Bəzən elə bir hiss gəlir ki, nə edirsən et, heç cür çatdıra bilmirsən. Həyat axır gedir, sən də sanki ayaq uydurmaq üçün qaçırsan, amma hər dəfə nəsə əskik qalır. Adamlar var yanında, amma elə bil sən tək başınasan. Bütün o dost məclisləri, qəhqəhələr, sevgilinin qucağı belə bəzən sənə yetmir. Deyirsən, axı niyə? Niyə bu qədər darıxıram?
Sonra başa düşürsən ki, məsələ adamların, yerlərin yoxluğunda deyil. Problem səndədir, öz içindədir. Hə, sən elə özünə yetmirsən. Nə dediyin söz, nə etdiyin yaxşılıq, nə verdiyin sevgi öz gözündə yetərli gəlmir. Adam elə bil öz-özünü də tərk edir bəzən. Sanki bir tərəfin hər şeyi tamamlamaq istəyir, amma o biri tərəfin ayaq saxlayır, qoymur.
Geri dönüb baxırsan, deyirsən "Nə qədər çox şey itirmişəm, amma kimin vecinədir?" Hər küncdə bir qırıq qəlb, hər yolun sonunda bir çıxılmazlıq... Və elə bir ağrı var ki, heç yerə sığmır. Vətən ağrısı kimi bir şey. Adam getmək istəyir, amma qala da bilmir. Getməməyin acısı, qalanların isə uzaqlığı. Öz-özünü itirirsən, həm burdasan, həm də çox uzaqda