Gönderi

Ancaq yenə də bir sözü ilə durardı zaman, məsələn...
Bir sözü ilə durardı zaman. Bir şirin-şirin gülümsəməsi ilə gülərdi gözlərim... Bir sözü ilə dönərdim "düzlərim"dən... Yeni bir "düz" olardım... Bir sözü ilə unudardım ondan öncəni... Bir sözü ilə unudardım izləri, adları... Bir sözü ilə həyat daha rəngli gələrdi gözümə. Bəlkə, pəncərələrim belə dəyişərdi... Bir sözü ilə daha müdrik olardım, daha ağır, daha səssiz... Mən olardım... Bir sözü ilə yemək bişirməyi öyrənərdim. Şüşə silməyi, paltar ütüləməyi, toz almağı, səhərlər çay yerinə bir fincan qəhvə dəmləməyi... Daha dəqiq olardım, daha səliqəli, əməllərim daha səliqəli... Hiss etdiklərim daha səliqəli...
Sayfa 78 - Teas Press·Kitabı okudu
Duygu ve Düşünce
··
1 +1'leme
·
730 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Nə gözəl təsvir olunub...
Şəhla
Gönderi Sahibi
..amma sinəmin düz ortasında əks-səda verən uzaq bir səs bu sözlərin mənə heç deyilməyəcəyini pıçıldayırdı... Heç ürəyinə toxunub, dilinə gəlməyəcəkdi o "bir sözlər"...