şəhanə

şəhanə
@belle_ame
Juste comme je suis (sadəcə olduğum kimi) Belle âme
Heç bu qədər gecikməmişdim özümlə səmimi olmağa...
Sonra fikirlərdən ayrılıb monoton həyatıma davam edirdim... Etmək istəyirdimmi? Onu belə bilmirdim. Yox olmaq, toz olmaq, bəlkə, balacalaşıb bir qarışqa olmaq istəyirdim. Ən yaxşısı bir əşya olmaq, heç nə hiss etməmək...Təsəllini uzaq ölkələrdə axtarmaq...Bir ümid işığı, bir "bəlkə" ... Heç bu qədər səmimi olmamışdım. Heç bu qədər gecikməmişdim özümlə səmimi olmağa...
Sayfa 64
1000Kitap
Etimoloji Defteri
Mücellit Nedir ?
...Bir qorxu sarırdı içimi,
uzun müddətdir məndən yan gəzən, uzaq duran qorxu... Heç yaşamadığım qorxu... Bəlkə də, nə zamansa yaşayıb unutduğum qorxu... Bu qədər güvənib, bu qədər "bölüşmək" qorxusu... "Güclüyəm, bitdi" deyib, arxasında dura bilməmək qorxusu... Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur... Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif...
Sayfa 63
1000Kitap
Ben böyleyimdir albayım: Önce, akıl almaz bir tutukluk gelir üstüme; daha yaşamadan, büyük bir yorgunluk çöker.
1000k
İnsan elə bilir ki, bütün bu qorxularının, əndişələrinin yeganə çarəsi nəsil yetişdirmək, özündən sonra nəvə-nəticə qoymaqdır. Amma gəl baxaq elə bəşəriyyətə, xalqlara töhfə vermiş əzəmətli şəxsiyyətlərə, bəlkə, onlar hamısı, övladlarının sayları ilə ad qoyub gediblər?! İnsanın ölməzliyi üçün nəsə yaratmağı lazımdır. Doğub-törəməyi deyil. Ona qalsa, həşəratlar günə qırx bala doğur, amma özün də bilirsən ki, nə qədər alimlər, ixtiraçılar, yazıçı və şairlər bəşəriyyətə fayda verərək dünyada iz qoyub gediblər. Yəni özündən sonra iz qoymaq istəyirsənsə, bunun çoxlu yolları var. Çox az bir qismini nəsil yetişdirmək, doğub-törəmək təşkil edir.
1000k
Arzusuna çatdığımız şey onsuz da ona çatan kimi dəyərdən düşəcək. Bizim üçün əlçatmaz görünən bir şey əlimizin içində olarkən bizi xoşbəxt edə bilmir. Çünki gözümüz, qəlbimiz onda bizim üçün həqiqi lazım olan şeyi tapmır. Bu axtarışlar davam etdikcə xoşbəxtlik və aramlıq uzaqlaşır, ölüm isə daha da yaxınlaşır; ömür bitir...
1000k