uzun müddətdir məndən yan gəzən, uzaq duran qorxu... Heç yaşamadığım qorxu... Bəlkə də, nə zamansa yaşayıb unutduğum qorxu... Bu qədər güvənib, bu qədər "bölüşmək" qorxusu... "Güclüyəm, bitdi" deyib, arxasında dura bilməmək qorxusu... Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur... Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini
özümə belə etiraf edə bilməyəcək qədər zəif...