Gönderi

Puan vermedi·96 syf.··
2022 11. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Mayıs 2022 11:43
Azərbaycan mədəniyyət tarixində əvəzolunmaz rolu olan Cəfər Cabbarlının ən məşhur əsərlərindən biri olan Sevil pyesini Sovet təbliğatını əks etdirdiyi üçün bəyənməyənlər və qadın azadlığını o dövrdə cəsur şəkildə işlədiyinə görə bəyənənlər var. Ümumiyyətlə, Sovet dövründə yazıçılarımızda sosializm, sovet ideologiyalarını oxumaq xəyal qırıqlığına uğratsa da, nəzərə almaq lazımdır ki, təhdid altında yaşadıqları üçün başqa yolları yox idi. Əlbəttə yaltaqlığın həddini aşan "ədib"lərimiz də olsa, Cəfər Cabbarlının bu mövqedə əsla olmadığını bilirik, ən azından intiharına səbəbiyyət verən şeylərdən barizdir bu. Cabbarlı Sevil əsərində sovet idellarından vasitə kimi istifadə edərək qadının cəmiyyətdə aşağı mövqeyini tənqid edib, Sevil obrazını çalışqan və ağıllı qadın idealında əbədiləşdirib. Sevilə əks Dilbər obrazında isə azadlıq anlayışını kişilərlə rahat düşüb-qalxmaqda, mədəniyyəti bahalı geyimdə, rusca danışmaqda, təbəqləşmədə görən insanları ümumiləşdirib. İndiki cəmiyyətimiz üçün necə də tanış səslənir :) Məhz buna görə də Cabbarlı mütləq oxunmalıdır.
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020614 okunma
·
313 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.