Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qanadsız Mələk

Aysel Şıxlinskaya

Qanadsız Mələk Sözleri ve Alıntıları

Qanadsız Mələk sözleri ve alıntılarını, Qanadsız Mələk kitap alıntılarını, Qanadsız Mələk en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur.. Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif.
Ancaq yenə də bir sözü ilə durardı zaman, məsələn...
Bir sözü ilə durardı zaman. Bir şirin-şirin gülümsəməsi ilə gülərdi gözlərim... Bir sözü ilə dönərdim "düzlərim"dən... Yeni bir "düz" olardım... Bir sözü ilə unudardım ondan öncəni... Bir sözü ilə unudardım izləri, adları... Bir sözü ilə həyat daha rəngli gələrdi gözümə. Bəlkə, pəncərələrim belə dəyişərdi... Bir sözü ilə daha müdrik olardım, daha ağır, daha səssiz... Mən olardım... Bir sözü ilə yemək bişirməyi öyrənərdim. Şüşə silməyi, paltar ütüləməyi, toz almağı, səhərlər çay yerinə bir fincan qəhvə dəmləməyi... Daha dəqiq olardım, daha səliqəli, əməllərim daha səliqəli... Hiss etdiklərim daha səliqəli...
Sayfa 78 - Teas PressKitabı okudu
Reklam
-Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir. -Səndə indi ehtiyacdı? -Deyəsən, hə...
Sayfa 47 - Teas PressKitabı okudu
Ayxan..
Axı mən yaşamaq istəyirəm. Normal yaşamaq. Hamı kimi yaşamaq. İynələrsiz...Bir qadını dəli kimi sevmək istəyirəm. Mən axı çox az sevmişəm. Sevgiyə gecikmişəm, deyəsən. İndi əvvəlki kimi hər xırda şeyə fikir də verə bilmirəm. Daha ciddi qayğılarım var. "Bir günüm daha uçdu" qayğıları...
Sayfa 343 - Teas PressKitabı okudu
Ulduz olma!
-Görəsən, orda, uzaqlarda xoşbəxt olacam? -Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlar"a çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş. -İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur? -Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldir. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən? -Yox... -Çünkü əlçatmazdılar..
Sayfa 207 - Teas PressKitabı okudu
Son..
Sənsiz yarım qalır bir şeylər. Natamam qalır. Axı mənim sənə ehtiyacım var...
Sayfa 364 - Teas PressKitabı okudu
Reklam
-Sən, doğrudan, görmürsən? -Nəyi? -Sənə necə dəyər verdiyimi...
Sayfa 77 - Teas PressKitabı okudu
Bir insandan qırıldıqda bütün dünya da onunla qırıla bilərmiş..
Bəlkə də, hər dəfə təkrar-təkrar etdiyim səhv bu idi? Heç nə olmamış kimi yaşamaq? Axı olmuşdu. Qəbul etmək lazım idi...
Sayfa 304 - Teas PressKitabı okudu
Bəzən onun üzünə deyə bilmədiklərimi "bəlkə, oxuyub anlayar" deyə paylaşardım. Ancaq anlayanlar yaxud anlamaq istəyənlər arasında onun adına rast gəlmək gündən-günə daha imkansız olurdu.
Sayfa 80 - Teas PressKitabı okudu
Bağlı qapıları döymürdüm artıq..
Hisslərimdən danışmaq haqda düşünmürdüm. Çünkü onu itirməyi gözə almaq istəmirdim. Mənə başqa gözlə baxa bilmirdi... Hər gün görə-görə onu ürəyimdən çıxaracaqdım. Çıxmasaydı ürəyimi çıxaracaqdım. Bağlı qapıları döymürdüm artıq...
Sayfa 341 - Teas PressKitabı okudu
260 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.