə bəyənənlər var. Ümumiyyətlə, Sovet dövründə yazıçılarımızda sosializm, sovet ideologiyalarını oxumaq xəyal qırıqlığına uğratsa da, nəzərə almaq lazımdır ki, təhdid altında yaşadıqları üçün başqa yolları yox idi. Əlbəttə yaltaqlığın həddini aşan "ədib"lərimiz də olsa, Cəfər Cabbarlının bu mövqedə əsla olmadığını bilirik, ən azından intiharına səbəbiyyət verən şeylərdən barizdir bu. Cabbarlı Sevil əsərində sovet idellarından vasitə kimi istifadə edərək qadının cəmiyyətdə aşağı mövqeyini tənqid edib, Sevil obrazını çalışqan və ağıllı qadın idealında əbədiləşdirib. Sevilə əks Dilbər obrazında isə azadlıq anlayışını kişilərlə rahat düşüb-qalxmaqda, mədəniyyəti bahalı geyimdə, rusca danışmaqda, təbəqləşmədə görən insanları ümumiləşdirib. İndiki cəmiyyətimiz üçün necə də tanış səslənir :) Məhz buna görə də Cabbarlı mütləq oxunmalıdır.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
·
Puan vermedi
Əsərin 1928-ci ildə kişi yazıçı tərəfindən yazılması çox heyrətə gətirici və sevindirici haldır ama pyesin yazılmasından 100 il keçməsinə baxmayaraq əsərdə qoyulan problemlərlə indiki dövrümüzdə də tez- tez qarşılaşmağımız çox acınacaqlıdır hətta deyərdim Faciəvidir.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Bu pyes 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən ərsəyə gətirilmişdir. Həmin illərdə qadınların sıxışdırılmasına baxmayaraq, bu pyesin bir bəy yazar tərəfindən qələmə alınması mənə çox fərqli hisslər yaşatdı. Əsərdə qadınların çəkdiyi əzablardan, apardıqları mübarizələrdən, cəmiyyətdəki rolundan və ən əsası isə sonda qadının bütün bu təzyiqlərə qarşı çıxa biləcək gücdə olmasından bəhs edilir. Şəxsi fikrim olaraq, qadın-kişi ayrıseçkiliyi etməyi sevmirəm. Lakin, bir fərd olaraq qadının istəyib də edə bilməyəcəyi heçnə yoxdur. Sadəcə, Cəfər Cabbarlının da qələmə aldığı kimi “Qoç döyüşündə qoç dayanmalıdır”.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
96 syf.
·
Puan vermedi
·
18 saatte okudu
Cəfər Cabbarlı - Sevil
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Azərbaycan ədəbiyyatının şedevrlarından biri-Sevil "Qadının qəti azadlığı üçün yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropada qadınlar çadrasız ikən azad deyildirlər. Qadına ən başlıca iqtisadi azadlıq lazımdır" yazılmışdır Sevilin kitabında. Öz gənclik illərini Balaşa fəda etmiş Sevil axırda Balaş tərəfindən
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020331 okunma
47 syf.
9/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Öz ədəbiyyatımız üçün çox darıxmışdım və buna görə "Sevil" i oxumaq istədim. Sovet ideologiyası açıq şəkildə hiss olunsa da, günümüzün ən ümdə, aktual məsələlərindən birini ələ aldığından, hal-hazırda da öz təsirini itirməmişdir. SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Bu dialoq çox xoşuma gəldi. Qadınla birgə kişinin də namusunu xatırladır, günümüzdə bunu çoxları unutmuşkən. Kiçik və sadə dillə yazılmış bir səhnə əsəridir. Bəzi yerlərini ifrat qəbul etsəm də, demək olar ki, qatılıram əsərin ideyasına. Cahil din və namus köləsi amma namuslu bir kənd qızının oxuyaraq necə savadlı, təhsilli birinə çevrildiyini görürük sonda. Bir incə məqama da toxunulduğunu hiss etdim, oxumaq o demək deyilki namussuzlaşa bilərsən, ya da azadlıq o demək deyil ki, namussuz ola bilərsən.
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928331 okunma
59 syf.
9/10 puan verdi
Qadın azadlığı...
Sevil pyesi barədə orta məktəbdən bəri məlumatım olsa da, oxumaq heç ağlıma gəlməmişdi. Çox rahat, sadə dildə yazılmış əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün ideologiyasının təsiri kitabda hiss edilsə də, əsərin əsas məğzi hələ də öz aktuallığını itirməmişdir. 21-ci əsr də yaşasaq da hələ də bir çox ailələr də qadın
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928331 okunma
8/10 puan verdi
2 ildən sonra ilk dəfə idi ki milli ədəbiyyatımızı oxuyurdum, əsər mənə abituriyent olduğum zamanlar hazırlıq yoldaşlarımla rollu şəkildə oxuduğumuz pyesləri xatırlatdı :’) Həmin dönəmdə yazıldığı üçün əsərdə sovet dövrü ənənələrinə də yer verilmişdir və burada qadın azadlığına qoyulan məhdudiyyətlər, onlara cəmiyyətdə yer verilməməsindən bəhs edilir və yazıçı Sevil obrazının timsalında bu mübarizəyə necə qalib gəlməsini qələmə alıb. Həmin dönəmdə qadının kişilərlə oturub-durmağı, rus dilində danışması və həmçinin yüksək təbəqə nümayəndəsi olması onun cəmiyyət tərəfindən qəbul olunması üçün yetərli səbəbdir. Hadisələrin gedişatının hələ də aktual olması isə əsəri daha da oxunaqlı edir. Yeri gələndə güldürür, amma bu satirik gülüşdür.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928331 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.