Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ən Dəyərlim

Nicholas Sparks
Hər kəs sonsuz sevginin mümkün olduğuna inanmaq istəyir. Bir vaxtlar Amanda da inanırdı. 18 yaşı olanda..." 1984-cü ilin baharında iki məktəbli - Amanda Kolier və Douson Koul bir-birinə dəlicəsinə aşiq olurlar. Tamam fərqli mühitlərdə böyüsələr də, onlara elə gəlirdi ki, sevgilərinin gücü Şimali Karolinadakı Oriental adlı kiçik şəhərin reallıqlarının öhdəsindən gələ bilər. Zorakılığa meyilli bədnam ailənin inzivaya çəkilmiş üzvü olan Douson Amandaya duyduğu sevginin onu gözləyən qaranlıq gələcəkdən qaçış vəd etdiyinə inanırdı. Douson məşhur ailənin şahzadələr kimi böyümüş və Dyuk Universitetinə daxil olmağa hazırlaşan qızı Amandanın üsyankar və alovlu qəlbinə toxunmuşdu. Lakin yay bitəndə gözlənilməz hadisələr bu iki yeniyetməni ayırır və onlar tamam fərqli həyat cığırlarına düşürlər. 25 ildən sonra Amanda və Douson bir vaxtlar onların gənclik məhəbbətinə sığınacaq vermiş ağsaqqal Tak Hostetlerin dəfni üçün Orientala qayıdırlar. Heç biri təxəyyül elədikləri həyatı yaşamayıb, heç biri onların həyatını dəyişən ehtiraslı ilk məhəbbəti unutmayıb. Amanda və Douson Takın vəsiyyətinə əməl etdikcə anlayırlar ki, Tak barədə, özləri barədə və onlara əziz olan arzular barədə bildikləri heç nə əslində göründüyü kimi deyilmiş. Ağrılı xatirələrlə üzləşməyə məcbur qalmış iki keçmiş sevgili öz seçimləri haqda inkarolunmaz həqiqətləri kəşf edirlər. Keçirdikləri yeganə unudulmaz həftəsonu ərzində onlar ölüm-qalım sualına cavab verməyə çalışırlar: “Sevgi həqiqətən keçmişi yenidən yaza bilərmi?”
Yazar:
Nicholas Sparks
Nicholas Sparks
Tahmini Okuma Süresi: 8 sa. 44 dk.Sayfa Sayısı: 308Yayınevi: Yay Yayınları
ISBN: 9789952515176Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
308 syf.
9/10 puan verdi
·
47 günde okudu
Spoiler olmazsa, yaza bilməyəcəyəm. Olmasın deyə diqqət edəcəyəm. @Vusala121 kitab üçün çooox təşəkkür edirəm. Ömrüm olduqca səndən mənə yadigar saxlayacağam. Kitabı uzun bir zamana yayaraq oxudum. Etiraf edim ki, maraqlı başladı, yorucu davam etdi, ancaq elə bir zərbə ilə bitdi ki, yarım saxlamadığım üçün özümü təbrik etmək istədim. Bu hadisəni mən
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
kitabında yaşamışdım. Həmin gün qərar verdim, heç bir kitabı yarım saxlamamağa. Kitabın mövzusuna gəldikdə isə; Amanda və Duoson adlı iki gəncin ailələrin təsiri ilə nakam məhəbbətlərinin illər sonra yenidən qarşılaşmaları ilə necə bir yol aldığından bəhs edir. Onları yenidən görüşdürən nədir? Necə bir qarşılaşma yaşayırlar? Bu görüş necə təsir yaradır? Həyatlarına necə təsir edir? Və o heç gözləmədiyim məqam. "Mənim ürəyimin parası səndədir. Ən dəyərli parçamı sənə bəxş etmişəm." Bu cümlənin nə qədər böyük bir məna kəsb etdiyini kitabın qapağını son dəfə örtərkən anlayacaqsınız. Bir günə belə oxunacaq kitabdır. Mən kitabları uzun müddətdə oxuram. Və oxuduğum zaman kəsimi kitabın dəyərini ölçmür. Hər hərfini udaraq oxumaq artıq adət halını alıb məndə. Xoş mütaliə arzu edirəm, incələməmi oxuyan əziz oxucu..
Ən Dəyərlim
Ən DəyərlimNicholas Sparks · Yay Yayınları · 079 okunma
Reklam
308 syf.
·
Puan vermedi
·
5 günde okudu
Douson və Amandanın əvəzsiz sevgisi
Tam da payız-qış aylarında oxunacaq romantik əsərdir. Möhtəşəm vibe verir insana. Yeniyetmə vaxtlarında bir-birlərini sevən gənclər müəyyən səbəblərdən dolayı bir arada qala bilmirlər. Vəə 24 il sonra yenidən qarşılaşırlar. O sırada onların arasında keçən hadisələri unutmaq mümkünsüzdür. Və Dousonun sevgisinə olan sədaqəti insana tam başqa hisslər yaşadır.
Ən Dəyərlim
Ən DəyərlimNicholas Sparks · Yay Yayınları · 079 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.