Yorumlar ve İncelemeler

Tümünü Gör
47 syf.
9/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Öz ədəbiyyatımız üçün çox darıxmışdım və buna görə "Sevil" i oxumaq istədim. Sovet ideologiyası açıq şəkildə hiss olunsa da, günümüzün ən ümdə, aktual məsələlərindən birini ələ aldığından, hal-hazırda da öz təsirini itirməmişdir. SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Bu dialoq çox xoşuma gəldi. Qadınla birgə kişinin də namusunu xatırladır, günümüzdə bunu çoxları unutmuşkən. Kiçik və sadə dillə yazılmış bir səhnə əsəridir. Bəzi yerlərini ifrat qəbul etsəm də, demək olar ki, qatılıram əsərin ideyasına. Cahil din və namus köləsi amma namuslu bir kənd qızının oxuyaraq necə savadlı, təhsilli birinə çevrildiyini görürük sonda. Bir incə məqama da toxunulduğunu hiss etdim, oxumaq o demək deyilki namussuzlaşa bilərsən, ya da azadlıq o demək deyil ki, namussuz ola bilərsən.
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
Reklam
59 syf.
9/10 puan verdi
Qadın azadlığı...
Sevil pyesi barədə orta məktəbdən bəri məlumatım olsa da, oxumaq heç ağlıma gəlməmişdi. Çox rahat, sadə dildə yazılmış əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün ideologiyasının təsiri kitabda hiss edilsə də, əsərin əsas məğzi hələ də öz aktuallığını itirməmişdir. 21-ci əsr də yaşasaq da hələ də bir çox ailələr də qadın
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
8/10 puan verdi
2 ildən sonra ilk dəfə idi ki milli ədəbiyyatımızı oxuyurdum, əsər mənə abituriyent olduğum zamanlar hazırlıq yoldaşlarımla rollu şəkildə oxuduğumuz pyesləri xatırlatdı :’) Həmin dönəmdə yazıldığı üçün əsərdə sovet dövrü ənənələrinə də yer verilmişdir və burada qadın azadlığına qoyulan məhdudiyyətlər, onlara cəmiyyətdə yer verilməməsindən bəhs edilir və yazıçı Sevil obrazının timsalında bu mübarizəyə necə qalib gəlməsini qələmə alıb. Həmin dönəmdə qadının kişilərlə oturub-durmağı, rus dilində danışması və həmçinin yüksək təbəqə nümayəndəsi olması onun cəmiyyət tərəfindən qəbul olunması üçün yetərli səbəbdir. Hadisələrin gedişatının hələ də aktual olması isə əsəri daha da oxunaqlı edir. Yeri gələndə güldürür, amma bu satirik gülüşdür.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
47 syf.
·
Puan vermedi
Ötən günlərdə (sosial medialardan) Sevil adında bir qızın intihar etməsindən xəbəri olmayan yoxdu yəqin ki. Nə üçün intihar etdiyindən də az çox xəbərimiz var. Sevil bizə Cəfar Cabbarlının "Sevil" əsərini xatırlatdı. Təəssüf ki bir çoxlarımız ondan sonra bu əsəri oxuduq.. Qayıdaq Sevil dram pyesinə, şəxsən Sevilin yaşadıqlarından çox Balaşın yaşadıqlarına dram deyərdim. Balaşın insanlıqdan uzaq davranışları, Sevilə olan münasibəti, atasına qoyduğu hörmət hətta oğluna göstərdiyi qayğı.. əslində göstərmədiyi sonda onu sadəcə aciz bir məxluq yaratmışdı.. Dilbərin o savadı nəyə lazım idi?) Ağıl, dünyagörüş insanlıq olmayan yerdə savad heçnədi deyərdim. Sevillərin üzündə Gülüşün qəhqəhələrini əksik etməyin. Sevilləri yaşadın!
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
Reklam
47 syf.
7/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Sevil pyesi ilk tanışlığım babamın mənə "Ay Şahin mənim hekayəmi heç oxumusan?" deməyi ilə başladı. (P.S babamın adı Balaşahdı qısaca Balaş). Beləcə kitabı alıb oxumağa başladım. Sevil —1928-ci ildə Azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyesdir. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxat ənənələr üzərindəki qələbəsindən bəhs edir. Çox rahat, anlaşılan dildə yazılmış, oxunaqlı əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün, ideologiyasının təsiri (din, sosializm barədə qeyd edilənlər) hiss edilsə də, əsər mövzu baxımından öz aktuallığını hələ də itirməmişdir. Çox təəssüf ki, yazılmasından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də aktual olması yəqin ki, bir faciədir.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
47 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Namus, əxlaq nədir bu namus əxlaq? Sadəcə qadınlar üçün var olan bir şeydir mi?.. Qadınları bu cür kiçik görən insanlar nə yazıq ki hələ də var. Oxuduqca görürük ki, bir zamanlar yaşadığlarına görə gülünc mənbəyi olan Sevil, zaman keçdikdə özünü inkişaf etdirib, hər şeyi anlayan bir qadın olur. Təəssüflər olsun ki hələ də keçmiş Sevilin düşüncəsində olan qadınlar indi də var. Ümid edirəm ki bir gün onlar da Sevil kimi öz dünya görüşünü dəyişər. Oxumağı tövsiyyə edəcəyim bir kitab oldu. Oxumaq istəyənlərə xoş mütaliətlər:)
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
47 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çoxdandır oxumaq istəyirdim bu kitabı . Nəhayət oxumaq nəsib oldu mənə də . Sadəcə qadınları bucür kiçik görən , onları bilgisiz , heç bir şeydən xəbərsiz etmək gərəkdiyini düşünən geri bir cəmiyyət nə yazıq ki var . Sevil yaşadıqlarını oxuyanda necə bir zamanlar düşüncəsi ilə gülüş mənbəyi olan daha sonra isə artıq özünü inkişaf etdirən hər şeyi anlayan bir qadın olduğu görülür . Çox gözəl ki Sevil o cahil yuxudan ayıldı həyata qatıldı, oxudu,özünün fikirləri oldu . Hələ bu günümüzdə də bu cür qadınlar qalmaq da davam edir onlara da bir gün işıqlı həyata addımlamaları qismət olsun ən böyük arzumdur . Sevil öz qabuğunu qırmağı bacardı , dünya görüşünü dəyişdi ! İndi isə sıra Sevil kimi qaranlığa məhkum olmuş hər bir qadında ..
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928330 okunma
96 syf.
3/10 puan verdi
·
4 günde okudu
Uzun müddətdir ki incələmə yazmıram. Düzü yazmaq fikrim də yox idi. Ta ki bu kitabı oxuyub gecə yata bilməyənədək.. Qadın, azadlığı, görünüşü, deyimi, demək olar ki bunlar haqqında hər şey deyilib. Artıq bu mövzular haqqında nəsə eşitdikdə sadəcə içimdə əsəbiləşib şiddətlə bezirəm. Əlimdə olsa insanların yadından bu mövzuları çıxardaram.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
Reklam
96 syf.
·
Puan vermedi
·
12 saatte okudu
1928 dən bu günə...
Əsər sivilizasiyanın geriqalmışlığının, qadın- kişi bərabərsizliyinin tüğyan etdiyinin, təhsil və maariflənmənin önəmi üzərində düşünməyə sövq edir. Müəyyən məqama yüksəldikdən sonra ailəsini üz qarası olaraq görən kişi, cahilliyinə görə haqlarını bilməyən və özünü yalnızca ailəsi yolunda həsr edən qadın, inkişafa ayaq uydurmağa çalışarkən öz kökənindən ayrılmış insanlar, namus və əxlaqı yalnızca qadından gözləyən, onu sıxma- boğmaya salan toplum... Və ən əsası 1928 dən bu günə kimi belə əsas məsələlərin hələ də davam etməsi və həllini tapmaması... nəysə... Xoş mütaliələr
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
1928-ci ildə özü də bir bəy tərəfindən yazılmış, həqiqətələru çılpaq bir şəkildə üzümüzə vuran pyes. Qadın azadlığı...Nə deməkdir axı bu qadın azadlığı?Kim izah etsin bizə.Namus deyəndə ağlına ancaq kəlməsini gətirən kişilərmi,yoxsa feminizm adından sui istifadə edən qadınlarmı?Niyə nə qədər inkişaf etsək də bu çox vacib bir məsələdə həddindən artıq cahillik.Bəlkə,cəmiyyətimizdə azadruhlu, özünə hörmət edən, sağlam düşüncəli, uğurlu və s.qadınların olması sərf etmir deyə bilə-bilə cahil qalmaq istəyirik... Çox şey demək istəyirəm, amma başlanğıcı olmayan fikirlərimin sonu da olmayacağına görə sözümü pyesdəki son dioloqla ilə bitirsəm yaxşıdır. -Sevil,sən hara gedirsən? +Sosializmə, fabrikə!Mən oradan gəlmişəm,oraya da gedirəm.Qadınların azadlıq yolu ancaq ordadır! Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
8/10 puan verdi
·
25 saatte okudu
"Azərbaycan qadının azadlıq yolu"
Böyük Dramaturq Cəfər Cabbarlının "Sevil pyesində qoyduğu mövzu patriarxal sistemin tənqidi və qadın azadlığıdır. Sevil əri Balaşı özünə ərdən savayı ağa kimi görür, qadın kişinin kölgəsidir kimi fikirlərlə yaşayırdı. Təhsili və savadı olmadığından Gülüşün ona dediyi sözləri, verdiyi məsləhətləri anlamağa qabil deyildi. Öz zümrəsindən
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qadınların azadlıq yolu ancaq oradadır! Azərbaycanda qadın olmaq keçmiş əsrlərdən bəzi çox çətindir. Neçə neçə günahsız qadınlarımız namus adı altında həyatlarını itiriblər. Bu vəziyyət indidə davam edir. Fərq isə odur ki, keçmiş dövrlərdə buna qarşı çıxan Gülüşlər, Sevillər az idi. Sevildə əvvəl bu görüşlərə qarşı idi. Ancaq ərinin xəyanəti, ona qarşı olunan münasibət bunu dəyişdi. Öz ayaqları üstdə dayanmağı bacardı. Bütün qadınlarımızı belə güclü görmək çox xoş olardı...
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
8/10 puan verdi
·
18 saatte okudu
Belə baxıram, 1928-ci ildən bu yana gör nə qədər vaxt keçib, nə az, nə çox, düz 95 il. Hələ o dövrdə, qadınların çadraya bürünüb öz dünyalarının sərhədlərini məhdudlaşdırmağa məcbur qaldığı bir zamanda Cəfər Cabbarlı bu pyesi yazmağa, insanlar bu əsəri tamaşaya qoymağa cəsarət edib. Həqiqətən də təqdirəlayiqdir. Könül istəyərdi bu kitabı oxuyub, necə ayrı-seçkiliklərə məruz qalmışıq, necə bunların öhdəsindən gəlmişik deyə düşünək, ancaq bütün bunlar hələ də davam edir. Əlbəttə vəziyyət əvvəlkinə baxan yaxşıdır, yenə də insan hələ 1918də qadınlara seçib seçilmə hüququ verən bir cümhuriyyətin davamçılarından daha çoxunu gözləməyə can atır. Hər nə isə, bütün bu mövzular onsuz da hamımıza aydın olub üstünə düşülməyən mövzulardır. Oxuyun. Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Azərbaycan mədəniyyət tarixində əvəzolunmaz rolu olan Cəfər Cabbarlının ən məşhur əsərlərindən biri olan Sevil pyesini Sovet təbliğatını əks etdirdiyi üçün bəyənməyənlər və qadın azadlığını o dövrdə cəsur şəkildə işlədiyinə görə bəyənənlər var. Ümumiyyətlə, Sovet dövründə yazıçılarımızda sosializm, sovet ideologiyalarını oxumaq xəyal qırıqlığına uğratsa da, nəzərə almaq lazımdır ki, təhdid altında yaşadıqları üçün başqa yolları yox idi. Əlbəttə yaltaqlığın həddini aşan "ədib"lərimiz də olsa, Cəfər Cabbarlının bu mövqedə əsla olmadığını bilirik, ən azından intiharına səbəbiyyət verən şeylərdən barizdir bu. Cabbarlı Sevil əsərində sovet idellarından vasitə kimi istifadə edərək qadının cəmiyyətdə aşağı mövqeyini tənqid edib, Sevil obrazını çalışqan və ağıllı qadın idealında əbədiləşdirib. Sevilə əks Dilbər obrazında isə azadlıq anlayışını kişilərlə rahat düşüb-qalxmaqda, mədəniyyəti bahalı geyimdə, rusca danışmaqda, təbəqləşmədə görən insanları ümumiləşdirib. İndiki cəmiyyətimiz üçün necə də tanış səslənir :) Məhz buna görə də Cabbarlı mütləq oxunmalıdır.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
96 syf.
·
Puan vermedi
Əsərin 1928-ci ildə kişi yazıçı tərəfindən yazılması çox heyrətə gətirici və sevindirici haldır ama pyesin yazılmasından 100 il keçməsinə baxmayaraq əsərdə qoyulan problemlərlə indiki dövrümüzdə də tez- tez qarşılaşmağımız çox acınacaqlıdır hətta deyərdim Faciəvidir.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020330 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.