Deyiləcək o qədər söz var ki…
Qadınların istənilən cəmiyyətdə sıxışdırılması,onlara məqsədli şəkildə absurd qaydalar qoyulması və hətta bu qaydalara müxtəlif don geyindirilməsi necedə iyrəncdir. Kitabı oxuduqca o qədər təsirlənirdim ki. “Keşkə əlimdən birşey gəlsə, qadınları və körpə qız uşaqlarını iyrənc adət- ənənələrdən uzaq tuta bilsəm”,-deyə hey ağlımdan fikirlər keçirirdim. Gerçək həyat hekayəsini oxuduğum üçün qəribə hisslər yaşayırdım.Heç istəməzdim ki, oxduğum bir çox hadisə yaşanmış olsun. Dünyamızın gerçeyi budur təəssüf ki. Ama ən azından sevindim ki, bunla bağlı BMT mübarizə aparır və Varis Dirie öz yaşadıqlarını başqa qızlar yaşamasın deyə əlindən gələn hərşeyi edir.
Qızlarımızın təhsil alması üçün mütləq əlimizdən gələni etməliyik ki, cəmiyyətimiz inkişaf etsin, dünyamız dəyişsin. Və qadınlar daha xoşbəxt,həmçinin şikəst edilmədən ( hər mənada) yaşasınlar. Kitabı oxuduqdan sonra düşüncələrimin çox dəyişdiyini düşünürəm. Şükür etməyi ciddi mənada öyrənmiş oldum. Somalidəki çətin yaşam şəraiti,insanların 1 damcı suya, 1 kisə düyüyə qarşı həssaslığı, buna baxmayaraq, şükür etmələri, bu şəraitdən məmnun olmaları. Ama Amerika kimi ölkədə , heç çox uzağa getməyə gərək yoxdur. Öz ölkəmizdə hər xırda şeydən şikayətlənirik. Ovcumuzu açıb Allaha şükür etmək əvəzinə, bolluq içində yaşasaq belə yenədə gözümüz doymur və harınlayırıq.
“Dünyanın bir tərəfində insanlar aclıqdan, başqa bir tərəfində isə toxluqdan əziyyət çəkirlər.”
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma