Tahmini Okuma Süresi:
2 sa. 16 dk.
Sayfa Sayısı:
80
Yayınevi:
Qanun
ISBN:
2000027334636
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·80 syf.··
Beğendi
·
2024 43. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Kasım 2024 13:23
Severek okudum.⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
10/10
·80 syf.··
Beğendi
·
2023 6. kitabı
·
3 saatte okudu
·
Okunma: 19 Ocak 2023 19:08
Hadisələr İkinci Dünya müharibəsi illərində Almaniyanın Fransanın işğal etdiyi Suasson şəhərinə yaxın bir fermada baş verir. Alman əsgəri olan Hans içkili halda ferma sahibinin qızı Annetə zorla sahib olur. Annet hamilə qalır və bunu öyrənən Hans onlara tez-tez gəlməyə başlayır. Onunla evlənməyə hazır olduğunu deyir və hər gəlişində nələrsə (yemək falan) gətirir. Annetin isə Hansdan zəhləsi gedir. Ferma sahibi və onun həyat yoldaşı Annetin Hansla evlənməsinə razı olsalarda Annet etiraz edir. Məncə bu qədər bəsdir spoiler vermək istəmirəm. Maraqlı bir əsərdir və yazarın oxuduğum ilk əsəridir. Bir sözlə bəyəndim.
Edebiyat & Roman
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
9/10
·80 syf.··
2022 20. kitabı
Somerst Moemi “Qisas” novellası ilə tanıdım. Elə ilk səhifələrdən götürdü kitab məni. Olur ki, 300-400 səhifəlik romanlar oxuyuruq amma ordakı duyğular, hisslər oxucuya çatmır. Bir də belə kiçik həcmli kitablar var insanın ruhunu incidir. Sözlərimi cümlələrə düzməkdə belə çətinlik çəkdim bu kitabdan sonra Bu balaca kitabda nə yoxdur ki? Nifrət, qürur, ağrı-acı, yoxsulluq, gərginlik, təcavüz… spoiler vermək istəmirəm, çünki mövzusu kiçik həcmlidir. Deyim ki, çox həssas mövzusu var. Hadisələr 2-ci dünya müharibəsi dövrünə təsadüf edir. Elə ilk səhifələrdən əsəb, stress, sarsıntı yaşadır kitab. Bir qadına edilən təcavüzün sonluğunu məncə, elə bu faciə ilə bitirməli idi Moem. Sonda birmənalı olaraq ağlıma gələn ilk cümlə Annet də Hans qədər qəddar və faşistdir. Çünki Hansın Annetə vurduğu zərbədən, faşist əməldən sonra Annetin ondan heç bir fərqi qalmadı mənə görə. Yəni qisas bu cür olmamalı idi Çünki başqasının günahının cəzasını bir digəri ödəməli deyil. Annet bəlkə də etdiyindən peşman olacaq amma keçmişi geri qaytarmaq olmaz… Məni düşündürən digər məqam isə Annetin valideyinlərinin davranışı oldu. Necə valideyn göz yuma bilər belə bir vəhşiliyə və nələrinsə qarşlığında az qala övladını sata? Alın oxuyun amma yenə deyirəm əsəbi, ürəyi zəif olan oxumasın kitabın sonu elə bitməsəydi 10 puan verecekdim.
Edebiyat
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
Qısa amma çox təsirli kitab axtaranlar üçün
9/10
·80 syf.··
Beğendi
·
2024 6. kitabı
Belə qısa bir kitabın hətta hekayə də demək olar, bu qədər təsirli ola biləcəyini düşünməmişdim.Somerset Moemin qələminə heyran qaldım ,bir sözlə. Bitirəndə görən niyə bu kitab o qədər tanınmayıb dedim. Təbii ki,Somerset Moem tanınmış yazıçıdı amma kitab tövsiyəsi istəyəniləndə əsərlərinə az müraciət olunur. Vaxt olduqca kitablarını alıb oxuyacam artıq. Nəysə keçək kitaba. Hekayəsindən çox danışmayacam onsuz qısadı süjeti. Qısaca deyim ki əsər ikinci dünya müharibəsi dövründə Alman əsgəri və fransız qız arasında cərəyan edir. Yəni müharibə əleyhinə yazılmışdır. Bu qədər qısa bir hekayədə müəllif müharibənin dəhşətini, ağrı acısını bizə o qədər ustalıqla hiss etdirir ki. Aclığın, səflətin insana nələri unutduracağını, iradəsini necə qırdığını müharibənin nəinki cəbhədəki hətta cəbhədən minlərlə kilometr uzaqdakı insanların həyatına necə dəhşətli təsir göstərdiyini göstərir bizə.Müharibənin necə bir fəlakət oluğunu bir dahaa xatırladır. Əsərdə sevdiyim bir məqamda obrazların psixologiyasının incəliklə yansıdılmasıdı. Artıq təsirli və kiçik həcmli kitab istəyən hər kəsə ilk tövsiyəmdir.
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
Puan vermedi·80 syf.··
2024 69. kitabı
W. Somerset Maugham-ın “Qisas” adlı hekayəsi onun realizm və insan psixologiyasına dərin baxışı ilə zəngin olan qısa əsərlərindən biridir. Bu hekayə insani zəifliklər, ehtiraslar və onların gətirdiyi nəticələr üzərində qurulmuşdur. Hekayə qısqanclığın, ehtirasın və qisas almağın dağıdıcı təsirini əks etdirir. Əsas qəhrəman, xəyanətə uğramış bir kişinin həyat yoldaşından qisas almaq üçün seçdiyi amansız və qəribə üsulları ilə diqqət çəkir. Qisas, qəhrəman üçün sadəcə intiqam deyil, həm də öz əzilməsini və qürurunu bərpa etmək üçün vasitədir. Lakin hekayə boyu onun bu davranışının həm özünə, həm də ətrafındakılara necə mənfi təsir göstərdiyini görürük.
2024 Okuma Raporları
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
Puan vermedi·80 syf.··
2024 9. kitabı
Məncə ədalətli və ya qəddar "qisas" olduğu haqqında müzakirə oluna bilər. Kənardan müşahidəçi olaraq yanaşsaq, qismən Hans'a yazığımız gələ bilər, lakin Annet'i qınamaq mümkün deyil. Sadəcə sonu dediyim kimi müzakirəyə açıqdır. Düşmənin körpəsini öldürərsənmi? Hələ ki bu sənin də uşağındırsa.
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
8/10
·80 syf.··
Beğendi
·
2025 5. kitabı
·
25 saatte okudu
·
Okunma: 16 Şubat 2025 00:00
Bir tərəfdən Annetə haqq qazandırıb,bir tərəfdən elədiyini qınamaq.Bu qədər qısa əsər insanı necə fərqli düşüncələrə apara bilər.Bir müddət təsirindən çıxa bilməyəcəyimə əminəm.
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma
Qisas ədalətdir yoxsa günah?
7/10
·80 syf.··
Beğendi
·
2025 12. kitabı
·
26 saatte okudu
·
Okunma: 05 Nisan 2025 08:36
“Qisas” kiçik həcimli olsa da, çox dərin psixoloji təsirə malik bir hekayədir. Əsər II Dünya Müharibəsində Almaniyanın Fransanı işğal etməsi və bu dövrdə alman zabitlərinin fransız xalqına qarşı göstərdiyi amansız münasibətlə başlayır. Alman zabiti Hans, fransız bir ailənin evinə yerləşdirilir və oradakı gözəl qız Annetə zorla sahib olur. Bu hadisə Annetin həyatını kökündən dəyişir. Ləkələnmiş bir qadın, işğalçının uşağını daşıyan bir ana – onun bundan sonrakı həyatı acı və iztirab doludur. Hans isə, zaman keçdikcə, Annetə qarşı izah edə bilmədiyi bir sevgi hiss etməyə başlayır. Lakin Annet bu sevgiyə qarşılıq vermir. Hans üçün bu rədd cavabı, onu ən çox yaralayan şeyə çevrilir. Hekayənin əsas sualı isə budur: Annetin ailəsi onu incidən bu adamı bağışlayacaqmı? Annet qisas ala biləcəkmi? Və ümumiyyətlə, qisas bir günahdırmı, yoxsa İlahi ədalət?
Edebiyat
QisasW. Somerset Maugham · Qanun · 0132 okunma

Yazar Hakkında

W. Somerset MaughamYazar · 45 kitap
Çağdaşlarının modernist akımın etkisinde yazdığı bir dönemde daha sade bir tarz seçti. Yazdığı oyunların sıkça sahnelenmesi sayesinde popüler bir yazar haline geldi. Birçok eseri film olarak da uyarlandı.1947'de Maugham' Somerset Maugham ödülünü başlattı. Bu ödül yaşı otuz beşin altında olan ve bir önceki yıl bir edebiyat eseri yayınlayan en iyi İngiliz yazarına veriliyordu. Şu ana kadar bu ödülü kazananlar arasında V.S. Naipaul,Kingsley Amis, Martin Amis ve Thom Gunn bulunmaktadır. Ölümünden sonra yazar teliflerini Kraliyet Edebiyat Fonuna bağışladı