Qanadsız Mələk

Aysel Şıxlinskaya

En Beğenilen Qanadsız Mələk Sözleri ve Alıntıları

En Beğenilen Qanadsız Mələk sözleri ve alıntılarını, en beğenilen Qanadsız Mələk kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Özüm üçün yaratdığım "güclü qız" obrazının əlimdən, üzümdən axıb getdiyini hiss edirdim. Heç oynaya bilmirdim o obrazı son zamanlar. Beynim də, bədənim də başqa yerə meyil edir, başqa insan olmaq istəyirdi. Bəlkə, daha sərt, daha bivec, daha cəsur.. Bəlkə, daha güclü... Daha və daha... Öz qurduğum dünyamda məğlub olurdum. Heç bu qədər zəif olmamışdım. İçimdəki sıxıntının səbəbini özümə belə etiraf edə bilməyəcək qədər zəif.
- Nə deyim, qara qız? Əvvəl daha dolu idin sanki. Necə deyim... Daha həyat dolu, daha hay-küylü, Enerjin daha çox idi sanki... - Hayat... -Nə həyat? - Həyat sakitləşdirir adamı,-
Reklam
- Qəribədi ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?
Sayfa 180Kitabı okudu
-Bir yerdən sonra təklik artıq seçim olmur, ehtiyaca çevrilir. -Səndə indi ehtiyacdı? -Deyəsən, hə...
Sayfa 47 - Teas PressKitabı okudu
Həmişə özümlə baş-başa idim mən, görünmürdüm gözə. Məndən yan keçirdilər. Mən izləməyi sevirdim, qıraqlarda, bir yerlərdə... Çox danışmazdım. İnsanlar mənə dayaz gələrdi, boş verərdim onları. Bir şeylər sübut etməyə, yaxud öyrətməyə çalışmazdım.
Sayfa 217Kitabı okudu
Reklam
İnsanlar yarımçıq qoyduqları hər işə görə sonradan peşman olurlar. İllər keçsə də, tez-tez dilə gətirir, sona kimi getmədiklərinə görə heyifsilənirlər.
Sayfa 205Kitabı okudu
Son..
Sənsiz yarım qalır bir şeylər. Natamam qalır. Axı mənim sənə ehtiyacım var...
Sayfa 364 - Teas PressKitabı okudu
Bu qədər danışmağına artıq öyrəşmişdim, danışmadığı vaxt hətta darıxırdım da. Səsi içimdəki bütün boş məsamələrə dolurdu. Onu dinləməkdən həzz alırdım...
Sayfa 221Kitabı okudu
Ulduz olma!
-Görəsən, orda, uzaqlarda xoşbəxt olacam? -Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlar"a çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş. -İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur? -Xəyalı gözəl olur, hə. Sonra adiləşir. Məsələn, ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldir. Heç ulduzun gözəl və maraqlı olmadığını düşünən adam görmüsən? -Yox... -Çünkü əlçatmazdılar..
Sayfa 207 - Teas PressKitabı okudu
270 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.