Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qanadsız Mələk

Aysel Şıxlinskaya

Yorumlar ve İncelemeler

Tümünü Gör
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
Reklam
372 syf.
·
Puan vermedi
·
36 saatte okudu
#okudumbitti #oxudumbitdi Bilirsən, insan öyrəşir təkliyə. Bir yerdən sonra evində kiminsə varlığı sənə yük kimi gəlir. Ona, onun əşyalarına, səsinə, hətta qoxusuna belə öyrəşə bilmirsən. Bir yerden sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir. Bir yerden sonra... O yer ki... ora çatana qeder insan neçe defe sınır, neçe litr göz yaşı
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabı qısa müddət ərzində bitirməyə çalışdım. Kitab olduqca axıcı gedirdi. O qədər aydın dildə yazılıb ki, oxuyarkən heç bir sıxılma olmadı. Bu kitabı alana qədər müəllif haqqında heç bir məlumatım yox, kitabla bağlı ağlımda çox sual var idi. Kitab da ən əsas "Sevgi və dostluq" ön plana çəkilib. Hisslər çox gözəl təsvir olunub hər biri hiss edilir sanki. Dəyər, sevgi, hörmət bunlar oxuduqca hiss olur. Bu hisslər olduğu müddətcə münasibətlər gözəl sonluqla davam edəcək. Münasibət dedik də ağıla sadəcə qız və olan arasında olan münasibət gəlməsin. Dostluq...Dostluq da çox önəmlidi. Kitab da qız və oğlanın dostluğu çox gözəl təsvir olunub. Həyatınzda sizi sevən sizə dəyər verən bir dostunuz varsa onu itirməyin. Kitabı oxumağınızı tövsiyə edirəm... Həssas qələbələrə toxunacaq bir sevgi romanıdı..
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Gənc yazarın bu kitabı.. O qədər axıcı bir dildə yazılıb ki bir an belə olsun sıxılmadım. Ən çox Murada görə pis oldum, sonunu belə gözləmirdim. Mənə görə oğlan və qız dostluğunun ən gözəl nümunəsi Mələk ilə Murad idi.Kaş Murad hisslərini əvvəlcədən desə idi, çünki zaman heç nəyi düzəltmir, və bizim üçün dəyərli olan insanlar gec deyilmiş sözlərə görə həyatımızdan çıxır. Muradla bəzi ortaq cəhətimizin olduğunun fərqinə vardım, və demək olar ki bu kitab mənə çox şey öyrətdi. Muradin da dediyi kimi, hiss onu yaşamaq üçün, hiss etmək üçündür. Onu idarə etmək olmaz. Yalnız hiss etmək olar. Düz də olsa səhv də olsa onu yaşamaq lazımdır.. . Ümid edirəm gənc yazarımızın əsərləri dəvamlı olar.
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
Reklam
372 syf.
·
Puan vermedi
·
32 günde okudu
Günümüzü əks etdirən bu kitab çox maraqlı , hüzurverici və axıcıdır.Ancaq bir ziddiyyəti qeyd etmək istəyirəm.Beləki, Murad heç vaxt idmana getmədiyini(səh.237), sonra isə daha öncələr Ayxanla birlikdə idmana getdiklərini qeyd edib(səh.267)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
372 syf.
·
Puan vermedi
Aysel Şıxlinskaya
Aysel Şıxlinskaya
xanımın ilk kitabı idi ki, şans verirdim. Və çox bəyəndim, sözün açığı gənc yazıçıların əsərləri çox da diqqətimi çəkməyib indiyədək. Amma
Qanadsız Mələk
Qanadsız Mələk
kitabı fikirlərimi dəyişdi, önyargımı bir kənara qoymağıma səbəb oldu. Roman sevgidən bəhs edir, məlum olduğu kimi. Əsəri oxuyarkən heç sıxılacağınızı sanmıram, çünki olduqca axıcıdır, yeni nəsil oxucular üçün düşünürəm ki daha da maraqlı olar bu romanı oxumaq. Xoş mütaliələr ( bu incelememdə də istədim ki, spoiler verməyim, oxumaq istəyənlər üçün kitabın sürprizi qaçmasın))
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Kitab, məni acımasızca bütün əzalarımdan bıcaqladın, kaş səni oxumazdım. Saymaqla bitməyəcək kaşlarım oldu. Ölüm, acıyla yaşamağı gözə aldığmıza qovuşmadan, bizi öz ağuşuna alan ölüm..
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
372 syf.
10/10 puan verdi
·
6 günde okudu
Aysel Şixlinskaya - Qanadsiz Mələk
Salam herkese . İlk önce deyim ki təhlili çox yazmaq istəmirəm çünki çox çox maraqlı bir kitabdır istəyirəm özünüz oxuyasiz . Alsanız peşman olmazsiz . İlk başda biraz qarışıq ola bilər ama en sonunda herşey aydınlaşır . Obraz olaraq Murad daha çox sevdim . İnşəallah həyatımızda onun kimi dost yada həyatımıza rəng qatan insanlar olar . Çox bəyəndim 10/10 .
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
Reklam
372 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab çox sadə dildə və axıcı yazılmışdı , ən bəyəndiyim hissə isə 2 obrazın tərəfindən hadisələrə şahid ola bilirik. Kitabda əvvəldən Murad tərəfdə olsamda həyatın başqa planları var imiş Oxumağınızı tövsiyə edirəm
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0117 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.