Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qanadsız Mələk

Aysel Şıxlinskaya

Qanadsız Mələk Gönderileri

Qanadsız Mələk kitaplarını, Qanadsız Mələk sözleri ve alıntılarını, Qanadsız Mələk yazarlarını, Qanadsız Mələk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar.
Səliqəsiz xətlər üzərində öyrənirdik həyatı. Növbəti addımlarımız daha düzgün, daha aydın olurdu. Ancaq... Həyatın pozanı yox idi. Səhvlərimizi silə bilmirdik.
Reklam
Son vaxtlar ətrafımdakı insanlardan eyni sözü eşidirdim: "Getmək istəyirəm". Hər kəs düşünürdü ki, buradan uzaqlara getsə, o zaman həyatındakı bütün problemlər həll olunacaq.
Düşünürəm ki, düz deyirsən, həyat insana arzu elədiyini vermir həmişə. Öz istədiyini verir və sən də heç nə edə bilmirsən. Bir yerdən sonra nəsə etmək istəyin belə səndən qaçaraq uzaqlaşır. Biz bir oyunçuyuq.
İçimdə oyanmış uşağı yuxuya verib yenə böyük olmaq məcburiyyətində olduğumu hiss edirdim. Yenə güclü olmaq... Düzgün qərarlar verib əmin addımlar atmalı olduğumu... Daha məsum deyildim... Qəlbimə daş basıb sualsız cavablarımı çeynəməyə çalışırdım. Bu, içimi daha çox yandırırdı. Yanmağamı alışmışdım, sualsız cavablaramı?
Bax, Mələk, hiss onu yaşamaq üçündür, hiss etmək üçün. Bu hisslər sənindi. İçində, ürəyində, bütünlüklə bədənindədi. Onu idarə etmək olmaz. Yalnız hiss etmək olar. Düz də olsa, səhv də olsa, onu yaşamaq lazımdı. O yolu keçmək lazımdı.
Sayfa 108Kitabı okudu
Reklam
Heç nə hiss etmirdim. Nə yaxşı idim, nə də pis. Düz ortada idim. Hirslənmirdim, ağlamırdım, kövrəlmirdim. İçimdəki şimşəklər belə çaxmırdı. Özümü azad, eyni zamanda qəfəsdə hiss edirdim.
Sayfa 130Kitabı okudu
Fərqli olmaq həmişə pis deyil. İki əks-qütb bəzən bir-birini daha yaxşı tamamlayır. Səndə olan müsbət xüsusiyyətlərlə qarşındakı insanda olan müsbətləri bir araya gətirib necə gözəl günlərə aparmaq olar.
O qədər özümüzə qapılırıq, o qədər düşünüb hər məsələni çürüdürük ki, nəticədə mətləbdən və həqiqətlərdən tamam uzaqlaşırıq.
-Nə deyim, qara qız? Əvvəl daha dolu idin sanki. Necə deyim... Daha həyat dolu,daha hay- küylü. Enerjin çox idi sanki...
276 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.