"Neçə illər onun içini yandıran, cəhənnəm oduna yaxan sevgisi sonunda yanıb-yanıb kül olmuş, əsən bir dəli külək də o külü sovurub aparmışdı. Heç izi də qalmamışdı. İndi içində böyük bir boşluq vardı. Getmək istəyirdi. Uzaqlara. Harasa çox uzaqlara. Bəlkə oralarda bir yerde içindəki boşluğu doldura bildi.