Metanet Kerimova

Metanet Kerimova
@karimovvam
Puan vermedi·344 syf.··
2024 4. kitabı
Deyiləcək o qədər söz var ki… Qadınların istənilən cəmiyyətdə sıxışdırılması,onlara məqsədli şəkildə absurd qaydalar qoyulması və hətta bu qaydalara müxtəlif don geyindirilməsi necedə iyrəncdir. Kitabı oxuduqca o qədər təsirlənirdim ki. “Keşkə əlimdən birşey gəlsə, qadınları və körpə qız uşaqlarını iyrənc adət- ənənələrdən uzaq tuta bilsəm”,-deyə hey ağlımdan fikirlər keçirirdim. Gerçək həyat hekayəsini oxuduğum üçün qəribə hisslər yaşayırdım.Heç istəməzdim ki, oxduğum bir çox hadisə yaşanmış olsun. Dünyamızın gerçeyi budur təəssüf ki. Ama ən azından sevindim ki, bunla bağlı BMT mübarizə aparır və Varis Dirie öz yaşadıqlarını başqa qızlar yaşamasın deyə əlindən gələn hərşeyi edir. Qızlarımızın təhsil alması üçün mütləq əlimizdən gələni etməliyik ki, cəmiyyətimiz inkişaf etsin, dünyamız dəyişsin. Və qadınlar daha xoşbəxt,həmçinin şikəst edilmədən ( hər mənada) yaşasınlar. Kitabı oxuduqdan sonra düşüncələrimin çox dəyişdiyini düşünürəm. Şükür etməyi ciddi mənada öyrənmiş oldum. Somalidəki çətin yaşam şəraiti,insanların 1 damcı suya, 1 kisə düyüyə qarşı həssaslığı, buna baxmayaraq, şükür etmələri, bu şəraitdən məmnun olmaları. Ama Amerika kimi ölkədə , heç çox uzağa getməyə gərək yoxdur. Öz ölkəmizdə hər xırda şeydən şikayətlənirik. Ovcumuzu açıb Allaha şükür etmək əvəzinə, bolluq içində yaşasaq belə yenədə gözümüz doymur və harınlayırıq. “Dünyanın bir tərəfində insanlar aclıqdan, başqa bir tərəfində isə toxluqdan əziyyət çəkirlər.”
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·420 syf.··
2023 9. kitabı
Kitabı uzun zamandır ertəyirdim,səbəbi isə məni İrandakı qatı qanunların sıxacağını düşünürdüm və özümü hazır hiss etmirdim. Təbii ki, əvvəlcədən oxumadığım üçün peşman oldum. İlk dəfə Qanun nəşriyyatının kobud səhvləri ilə qarşılaşdım hansı ki, səhifələrdə çatışmazlıqlar və təkrarlar var idi. Ama buna baxmayaraq, kitab o qədər möhtəşəm idi ki,bu problemlər məni qıcıq etsə belə məni kitabdan soyutmurdu. Əsərdə hisslər o qədər insana keçirdi ki, xəbəriniz belə olmadan özünüzü hadisələrin içində tapırdınız ,sanki, o hissləri siz də yaşayırsınız ,o qanun çərçivələri sizə də qoyulub. Normalda kitabları yavaş- yavaş oxuyan biri olaraq bu kitabı bir su içimində oxuyub bitirdim. * Spoiler* Bir qadının hər şeyə rəğmən oxumaq, təhsil almaq sevgisinin bitməməsi mənə yüksək motivasiya qazandırdı. Düşünürəm,hər bir qadının kitabı oxuyub savada, biliyə sahib olmağın, öz ayaqları üstündə durmağın bir qadın həyatındakı vacibliyini dərk etdirəcək bir əsərdir. Məsumədə oxumaq həvəsi olmasa, sadəcə yaşıdları kimi “ərə gedib”, “uşaq baxmağı” özünə borc bilsə idi, bu qədər güclü olub hər kəsi qarşısına alaraq, müxtəlif mübarizələr apararaq uşaqlarına ali təhsil verib, onların gələcəyini quran qadın olmazdı. Bununla birlikdə o həm də çox fədakar qadın idi. Fədakarlığı ucbatından sonda tək qaldı və ürəyindəki sönməyən məhəbbəti də övladlarına qurban verdi…
Hayata Dair
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,402 okunma
Puan vermedi·96 syf.··
2022 24. kitabı
Əsərin 1928-ci ildə kişi yazıçı tərəfindən yazılması çox heyrətə gətirici və sevindirici haldır ama pyesin yazılmasından 100 il keçməsinə baxmayaraq əsərdə qoyulan problemlərlə indiki dövrümüzdə də tez- tez qarşılaşmağımız çox acınacaqlıdır hətta deyərdim Faciəvidir.
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020615 okunma
Puan vermedi·324 syf.··
2022 19. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Temmuz 2022 02:31
Mark Levi ilə ilk tanışlığım dəyərli dostlarımın bu kitabı mənə hədiyyə etməsi ilə oldu. Kitab həqiqətən çox maraqlı idi, hətta gözyaşlarımı saxlaya bilmədiyim anlarda oldu. Əsərdə bir neçə mövzudan bəhs edilir: ata-övlad münasibəti, sevgi,həyatımızda tamamlanmamış bəzi hadisəlar və hisslər. Kitab gözlənilməz sonluqla bitti. Əslində bitməyin heç istəmirdim. Valideynlərimizi, nəyinki valideynlərimiz həmçinin digər həyatımızda varlığı vacib insanları bilib-bilmədiyimiz səbəblərə görə qınamamalıyıq ən azından onlar yanımızdaykən onlarla açıq söhbətlər edib bir-birimizə demədiyimiz sözləri vaxtında deməliyik.Kitab həyatda daha cəsarətli,qərarlı olmağı, insanlara hər anın, yaxınlarımızın dəyərini bilməyi oxuculara göstərməyə çalışır. Qısaca oxuculara mütləq ki nələrsə qatan bir əsərdir.
Hayat
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 01,210 okunma
Puan vermedi·83 syf.··
2022 12. kitabı
“Satranç” bir nəfəsə oxunulacaq bir kitabdır. Başlarda biraz sıxıcı ola bilər ama sonra kitab çox axıcı gedir. Dr. B. Avstriya hökümətinin nümayəndələrinin bütün gizliliklərini bilən və onların mal-varlıqlarını idarə edən biri olduğu üçün Gestapo tərəfindən tutulur. Ama Dr.B.-yə digərləri kimi fiziki zülm deyildə, psixoloji zülm edirdilər. Onu bir oteldə 4 divardan ibarət bir otağda saxlayırlar. Otaqda qətiyyən kağız, qələm,qəzet və s. kimi baş qatmaq üçün heçbirşeyə icazə yoxdur. Beləliklə insanın təklikdən fikirlərinə boğulub hərşeyi etiraf etdirməyə çalışırlar. Dr. B. sorğuya alınacağını gözləyərkən kiminsə asılı olan paltosunun cibində kitab olduğunu hiss edir və kitabın nə kitabı olduğunu bilmədən onu oğurlayır. “Cəhənnəm”-inə geri dönəndə kitabın şahmat dərs kitabı olduğunu anlayır. Bununla da Dr.B.-nin qorxunc təkliyi sonlanır. Kitabda olan 150 şahmat partiyasın dəfələrlə təkrar-təkrar oynayıb əzbərləyir və bu ona bəs etmir.Beləliklə də özündən yeni partiyalar icad etməyə çalışır. Beynində iki fərqli nəfərlik oyun oynamağa başlayır. Bu oyunlar bitməz hal alır . Gecə yatarkən belə şahmat oynayır. Özünə zərər verməyə başlayır və tezliklə xəstəxanaya yerləşdirilir. Kitabda faşizmin insan ruhuna nə dərəcə zərər verdiyini bunun nəticələrini acınacaqlı vəziyyətdə göstərir.
Psikoloji
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,2bin okunma